Fidel Kastronun oğlu intihar edib
- 02 Fevral 2018
- comments
- Səidə Hüseynova
- Posted in Xəbər
Kuba inqilabının lideri Fidel Kastronun oğlu, elmlər doktoru Fidel Anxel Kastro Dias-Balart fevralın 1-də intihar edib. Dərin depressiyadan əziyyət çəkən 68 yaşlı oğul Kastronun son aylar bir müddət xəstəxanada yatdığı, sonra ev şəraitində müalicə olunduğu bildirilir.
Novator.az bildirir ki, Fidel Kastro Dias-Balart 1974-cü ildə Moskva Dövlət Universitetini bitirib, nüvə fizikası sahəsində çalışıb.
Dövlət Şurasının elmi məsələlər müşaviri, Elmlər Akademiyasının vitse-prezidenti idi, innovasiyalarla məşğul olurdu.
1959-cu il Kuba inqilabının lideri Fidel Kastro Rus 2016-cı ildə dünyasını dəyişib. Hazırda Kubaya onun qardaşı Raul Kastro rəhbərlik edir.