2024-cü ilin dövlət büdcəsində bir barrel neft 60 dollardan götürülüb, “AzəriLayt” markalı Azərbaycan nefti yanvara 80,19, fevrala 86,28 dollar, marta 87,51 dollarla başlayıb.
Yanvar-fevral aylarında ölkədə 4,8 milyon ton neft çıxarılıb, yanvarda gündəlik xam neft hasilatı 474 min barrel, fevralda 476 min barrel göstərilib.
Beynəlxalq razılaşma gündəlik hasilat normasını 551 min barrel müəyyən edib.
]]>İki ayda Azərbaycan Rusiyadan 436,1 milyon, Türkiyədən 345,2 milyon, İrandan 80,3 milyon, Belarusdan 68,9 milyon, Türkmənistandan 61,7 milyon, Ukraynadan 51,2 milyon, Qazaxıstandan 46,6 milyon, Özbəkistandan 19,2 milyon, Gürcüstandan 12,1 milyon, Litvadan 3,9 milyon, Latviyadan 2,9 milyon, Qırğızıstandan 1,5 milyon, Estoniyadan 1,2 milyon, Moldovadan 635,7 min, Tacikistandan 131,6 min dollarlıq mal alıb.
]]>İxracın 4,7 faizə yaxını MDB ölkələrinə, 52,9 faizə yaxını Avropa İttifaqı ölkələrinə, 42,4 faizindən çoxu başqa ölkələrə yönəlib, idxalda MDB-nin payı 28 faizdən, Avropa İttifaqının payı 14,6 faizdən, başqa ölkələrin payı 57,3 faizdən çox olub.
Dövlət Gömrük Komitəsi əsas tərəfdaşları dövriyyəyə görə belə sıralayıb: İtaliya, Türkiyə, Rusiya, İsrail, Çin, Hindistan, Tailand, Almaniya, Gürcüstan, ABŞ, Bolqarıstan, Rumıniya, Portuqaliya, Çexiya, Fransa.
Hesabata əsasən, ixracın 90,5 faizə yaxını neft-qaz sektoruna aid olub, idxalda ən böyük pay maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələrini əhatə edib: 21,57 faiz.
Qeyri-neft/qaz sektorunda meyvə-tərəvəz ixracı 99,4 milyon dollar, plastmas və ondan hazırlanan məmulatlar ixracı 57,05 milyon dollar, kimya sənayesi məhsulları ixracı 48,3 milyon dollarla ilk üçlükdə göstərilir.
Əsas üç məhsul idxal dəyərinə görə belə qərarlaşıb: maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri – 527,6 milyon dollar, yeyinti məhsulları – 378,1 milyon dollar, nəqliyyat vasitələri və onların hissələri – 327,8 milyon dollar.
]]>Bizi ən çox qayğılandıran Şuşa şəhərində şəhidlər məzarlığının abadlaşdırılması məsələsidir. Şuşanın azad olunmasından 4 ilə yaxın vaxt ötür. Lakin ötən bu müddət ərazində şəhidlər məzarlığında abadlaşdırma işlərinə başlanmayıb. Hesab edirik ki, Şuşanın müdafiəsi və işğaldan azad olunması uğrunda canını fəda etmiş şəhidlərimizə böyük ehtiram əlaməti olaraq Cıdır düzü ərazisində yerləşən şəhidlər məzarlığının abadlaşdırılması və orada xiyabanın salınması, o cümlədən xiyabanın girişində Şuşanın müdafiəsi və işğaldan azad olunması uğrunda şəhid olmuş qəhrəman vətən övladlarının şəninə xatirə abidəsinin və guşəsinin yaradılması vacib idi. Əvvəlki müraciətlərimizdə də qeyd etdiyimiz kimi, biz şuşalılar şəhidlər məzarlığında aparılacaq abadlıq işlərinə öz maddi imkanlarımız və işçi qüvvəmiz hesabına dəstək olmaqla bu arzumuzu gerçəkləşdirmək istəyirik.
Həlli vacib olan ikinci məsələ digər məzarlıqların, Mirzə Həsən və Cıdır düzü məzarlıqlarının abadlaşdırılması və bizə həmin məzarlıqları ziyarət etməyimizə şərait yaradılmasıdır. Həmin məzarlıqları erməni barbarlar tamamilə dağıdıb və oraları ağaclar, kollar basıb. İnsanlarımıza bu məzarlıqları ziyarət etməyə və abadlaşdırma işləri aparmağa icazə verilmir. Belə bir icazənin verilməsinə təminat yaradılmasını xahiş edirik.
Bir xahişimiz də odur ki, bərpa və quruculuq işlərində Şuşanın yerli mütəxəssislərindən və işçi qüvvəsindən istifadə olunsun. Biz uzun illər öz doğma vətənimizdə çalışmağı arzulamışıq. Bu, işlə təmin olunaraq məskunlaşmağımız nöqteyi-nəzərdən də əhəmiyyətli ola bilər.
Digər bir məsələ şuşalı sakinlərin məskunlaşdırılmasıdır. Məlumdur ki, şəhərimizdə hökumətimizin hazırladığı layihələrə müvafiq olaraq tikinti işləri aparılır və buna görə də dağıntıya məruz qalmış bina və həyət evlərinin söküntüsü ilə yanaşı salamat qalmış bəzi bina və həyət evlərinin söküntüsü də aparılır. Bizdə olan məlumata görə, yaxın vaxtlarda bir qrup şəhər sakininin yeni tikilməkdə olan binalarda məskunlaşdırılması planlaşdırılır. Çox istərdik ki, bu məskunlaşdırma qanunvericiliyin tələblərinə uyğun və ədalətli olsun. Sakinlərimiz əvvəlki ev və mənzillərinin yerində və yaxud ona yaxın ərazilərdə inşa edilmiş ev və mənzillərlə təmin edilsinlər, bu mümkün olmadığı təqdirdə isə sakinlərimizə hökumətimizlə razılaşdırılmış layihələr əsasında ya evlərini bərpa etmək və yaxud da yenisini tikmək icazəsi verilsin.
Şuşa abidələr şəhəridir və mədəniyyət mərkəzidir. Odur ki, bərpa və quruculuq işləri zamanı abidələrin orijinallığının qorunub saxlanması və yerli memarlıq üslublarına əməl olunmasını zəruri sayırıq. Şuşa qalasının memarı Pənahəli xanın, Şuşanın müdafiəsi və azad olunması uğrunda canını fəda etmiş şəhidlərimizin, həmçinin qəhrəman qazi və döyüşçülərimizin şərəfinə abidə ucaldılmasını da arzulayırıq.
İşğala məruz qalana qədər Şuşada müalicəvi əhəmiyyətli sanatoriyalar və istirahət evləri fəaliyyət göstərib. Həmin sanatoriya və istirahət evlərinin fəaliyyətinin bərpa olunmasını məqsədəmüvafiq sayırıq. Bu layihə çərçivəsində şəhid ailələri və qazilərimiz üçün ödənişsiz və yaxud güzəştli müalicə və istirahət mərkəzlərinin yaradılması da olduqca önəmlidir.
Digər əhəmiyyətli saydığımız məsələ Şuşada idman kompleksinin, o cümlədən futbol stadionunun tikilməsi məsələsidir.
Artıq bilirik ki, dövlət və hökumət səviyyəsində Şuşada turizmin inkişafına xüsusi diqqət ayrılıb və layihələr işlənib. Bu layihələr çərçivəsində Cıdır düzü ilə Topxana arasında asma körpünün və yaxud kanat yolunun çəkilməsi, həmçinin Daşaltı çayı üzərində süni gölün yaradılması yaxşı olardı.
Bir istəyimiz də var ki, Şuşa sakinlərinə, hər hansı yoxlama tədbirlərinə əməl etmək şərti ilə belə olsa da, sərbəst şəkildə Şuşaya getmək icazəsi verilsin”.
]]>
Avropa Şurasının meyarlarına əsasən, azadlıqdan məhrum edilən şəxsə bu hallarda siyasi məhbus kimi baxılmalıdır: saxlanma fikir, vicdan və din azadlığı, fikrin ifadə olunması və informasiya azadlığı, toplaşma və birləşmə azadlığı pozulmaqla həyata keçirilibsə; saxlanma istənilən cinayətlə əlaqəsi olmadan siyasi səbəblərdən həyata keçirilibsə; həbsdə saxlamanın müddəti və ya onun şərtləri şəxsin ittiham olunduğu cinayətə proporsional deyilsə; vətəndaş digər şəxslərlə müqayisədə ayrı-seçkilik əsasında saxlanıbsa və ya saxlama ədalətsiz məhkəmə çəkişməsinin nəticəsidirsə və bu, hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa.
2017-ci ildə əsasən Tərtər istiqamətində bir qrup hərbi qulluqçu və mülki şəxs düşmən kəşfiyyatı ilə məxfi əməkdaşlıq ittihamı ilə tutulub.
Bir qrup şəxs 2018-ci ildə Gəncənin icra başçısına qəsdə, şəhərdə iki polis zabitinin həlak olmasına gətirən hadisələrə görə tutulub.
]]>Hikmət Sabiroğlu
2008-ci ildən “Qarabağ”a baş məşqçilik edən Qurban Qurbanovun Azərbaycan futboluna nə xidmət göstərdiyi tarixə və yan-yörəyə baş vuranda daha aydın üzə çıxır.
Əslində Azərbaycan futbolu ifadəsi şərtidir, böyük futbol məkanı deyil Azərbaycan. 1936-1991-ci illərdə Sovet İttifaqının 54 çempionatı keçirilib. Azərbaycanın əsas komandası “Neftçi” 27 mövsüm yüksək liqada mübarizə aparıb, bir bürüncdən savayı uğur olmayıb. Gürcüstanın paytaxt “Dinamo”su 51 çempionatda oynayıb, 2 qızıl, 5 gümüş, 13 bürüncə sahib çıxıb. Ermənistan “Ararat”ı qatıldığı 33 çempionatın birində zirvəni fəth edib, iki yol gümüş medal alıb. Bu komandaların hərəyə iki SSRİ kuboku da var. “Neftçi” final üzü də görməyib, Sovet İttifaqının son üç ilində (1989-1991) isə yüksək liqadan bir pillə aşağı dəstədə ayaq sürüyüb.
“Dinamo”nun 1981-ci ildə UEFA Kuboklar kubokunu götürdüyü də unudulmasın.
Müstəqilik illərində də fərqli mənzərə yoxdur. Beynəlxalq turnirlərə 1994-cü ildən qatılan Azərbaycan milli komandası dörd Avropa çempionatının seçmə mərhələsində qrup sonuncusu olub, dördündə yalnız bir komandanı qabaqlayıb. Dörd dünya çempionatının seçmə mərhələsində milli qrupda son pilləni, ikisində sondan əvvəlki pilləni, birində axırdan üçüncü pilləni tutub. Üç Millətlər Liqasında yığma dörd komandalıq qrupda birinci ola bilməyib.
“Qarabağ”ı çıxsaq, UEFA-nın klub turnirlərində uğur adına “Neftçi”nin bir, “Qəbələ”nin iki mövsüm Avropa Liqasının qrup raundunda oynamasını qeyd eləmək mümkündür.
1992-ci ildən “Qarabağ” 10 dəfə Azərbaycan çempionu olub, 7 dəfə ölkə kubokunu qazanıb. 9 çempionluq, 5 kubok Qurban Qurbanovun dövrünə düşür.
Qurban Qurbanovla “Qarabağ” 10 mövsüm UEFA turnirlərinin qrup mərhələsində yarışıb (o cümlədən bir yol Çempionlar Liqası qrupunda), bunun ikisində Konfrans Liqasının 1/16 finalına, birində Avropa Liqasının 1/8 finalına qədər irəliləyib.
Bir ara Azərbaycan milli komandasının da sükanı arxasında dayanan Qurban Qurbanov 2018-ci ildə yığmanı 12 oyuna çıxarıb, 4 qələbə, 5 heç-heçə əldə edib.
Qurban Qurbanovun “Qarabağ”ı ilə “Çelsi”ni, “Tottenhem”i, “Arsenal”ı (London), “Sevilya”nı, “Atletiko”nu, “Vilyarreal”ı, “İnter”i (İtaliya), “Fiorentina”nı, “Roma”nı, “Borussiya”nı (Dortmund), “Ayntraxt”ı (Frankfurt), “Bayer”i, “Marsel”i… qonaq eləmişik. Azman klublarla qorxmadan oynayan bir “Qarabağ” yaradıb Qurban Qurbanov. Elə bir komanda ki, indi azarkeş Avropa Liqasının 1/8 finalını yetərli saymır.
Qurban Qurbanov Azərbaycan futbolunun xarakterini dəyişmiş məşqçidir: evdəsən, ya səfərdə – qələbəyə oynamalısan, hakim rəqibə üz görür – dözməlisən, azlıqda qalmısan, oyun da əlavə vaxta gedib – sonadək vuruşmalısan.
“Qarabağ”ın uğurları minimum imkanlar şəraitində ərsəyə gəlib. Azərbaycanda futbol idarəçiliyi bərbaddır. 1990-cı illərin ikinci yarısından ölkə futbolu federasiya rəhbərliyi ilə siyasi hakimiyyətin qarşıdurmasından əziyyət çəkib. 2003-cü ildən bəri isə futbola futboldan çox uzaq adamlar yön verir. Qurban Qurbanovun gördüyü iş olmasa, futbol məmurları hansı şapalaqla üz qızardardı?
Gürcüstanın milli komandası 2024-cü ilin Avropa çempionatına vəsiqə qazanmağa yaxındır, yığmanın oyunçuları “Napoli”, “Turin”, “Valensiya”, “Mets”, “Şaxtyor” (Donetsk) kimi klubların formasını geyir. Milli FİFA reytinqində 77-ci pillədə qərar tutub. Ermənistan 94-cü, Azərbaycan 113-cü yerdədir.
Bir Henrix Mxitaryan yetiribmi Azərbaycan futbolu? Karyerasında Dortmund “Borussiya”sı, “Mançester Yunayted”, “Arsenal” (London), “Roma” var Henrixin, indi də İtaliya “İnter”ində çıxış edir.
Apreldə ölkənin baş futbol qurumu AFFA-ya yeni prezident seçilməlidir. Kimisə o posta oturdacaqlar. Çörəyi ver çörəkçiyə desək də, başqa məntiq qüvvədədir. Yoxsa düşünərdin ən doğru seçim elə Qurban Qurbanovdur…
]]>Dörd dövrəlik yarış mayın 26-da bitəcək.
İki və daha artıq komandanın topladığı xallar bərabər olarsa, qalib bu göstəricilər əsasında müəyyən edilir: komandaların öz aralarında keçirdikləri oyunların nəticələri; komandaların öz aralarında keçirdikləri oyunlarda top fərqi (səfər qolu nəzərə alınmır); mövsüm ərzində ən çox qələbə qazanmış komanda; bütün oyunlarda vurulmuş və buraxılmış topların fərqi; bütün görüşlərdə vurulmuş topların sayı; ən az rəsmi xəbərdarlıq (sarı və qırmızı vərəqələr).
Bütün göstəricilər eyni olsa, püşk atılacaq.
1992-ci ildən başlayaraq Azərbaycan milli çempionatında 8 komanda qızıl medallara sahib çıxıb: “Qarabağ” 10, “Neftçi” 9, “Kəpəz” 3, “Şəmkir”, “Bakı” və “İnter” (indiki “Şamaxı”) 2, “Turan” (Tovuz) və “Xəzər Lənkəran” 1 dəfə çempion olub.
Avropanın aparıcı milli çempionatlarına gəlincə, İngiltərədə “Arsenal” və “Liverpul” 64 xalla önə çıxıblar. “Mançester Siti” 63, “Aston Villa” 56, “Tottenhem” 53 xal toplayıb.
İspaniya çempionatına 72 xalla “Real” başçılıq edir. “Barselona” 64, “Jirona” 62, “Atletik” 56, “Atletiko” 55 xal götürüb.
İtaliya çempionatında “İnter” 76 xalla liderdir. “Milan” 62, “Yuventus” 59, “Bolonya” 54, “Roma” 51 xal yığıb.
Almaniya çempionatında “Bayer” zirvədədir: 70 xal. Lideri 60 xalla “Bavariya”, 56 xalla “Ştutqart” izləyir.
Fransa çempionatında PSJ 59, “Brest” 47, “Monako” 46, “Lill” və “Nitsa” 43, “Lans” 42 xal qazanıb.
]]>Kommunist Partiyasından Nikolay Xaritonov 4,32 faiz, Yeni Adamlar Partiyasından Vladislav Davankov 3,79 faiz, Liberal Demokrat Partiyasının lideri Leonid Slutski 3,13 faiz səslə göstərilir.
Vladimir Putin 1952-ci il oktyabrın 7-də Leninqrad (Sankt-Peterburq) şəhərində doğulub. Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini bitirib, həmçinin Moskvada Dövlət Təhlükəsizliyi Komitəsinin Ali Məktəbində və Xarici Kəşfiyyat Akademiyasında oxuyub.
1975-1990-cı illərdə təhlükəsizlik orqanlarında çalışıb.
1990-cı ildən əvvəl Leninqrad Dövlət Universiteti rektorunun köməkçisi, sonra Leninqrad Şəhər Soveti sədrinin müşaviri postlarını tutub.
1991-ci ildən Sankt-Peterburq meriyasında çalışıb, 1994-cü ildən Sankt-Peterburq hökuməti sədrinin birinci müavini olub.
1996-cı ildən Rusiyanın ali hakimiyyət orqanlarında işləyib, prezidentin işlər müdirinin müavini, Prezident Administrasiyası rəhbərinin birinci müavini, Federal Təhlükəsizlik Xidmətinin direktoru (eyni zamanda Təhlükəsizlik Şurasının katibi) olub.
1999-cu il avqustun 16-da baş nazir təyin edilib. 1999-cu il dekabrın 31-dən həmçinin prezident vəzifəsini icra edib, 2000 və 2004-cü illərdə prezident seçilib.
2008-ci ilin may ayından baş nazir olub, 2012 və 2018-ci illərdə prezident mandatı alıb.
Rusiya prezidenti 6 il müddətinə seçilir. Vladimir Putinin 2030-cu ilin prezident seçkisinə də qatılmaq, 2036-cı ilə qədər postda qalmaq imkanı var.
]]>2023-cü ilin ilk ayına nəzərən doğumun 15,7 faiz, ölüm hallarının 5,9 faiz, nikahların 8,7 faiz azaldığı, boşanmaların 25 faiz artdığı vurğulanır.
]]>Rəsmi hesabat iqtisadi fəal əhalinin 4 milyon 964,1 min nəfərini məşğul şəxslər kimi göstərib.
Dövlət Statistika Komitəsi bildirir ki, fevralın 1-nə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 942,4 manata çatıb, neft-qaz sektorunda 3386,8 manat, qeyri-neft/qaz sektorunda 896,2 manat, dövlət müəssisələrində 896,8 manat, özəl müəssisələrdə 993 manat olub.
İqtisadi fəaliyyət növləri üzrə orta maaş belə rəsmiləşib:
mədən sənayesi – 3241,1 manat;
maliyyə və sığorta fəaliyyəti – 2289,5 manat;
informasiya və rabitə – 1720,1 manat;
peşə fəaliyyəti, elmi və texniki fəaliyyət – 1524,5 manat;
nəqliyyat və anbar təsərrüfatı – 1285,6 manat;
dövlət idarəetməsi və müdafiə; sosial təminat – 1194,4 manat;
elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı – 1052,3 manat;
tikinti – 1045,4 manat;
daşınmaz əmlakla əlaqədar əməliyyatlar – 938,9 manat;
emal sənayesi – 877,8 manat;
əhaliyə səhiyyə xidməti və sosial xidmətlərin göstərilməsi – 826,5 manat;
təhsil – 743,5 manat;
turistlərin yerləşdirilməsi və ictimai iaşə – 734,4 manat;
su təchizatı, tullantıların təmizlənməsi və emalı – 713,7 manat;
istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət – 711,2 manat;
ticarət; nəqliyyat vasitələrinin təmiri – 660 manat;
inzibati və yardımçı xidmətlərin göstərilməsi – 610,8 manat;
kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq – 529 manat;
başqa sahələrdə xidmətlərin göstərilməsi – 1033,8 manat.
Ölkədə minimum aylıq əməkhaqqı 345 manatdır.
]]>