• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Minimum pensiya 6 manat 82 qəpik arta bilər

  • 02 Fevral 2018
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Azərbaycan qanunvericiliyi əmək pensiyasının sığorta hissəsinin və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının artım tempinə uyğun olaraq indeksləşdirilməsini nəzərdə tutur.

Əmək pensiyasının minimum məbləği 2017-ci il iyulun 1-dən 110 manat məbləğində müəyyən olunub. Bu məbləğ də eyni qaydada indeksləşdirilməlidir.

Novator.az bildirir ki, Dövlət Statistika Komitəsi ötən il dekabrın 1-dək ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqının 6,2 faiz artdığını açıqlayıb. Bu hesabla əmək pensiyasının minimum məbləği 6 manat 82 qəpik artır, 116 manat 82 qəpik olur.

6,2 faizlik indeksləşdirmə ilə hazırda 150 manat alan pensiyaçıda 9 manat 30 qəpik, 200 manat alan pensiyaçıda 12 manat 40 qəpik, 250 manat alan pensiyaçıda 15 manat 50 qəpik, 300 manat alan pensiyaçıda 18 manat 60 qəpik artım gözlənir.

Əmək pensiyasının sığorta hissəsinin məbləği sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına (144 ay) bölünməsi ilə müəyyənləşir.

Xulya Ceferova

Sinif yoldaşları (18)

  • 02 Fevral 2018
  • comments

Yasamala icra başçısı təyin olundu

  • 02 Fevral 2018
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Əhali hesabatı

GLOBALS:0
comments
Xəbər

Hasilat, qiymət

GLOBALS:0
comments
Xəbər

Orta maaş nə qədər artıb?

GLOBALS:0
comments
Xəbər

Rəsmi qəzetlərdə azalma

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Əhali hesabatı

Son materiallar

comments
Xəbər

Əhali hesabatı

GLOBALS:0
comments
Xəbər

Hasilat, qiymət

GLOBALS:0
comments
Xəbər

Orta maaş nə qədər artıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda