Xəbər
Oqtay Əsədova orden təqdim olunub
Milli Məclisin sədri Oqtay Əsədova Qazaxıstanın “Şərəf” ordeni təqdim edilib. Qazaxıstan prezidenti Nursultan Nazarbayev Oqtay Əsədovu “dövlət siyasətində və ictimai fəaliyyətdə xidmətlərinə, ölkənin sosial, iqtisadi və mədəni inkişafına, xalqlararası dostluğun və əməkdaşlığın möhkəmlənməsinə verdiy...
Serj Sərkisyan yerini də vermir
Ermənistanda prezidentin və hökumətin ofisləri yerlərini dəyişir. Novator.az-ın məlumatına görə, aprel ayında seçiləcək yeni prezident hazırda Nazirlər Kabineti yerləşən binada fəaliyyət göstərəcək. Baş nazir isə indiki Prezident Aparatında əyləşəcək. Plana əsasən, Prezident Aparatı işçilərinin sayı...
Rusiya seçicilərinin sayı açıqlanıb
Rusiyanın Mərkəzi Seçki Komissiyası seçicilərin sayını açıqlayıb. Novator.az xəbər verir ki, 2018-ci il yanvarın 1-nə olan hesabata əsasən, Rusiyada 110 milyon 868 min nəfərin seçki hüququ var. Seçicilərin 1 milyon 880 min nəfəri ölkədən kənardadır. MSK bildirir ki, 2017-ci ilin iyulundan bəri seçic...
Peşə məktəblərində yeni maaşlar qərarı
Nazirlər Kabineti bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxemini və məbləğlərini təsdiq edib (Qərar). Prezident İlham Əliyev yanvarın 17-də d...
Fidel Kastronun oğlu intihar edib
Kuba inqilabının lideri Fidel Kastronun oğlu, elmlər doktoru Fidel Anxel Kastro Dias-Balart fevralın 1-də intihar edib. Dərin depressiyadan əziyyət çəkən 68 yaşlı oğul Kastronun son aylar bir müddət xəstəxanada yatdığı, sonra ev şəraitində müalicə olunduğu bildirilir. Novator.az bildirir ki, Fidel K...
Qiymət 71 dollara yaxınlaşdı
Dünya birjalarında neftin qiyməti artıb. AZƏRTAC-ın 2 fevral məlumatına görə, “AzəriLayt” markalı neftin bir barreli 57 sent bahalaşaraq 70,90 dollara yüksəlib. London birjasında “Brent” markalı neftin bir barreli 69,84 dollara, Nyu-York birjasında “Layt” markalı neft 66,12 dollara satılır. Azərbayc...
Valyuta hərraclarının hesabatı
Dövlət Neft Fondu 2018-ci ilin yanvar ayında keçirilmiş valyuta hərraclarında 299,1 milyon ABŞ dolları məbləğində vəsait satıb. Rəsmi hesabat fevralın 2-də yayılıb. Novator.az bildirir ki, ötən ilin dekabr ayı ilə müqayisədə valyuta satışı 285,7 milyon dollar azalıb. Dekabr hərraclarında Dövlət Neft...
Avro və başqaları bahalaşıb
Mərkəzi Bank fevralın 2-də avronu 2,1238, gürcü larisini 0,6859, türk lirəsini 0,4542 manata qaldırıb. Novator.az-ın məlumatına görə, bahalaşan ingilis funt sterlinqi 2,4241, İsveçrə frankı 1,8338, Küveyt dinarı 5,673 manata təklif olunur. ABŞ dolları (1,7001 manat) və Rusiya rublunun (0,0303 manat)...
İçərişəhərdə yeni layihə
Prezident İlham Əliyev Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin təsis edilməsinə sərəncam verib. Mərkəz “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturuna daxil olacaq. Qurumun təsis edilməsi və fəaliyyətinin təmin olunması üçün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə döv...
Ermənistanda hökumət qapalı iclaslara keçir
Fevralın 1-də Ermənistan hökuməti öz strukturu və fəaliyyəti ilə bağlı qanun layihəsini qəbul edib. Novator.az bildirir ki, layihədə hökumətin baş nazir, baş nazirin birinci müavini, 2 müavin və 18 nazirdən ibarət olması nəzərdə tutulur. Sənədə görə, hökumət üzvlərini baş nazirin təqdimatı ilə prezi...
Peşə təhsili: yeni qanun layihəsində nələr var?
