• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Peşə məktəblərində yeni maaşlar qərarı

  • 02 Fevral 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Nazirlər Kabineti bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxemini və məbləğlərini təsdiq edib (Qərar).

Prezident İlham Əliyev yanvarın 17-də dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin həftəlik dərs yükü normasının 1,5 dəfə, aylıq vəzifə maaşlarının orta hesabla 2 dəfə artırılmasına sərəncam verib. Yenilik 2018-ci il yanvarın 1-dən tətbiq edilir.

Təhsil Nazirliyinin keçirdiyi mərkəzləşdirilmiş müsabiqə yolu ilə ilk peşə-ixtisas təhsili müəssisələrinə işə qəbul edilən, idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilər bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış işçilərə bərabər tutulur.

Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşlarının sxemi

Təhsili

Bir stavka dərs yükü 18 saat olmaqla, aylıq vəzifə maaşı (manatla)

pedaqoji staj 3 ilədək olduqda pedaqoji staj 3 ildən 8 ilədək olduqda pedaqoji staj 8 ildən 13 ilədək olduqda pedaqoji staj 13 ildən 18 ilədək olduqda pedaqoji staj 18 ildən çox olduqda
Ali təhsilli

350

375

395

420

450

Orta ixtisas təhsilli 320 335 350 370

400

Qeyd. Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşlarına qrup rəhbərliyinə görə 50 manat əlavə ödənilir.

 

Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış baş ustaların aylıq vəzifə maaşlarının sxemi

Təhsilin pillələri və pedaqoji staja qoyulan tələblər Aylıq vəzifə maaşı (manatla)
Orta ixtisas təhsilli, ixtisas üzrə 3 ildən 8 ilədək əmək stajı 330
Ali ixtisas təhsilli, ixtisas üzrə 3 ilədək əmək stajı; orta ixtisas təhsilli, ixtisas üzrə 8 ildən13 ilədək əmək stajı 360
Ali ixtisas təhsilli, ixtisas üzrə 3 ildən 8 ilədək əmək stajı; orta ixtisas təhsilli, ixtisas üzrə 13 ildən çox əmək stajı 380
Ali ixtisas təhsilli, ixtisas üzrə 8 ildən az olmayaraq əmək stajı 400

 

Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış istehsalat təlimi ustalarının aylıq vəzifə maaşlarının sxemi

Təhsilin pillələri və pedaqoji staja qoyulan tələblər Aylıq vəzifə maaşı (manatla)
Ümumi orta təhsilli, sahə üzrə 3 ildən az olmayan əmək stajı; orta ixtisas təhsilli, əmək stajına tələb qoyulmadan 300
Ali ixtisas təhsilli, əmək stajına tələb qoyulmadan; orta ixtisas təhsilli, ixtisas üzrə 3 ildən 8 ilədək əmək stajı 315
Ali ixtisas təhsilli və ixtisas üzrə 3 il əmək stajı; orta ixtisas təhsilli, ixtisas üzrə 8 ildən 13 ilədək əmək stajı 330
Ali ixtisas təhsilli, ixtisas üzrə 3 ildən 8 ilədək əmək stajı; orta ixtisas təhsilli, ixtisas üzrə 13 ildən 18 ilədək əmək stajı 340
Ali ixtisas təhsilli, ixtisas üzrə 8 ildən az olmayaraq əmək stajı və ya usta vəzifəsində 5 ildən az olmayaraq  əmək stajı; orta ixtisas təhsilli, 18 ildən az olmayaraq  ixtisas üzrə əmək stajı 350

 

Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının  diaqnostik qiymətləndirilməsi aparılmış gənclərin çağırışaqədərki hazırlığı  rəhbərlərinin aylıq vəzifə maaşlarının sxemi

Təhsilin pillələri və pedaqoji staja qoyulan tələblər Aylıq vəzifə maaşı (manatla)
Xüsusi hazırlıq keçmiş, tam orta təhsilli, pedaqoji stajı ən azı 5 ilə qədər 230
Xüsusi hazırlıq keçmiş, tam orta təhsilli, pedaqoji stajı 5 ildən çox; orta ixtisas təhsilli, pedaqoji stajı 5 ilə qədər 240
Orta ixtisas təhsilli, pedaqoji stajı 5 ildən 10 ilədək; orta hərbi təhsilli və ya ali təhsilli, pedaqoji stajı hər iki halda 5 ilə qədər 250
Ali təhsilli, pedaqoji stajı 5 ildən çox; orta ixtisas təhsilli, pedaqoji stajı 10 ildən çox; orta hərbi təhsilli, pedaqoji stajı 5 ildən çox; ali hərbi təhsilli, pedaqoji staja tələb qoyulmadan 265

 

Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının  diaqnostik qiymətləndirilməsi aparılmış fiziki tərbiyə rəhbərlərinin aylıq vəzifə maaşlarının sxemi

Təhsilin pillələri və pedaqoji staja qoyulan tələblər Aylıq vəzifə maaşı (manatla)
Ali təhsilli, pedaqoji staja tələb qoyulmadan; orta ixtisas təhsilli, 5 ildən az olmayaraq pedaqoji staj 220
Ali təhsilli, 3 ildən az olmayaraq pedaqoji staj; orta ixtisas təhsilli, 10 ildən az olmayaraq pedaqoji staj 230
Ali təhsilli, 3 ildən 8 ilədək pedaqoji staj; orta ixtisas təhsilli, idman üzrə fəxri adı olan; orta ixtisas təhsilli, 18 ildən az olmayaraq pedaqoji staj 240
Ali təhsilli, 8 ildən az olmayaraq pedaqoji staj 250

 

Novator.az xatırladır ki, yanvarın 1-dən ötən il diaqnostik qiymətləndirmədən keçən 42 minə yaxın müəllimin əməkhaqqı artırılıb. Mərkəzləşdirilmiş müsabiqə yolu ilə dövlət ümumi təhsil müəssisələrinə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulur. 2017-ci ildə müəllimlərin işə qəbulu imtahanından uğurla keçib təyin olunan 6 minə yaxın müəllimin də əməkhaqqı artırılıb.

2014-cü ildən ölkə üzrə ümumilikdə 140 000-dək müəllim diaqnostik qiymətləndirmədən keçib.

Fidel Kastronun oğlu intihar edib

  • 02 Fevral 2018
  • comments

Rusiya seçicilərinin sayı açıqlanıb

  • 02 Fevral 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Gürcüstan parlamenti müxalifsiz qaldı

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

İsrailin Çindən İran umacağı – “Bloomberg”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Pəhləvi Trampa ismarış göndərib – “Foks Nyus”

GLOBALS:0

Tags

  • Sosial
  • Təhsil

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Gürcüstan parlamenti müxalifsiz qaldı

Son materiallar

comments
Dünyanın səsiXəbər

Gürcüstan parlamenti müxalifsiz qaldı

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

İsrailin Çindən İran umacağı – “Bloomberg”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda