Xəbər
Milli Şura seçkini boykot etməyə qərar verdi
Demokratik Qüvvələrin Milli Şurası bu il aprelin 11-də keçirilməsi nəzərdə tutulan növbәdәnkәnar prezident seçkisini boykot etmәk vә etiraz mitinqlәrinә başlamaq barәdә qәrar qəbul edib. Növbədənkənar prezident seçkisini hazırkı dövlət başçısı İlham Əliyev fevralın 5-də elan edib. İlham Əliyev Mərkə...
YAP prezidentliyə namizədini bu həftə elan edəcək
Fevralın 8-də Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayı keçiriləcək. APA-nın məlumatına görə, qurultayda YAP prezidentliyə namizədini irəli sürəcək. YAP-ın sədri hazırkı dövlət başçısı İlham Əliyevdir. Aprelin 11-də ölkədə prezident seçkisi olacaq. Bu, növbədənkənar seçkidir. “Növbədənkənar pr...
Martda jurnalistlərin qurultayı olacaq
Martın 10-da ölkə jurnalistlərinin VII qurultayı keçiriləcək. APA-nın məlumatına görə, bununla bağlı Mətbuat Şurası İdarə Heyətinin iclasında qərar qəbul edilib. Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, şuranın nizamnamə tələblərinə uyğun olaraq qurumun İdarə Heyətinin üzvləri qurultay üz...
Azərbaycanda növbədənkənar prezident seçkisi
Fevralın 5-də prezident İlham Əliyev “Növbədənkənar prezident seçkisinin elan edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar seçkinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırı...
5 fevral məzənnələri
Fevralın 5-də Mərkəzi Bank avronu, Rusiya rublunu və türk lirəsini ucuzlaşdırıb. Novator.az-ın məlumatına görə, gürcü larisi bahalaşıb, ABŞ dolları sabit qalıb: 1 ABŞ dolları – 1,7001 manat 1 avro – 2,118 manat 1 gürcü larisi – 0,6918 manat 1 Rusiya rublu – 0,0301 manat 1 türk lirəsi – 0,4506 manat....
Problemli kreditlər ili necə başa vurdu?
2018-ci il yanvarın 1-nə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 626,7 milyon manat olub. Novator.az-ın məlumatına görə, Mərkəzi Bank belə hesabat yayıb. Ötən il dekabrın 1-nə problemli kreditlərin məbləği 1 milyard 890,3 milyon manat idi. 2017-ci ilin əvvəlində problemli kreditlərin həcmi 1 mily...
Elman Rüstəmovdan inflyasiya proqnozu
Mərkəzi Bankın valyuta ehtiyatları 34% artaraq ilin sonuna 5,3 milyard ABŞ dollarına çatıb. Bunu 2017-ci ilin yekunlarına həsr olunmuş 3 fevral iclasında İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. O qeyd edib ki, 2017-ci ildə makroiqtisadi sabitlik meyllərinin yaranması qeyri-neft sektorunda iqtisa...
Mərkəzi Bankdan yeni göstəricilər
Mərkəzi Bank valyuta ehtiyatı və pul bazası ilə bağlı hesabat yayıb. Novator.az bildirir ki, hesabata görə, fevralın 1-nə valyuta ehtiyatının həcmi 5 milyard 381,2 milyon dollar, pul bazasının həcmi 8 milyard 761,6 milyon manat olub. Kredit və əmanətlər üzrə də hesabat açıqlanıb. Yanvarın 1-nə kredi...
Təmizləmə işlərinin yeni hesabatı
Müdafiə Nazirliyinin Xızı rayonundakı N saylı hərbi hissəsinin sursat anbarında ötən il avqustun 27-də baş vermiş partlayışla əlaqədar aparılan təmizləmə işləri barədə hesabat yayılıb. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməliyyat üzrə mütəxəssi...
“ADAMİ MEDİA PRİZE”: ərizə qəbuluna start verilib
“Şərqi Avropada mədəniyyət müxtəlifliyi – 2018. ADAMİ MEDİA PRİZE” mükafatı üçün ərizə qəbuluna start verilib. Bu il mükafat artıq 3-cü dəfə öz qaliblərini tapacaq. Müsabiqədə Avropa Birliyinin Şərqi Avropa partnyorluğu layihəsində iştirak edən ölkələrin (Azərbaycan, Belarus, Gürcüstan, Erməni...
