Xəbər
Rəsulzadə ziyarəti
Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 134 il ötür. Milli Şuranın, Müsavat Partiyasının və digər demokratik qüvvələrin təmsilçiləri yanvarın 31-də Bakının Novxanı kəndində Rəsulzadəni anıblar. Mərasimlər Rəsulzadənin abidəsi önündə keçirilib. Azadl...
Fevralda hava necə olacaq?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti fevral ayının hava proqnozunu açıqlayıb. Rəsmi məlumata görə, Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 4-6 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, ...
Özbəkistanın baş çekisti postundan getdi
Özbəkistan Milli Təhlükəsizlik Xidmətinin sədri general-polkovnik Rüstəm İnayətov 23 ildir tutduğu vəzifədən çıxarılıb. Novator.az-ın məlumatına görə, Rüstəm İnayətovun işdən götürüldüyü Baş Prokurorluğun və Milli Təhlükəsizlik Xidmətinin yanvarın 31-də prezident Şövkət Mirziyayevin sədrliyi keçiril...
Mehman Hüseynovun işindən şikayət hazırlanır
Məhbus bloqçu Mehman Hüseynovun işindən kassasiya şikayəti hazırlanır. Yanvarın 31-də Novator.az-a danışan vəkil Fuad Ağayev deyib ki, Bakı Apellyasiya Məhkəməsinin ötən il dekabrın 15-də verdiyi qərardan şikayət yaxın vaxtda Ali Məhkəməyə təqdim olunacaq. Mehman Hüseynov hazırda 14 saylı Cəzaçəkmə ...
Rusiya prezidentliyinə kimlər iddia edir?
Yanvarın 31-də Rusiyanın Mərkəzi Seçki Komissiyası martın 18-də keçiriləcək prezident seçkisinə qatılan şəxslərdən sənədlərin qəbulunu başa çatdırır. Novator.az-ın məlumatına görə, prezidentliyə 14 nəfər iddia edir. Onların 12-si partiya namizədi, 2-si müstəqil namizəddir. Qeydiyyat üçün müstəqil na...
Qurban Qurbanov 0-la start götürdü
Azərbaycanın milli futbol komandası Qurban Qurbanovun baş məşqçiliyi ilə ilk oyununu keçirib. Novator.az-ın məlumatına görə, yığma yanvarın 30-u Türkiyənin Antalya şəhərinin “Mardan” stadionunda Moldova millisi ilə üz-üzə gəlib. Oyunda hesab açılmayıb. Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat...
Məzənnələr yanvarı yola saldı
Mərkəzi Bank yanvarın 31-də avronu, gürcü larisini, türk lirəsini bahalaşdırıb. Novator.az-ın məlumatına görə, ABŞ dollarının və Rusiya rublunun banklara satış qiyməti dəyişməyib: 1 ABŞ dolları – 1,7001 manat 1 avro – 2,1116 manat 1 gürcü larisi – 0,68 manat 1 Rusiya rublu – 0,0302 manat 1 türk lirə...
Orduda yeni tədris dövrü
Azərbaycan Ordusunun qoşun növ və qisimlərinin birlik, birləşmə və hərbi hissələrində yeni tədris dövrü başlayıb. Mod.gov.az-ın 30 yanvar məlumatına görə, bütün hərbi hissələrdə mitinqlər təşkil edilib, tədris dövrü üçün əsas məqsədlər və vəzifələr, eləcə də onların icra qaydaları diqqətə çatdırılıb...
Palatanın yoxlamaları
Hesablama Palatası “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayıb. Rəsmi məlumata görə, maliyyə hesabatlarının ictimailəşdirilməsi, gəlirlər və xərclər smetalarının tərtib olunması və aidiyyəti dövlət qurumları ilə razılaşdırılması, fəaliyyətin zərərlə...
Fevralda qəbul günləri
Mərkəzi hakimiyyət orqanları rəhbərlərinin fevral ayında vətəndaşları nə vaxt qəbul edəcəyi açıqlanıb. Novator.az cədvəli təqdim edir: Qəbul edən Gün Yer Əhatə olunan şəhər və rayonlar Gənclər və idman naziri Azad Rəhimov 9 Cəlilabad Cəlilabad, Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı Səhiyyə nazi...
“Avto FM” ölkə boyu yayılacaq
“Avto FM” radiosu ölkə boyu yayıla biləcək. Novator.az xəbər verir ki, Milli Teleradio Şurasının yanvarın 30-da keçirilən iclasında bununla bağlı qərar qəbul olunub. Şura “Avto FM”in ölkə ərazisində geniş miqyaslı yayımının təmin olunması üçün yeni tezliklər ayırıb və radionun “Azerspace-1” peykində...
Büdcə şəffaflığı: Azərbaycan Gürcüstandan 48 bal geri qalır
Beynəlxalq Büdcə Tərəfdaşlığı 2017-ci il üzrə Açıq Büdcə İndeksini açıqlayıb. Novator.az-ın məlumatına görə, reytinq 100 baldan 0 bala (ən şəffaf büdcədən ən qapalı büdcəyə) prinsipi ilə tərtib olunub. İndeksə 89 balla Yeni Zelandiya və Cənubi Afrika Respublikası başçılıq edirlər. İsveçin balı 87, N...
Türkcə “Euronews” niyə yoxa çıxıb?
Türkiyədə “Euronews” televiziya kanalının dövlət dilində yayımı yanvarın 28-dən dayandırılıb. Novator.az-ın məlumatına görə, bu, Türkiyə Radio və Televiziya Qurumu (TRT) ilə “Euronews” arasında 2009-cu ildə imzalanmış razılaşmaya son verilməsi ilə bağlıdır. Həmin razılaşma əsasında TRT “Euronews” ka...
30 yanvar hərracında nələr oldu?
Əmlak Məsələləri Dövlət Komitəsinin 30 yanvar hərracı rəqabətli keçib. Rəsmi məlumata görə, hərracda 22 dövlət əmlakının özəlləşdirilməsinə 44 sifariş verilib. 9 əmlakın start qiyməti 47 min 300 manatdan 61 min 700 manata yüksəlib. 11 nəfərin sifariş verdiyi “Nissan Sunny” markalı avtomobilin start ...
Prezident “Şahdağ”da
Prezident İlham Əliyev yanvarın 30-u Qusarda “Şahdağ” qış-yay turizm kompleksinin növbəti inkişaf planları ilə tanış olub. AZƏRTAC xəbər verir ki, turizm kompleksində dəniz səviyyəsindən 2350 metr yüksəklikdə 5 nömrəli lift meydançası inşa ediləcək və 4,2 kilometr uzunluğunda yeni eniş zolağı tikilə...
İlk ayın populyar adları
Novator.az 2018-ci ilin ilk ayında Azərbaycanda doğulmuş uşaqlara qoyulan populyar adların siyahısına nəzər salıb. Oğlan adları içində Yusif birincidir. Bu ad yanvarda 52 uşağa verilib. Hüseyn adı (34) ikincidir. Əli və Uğur adları (28) üçüncü yeri bölüşürlər. İlk sıralarda Ömər (24), Məhəmməd, Mura...
Mənzillərin açarları jurnalistlərə təqdim olunub
Bakının Bibiheybət qəsəbəsindəki ikinci jurnalist evindən mənzil almış şəxslərə sənədlər və açarlar təqdim olunub. Mərasim yanvarın 30-u paytaxtdakı Beynəlxalq Mətbuat Mərkəzində keçirilib. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun inşa etdiyi binanın açılışı ötən ilin iyu...
Naxçıvanın 10 illik göstəriciləri
Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi son 10 ilin müqayisəli göstəricilərini yayıb. Hesabata görə, muxtar respublikada 2007-ci illə müqayisədə 2017-ci ildə ümumi daxili məhsul istehsalı 5 dəfə, sənaye məhsulu 7,9 dəfə, əsas kapitala yönəldilən vəsaitlər 4,5 dəfə, kənd təsərrüfat...
Nazirlik qəbul statistikası açıqlayıb
2017-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi və məsul şəxsləri 11 min 751 nəfəri fərdi qaydada qəbul edib. Rəsmi hesabata görə, həmin şəxslərin 11 min 97 nəfəri nazirliyin qəbul otağına müraciət edənlərdir. 773 nəfər (o cümlədən nazirlikdə 119 nəfər, rayon və şəhərlərdə keç...
Amerika Rusiyaya sanksiya müharibəsi elan edir
ABŞ-ın Maliyyə Nazirliyi sanksiya tətbiqi tövsiyə olunan rusiyalı siyasətçilərin və iş adamlarının siyahısını açıqlayıb. Novator.az-ın məlumatına görə, yanvarın 30-na keçən gecə açıqlanan siyahıda 210 nəfərin adı var. Onların 114-ü siyasətçi və məmur, 96-sı biznesmendir. Sanksiya hədəfi ola biləcək ...