Fevralın 1-də Milli Məclis “Peşə təhsili haqqında” qanunu ilk oxunuşda qəbul edib. Sənəd peşə təhsili sahəsində dövlət siyasətinin prinsiplərini, peşə təhsili və təlimi sisteminin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyənləşdirir. Novator.az bildirir ki, layihədə peşə təhsili sisteminin qurulu...
Gürcüstanda hər 5 nəfərdən birini siqaret öldürür
Gürcüstanda hər 3 adamdan biri siqaret çəkir. Novator.az-ın məlumatına görə, bunu “Tütünə Nəzarət Alyansı” qeyri-hökumət təşkilatının rəhbəri Georgi Baxturidze deyib. O bildirib ki, Gürcüstanda hər il 11 min adam siqaretin törətdiyi xəstəlikdən həyatını itirir: “Belə çıxır ki, Gürcüstanda hər 5 nəfə...
Vətəndaşlıq qanununa dəyişiklik edildi
Milli Məclisin 1 fevral iclasında “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunda dəyişikliklər edilib. Novator.az-ın məlumatına görə, qanunun 14-cü maddəsinə (Azərbaycan Respublikasının vətəndaşlığına qəbul ) yeni hissə əlavə olunub: “2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına g...
Çempionat yenilikləri
İngiltərə milli futbol çempionatında 25-ci tura yekun vurulub. Novator.az-ın məlumatına görə, lider “Mançester Siti” xal sayını 68-ə çatdırıb. Onu 53 xalla “Mançester Yunayted”, 50 xalla “Liverpul” və “Çelsi” təqib edir. 48 xal toplayan “Tottenhem” beşinci pillədə qərarlaşıb. Portuqaliyada 20-ci tur...
Fikrət Hüseynlinin taleyinə bu ay aydınlıq gələcək
Yanvarın 31-də Kiyev Apellyasiya Məhkəməsində jurnalist Fikrət Hüseynlinin işi üzrə proses davam edib. Bunu “Turan”a jurnalist özü deyib. Onun sözlərinə görə, məhkəmə prokurorluğun iddiasından əl çəkməsi üçün işi yanvarın 17-də oraya qaytarmışdı: “Prokurorluq yanvarın 31-də məhkəmədə iddiasından əl ...
Gizir hazırlığı: kursun şərtləri açıqlanıb
Müdafiə Nazirliyi “Gizir hazırlığı kursu”na qəbul elan edib. Gizirlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan müddətli həqiqi hərbi xidmətini başa vurmuş, tam orta təhsilli, 28 yaşınadək vətəndaşlar fevralın 5-dən 24-dək müvafiq sənədlərlə birlikdə Silahlı Qüvvələrin Təlim və Təd...
Günəbaxan və balıq yağını uzun müddət istifadə etmək zərərlidir
Günəbaxan və ya balıq yağının uzunmüddətli istifadəsi qara ciyərdə ciddi problem yarada bilər. Novator.az-ın məlumatına görə, Qranada Universitetinin (İspaniya) bir qrup alimi apardığı tədqiqatın nəticələrinə əsaslanaraq belə qənaətə gəlib. Tədqiqatçılar zeytun, günəbaxan və balıq yağının uzunmüddət...
Seçkidə 8 nəfər qalır
Rusiyanın Mərkəzi Seçki Komissiyası martın 18-də keçiriləcək prezident seçkisinə qatılan şəxslərdən sənədlərin qəbulunu başa çatdırıb. Novator.az-ın məlumatına görə, son gün – yanvarın 31-də Yaşıllar Alyansı Partiyasından Elvira Aqurbaş MSK-ya gəlməyib. Rusiya Birləşmiş Əmək Cəbhəsi Partiyasından Na...
Təzə ayın ilk məzənnələri
Fevralın 1-də ABŞ dollarının rəsmi məzənnəsi 1,7001 manat saxlanıb. Avroda da dəyişiklik yoxdur: 2,1116 manat. Novator.az-ın məlumatına görə, Mərkəzi Bank gürcü larisinin kursunu 0,6811 manata, Rusiya rublunu 0,0303 manata, türk lirəsini 0,4528 manata qaldırıb (Məzənnələr). Dollar 2017-ci il dekabrı...
Silahlı Qüvvələrə Yardım Fondunun hesabatı
1 fevral 2018-ci ilə Silahlı Qüvvələrə Yardım Fonduna 88 milyon 311,6 min manat, 213 min ABŞ dolları, 10,1 min avro və 5 min rubl vəsait daxil olub. Hesabatı Müdafiə Nazirliyi yayıb. Silahlı Qüvvələrə Yardım Fondu 2002-ci ildə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycanın ərazisində fəaliyyət göstə...