Yasamala icra başçısı təyin olundu
Fevralın 2-də Bakının Yasamal rayonuna yeni icra başçısı təyin olunub. Prezident İlham Əliyevin sərəncamı ilə bu post Əziz Əzizova həvalə edilib. Əziz Əzizov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı idi. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsi ötən il iyulun 1-də İbrahim Mehdiyev bu po...
Minimum pensiya 6 manat 82 qəpik arta bilər
Azərbaycan qanunvericiliyi əmək pensiyasının sığorta hissəsinin və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının artım tempinə uyğun olaraq indeksləşdirilməsini nəzərdə tutur. Əmək pensiyasının minimum məbləği 2017-ci il iyu...
Ötən il nə qədər texnika alınıb?
Dövlət Statistika Komitəsi kənd təsərrüfatı texnikasının satışı haqqında hesabat yayıb. Novator.az bildirir ki, rəsmi açıqlamaya görə, 2017-ci ildə ölkəyə dövlət vəsaiti hesabına 9877 vahid kənd təsərrüfatı texnikası gətirilib. Kənd təsərrüfatı məhsulları istehsalçılarına “Aqrolizinq” ASC-nin xətti ...
Oqtay Əsədova orden təqdim olunub
Milli Məclisin sədri Oqtay Əsədova Qazaxıstanın “Şərəf” ordeni təqdim edilib. Qazaxıstan prezidenti Nursultan Nazarbayev Oqtay Əsədovu “dövlət siyasətində və ictimai fəaliyyətdə xidmətlərinə, ölkənin sosial, iqtisadi və mədəni inkişafına, xalqlararası dostluğun və əməkdaşlığın möhkəmlənməsinə verdiy...
Serj Sərkisyan yerini də vermir
Ermənistanda prezidentin və hökumətin ofisləri yerlərini dəyişir. Novator.az-ın məlumatına görə, aprel ayında seçiləcək yeni prezident hazırda Nazirlər Kabineti yerləşən binada fəaliyyət göstərəcək. Baş nazir isə indiki Prezident Aparatında əyləşəcək. Plana əsasən, Prezident Aparatı işçilərinin sayı...
Rusiya seçicilərinin sayı açıqlanıb
Rusiyanın Mərkəzi Seçki Komissiyası seçicilərin sayını açıqlayıb. Novator.az xəbər verir ki, 2018-ci il yanvarın 1-nə olan hesabata əsasən, Rusiyada 110 milyon 868 min nəfərin seçki hüququ var. Seçicilərin 1 milyon 880 min nəfəri ölkədən kənardadır. MSK bildirir ki, 2017-ci ilin iyulundan bəri seçic...
Peşə məktəblərində yeni maaşlar qərarı
Nazirlər Kabineti bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxemini və məbləğlərini təsdiq edib (Qərar). Prezident İlham Əliyev yanvarın 17-də d...
Fidel Kastronun oğlu intihar edib
Kuba inqilabının lideri Fidel Kastronun oğlu, elmlər doktoru Fidel Anxel Kastro Dias-Balart fevralın 1-də intihar edib. Dərin depressiyadan əziyyət çəkən 68 yaşlı oğul Kastronun son aylar bir müddət xəstəxanada yatdığı, sonra ev şəraitində müalicə olunduğu bildirilir. Novator.az bildirir ki, Fidel K...
Qiymət 71 dollara yaxınlaşdı
Dünya birjalarında neftin qiyməti artıb. AZƏRTAC-ın 2 fevral məlumatına görə, “AzəriLayt” markalı neftin bir barreli 57 sent bahalaşaraq 70,90 dollara yüksəlib. London birjasında “Brent” markalı neftin bir barreli 69,84 dollara, Nyu-York birjasında “Layt” markalı neft 66,12 dollara satılır. Azərbayc...
Valyuta hərraclarının hesabatı
Dövlət Neft Fondu 2018-ci ilin yanvar ayında keçirilmiş valyuta hərraclarında 299,1 milyon ABŞ dolları məbləğində vəsait satıb. Rəsmi hesabat fevralın 2-də yayılıb. Novator.az bildirir ki, ötən ilin dekabr ayı ilə müqayisədə valyuta satışı 285,7 milyon dollar azalıb. Dekabr hərraclarında Dövlət Neft...