Xəbər
15 bağça üçün 19 milyon 577 min manat ayrılıb
Dövlət başçısı İlham Əliyev əhalisi 306 mindən çox olan 15 şəhər və rayonda ümumilikdə 1230 yerlik 15 uşaq bağçasının tikintisinə (Siyahı) sərəncam verib. Novator.az-ın məlumatına görə, sərəncam 2018-ci ilin dövlət büdcəsindən Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Ag...
10 illik proqramda nələr var?
Prezident İlham Əliyev çayçılığın inkişafı dövlət proqramını təsdiqləyib. 2018-2027-ci illəri əhatə edən proqramda nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi üçün Maliyyə və İqtisadiyyat nazirliklərinə tapşırıqlar verilib. Kənd Təsərrüfatı Nazirliyinə nəzərdə tutulan tədbirlərin həyata keçirilm...
Güzəştli kredit anonsları
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu ilin ilk işgüzar forumunu fevralın 9-u Qazax rayonunda keçirib. 200-dək sahibkarın iştirak etdiyi forumda çıxış edən icraçı direktor müavini Arif Vəliməmmədov 2018-ci ilin əsas hədəfləri barədə məlumat verib. Qeyd olunub ki, aqrar sektorun inn...
9 ölkənin qızılı var
Cənubi Koreyanın Pxençan şəhərində keçirilən Qış Olimpiya Oyunlarında fevralın 12-dək 9 ölkənin idmançıları qızıl medal əldə edib. Novator.az-ın məlumatına görə, Almaniya 3 qızıl medalla öndə durur. Niderland və ABŞ 2 qızıl qazanıb. Norveç, Kanada, Avstriya, Cənubi Koreya, Fransa və İsveç 1 qızıl me...
Rusiya: şəbəkədə kimlər var?
Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi sosial şəbəkə istifadəsi ilə bağlı sorğu keçirib. Novator.az bildirir ki, sorğunun fevralın 12-də açıqlanan nəticələrinə görə, yaşı 18-dən yuxarı respondentlərin 45%-i hər gün, 62%-i isə həftədə azı bir dəfə sosial şəbəkədən istifadə edir. Respondentlərin üçdə...
Sürüşmə zonasında son vəziyyət
Fevralın 12-də Səbail Rayon İcra Hakimiyyəti Bayıl sürüşmə zonasındakı son vəziyyətlə bağlı məlumat yayıb. Məlumatda son iki gündə Bayıl yaşayış massivindəki Cənub Dərə adlanan ərazidə intensiv yağıntıların buradakı vəziyyətə təsir göstərdiyi qeyd edilir: “Yağış suları ərazidə yaranmış çatlara dolar...
Böyük beşlikdə kimlər liderlik edir?
Avropada milli futbol çempionatları davam edir. Novator.az-ın məlumatına görə, İngiltərə çempionatında 27 turdan sonra “Mançester Siti” 72 xalla öndədir. Onu 56 xalla “Mançester Yunayted”, 54 xalla “Liverpul” təqib edir. 52 xal toplayan “Tottenhem” dördüncü pillədə qərarlaşıb. İspaniya çempionatının...
Seçki həm də Müsavatsız olur
Müsavat Partiyası Məclisinin 10 fevral sessiyasında aprelin 11-nə təyin edilmiş prezident seçkisi müzakirə edilib. Müzakirələrdən sonra Müsavat Partiyası növbədənkənar prezident seçkisində iştirak etməmək qərarı çıxarıb. Yanvarın 27-də Müsavat Məclisinin sessiyasında prezident seçkisi ilə bağlı qəra...
Cəbhə xəttində insident
Mod.gov.az-ın 12 fevral məlumatına görə, düşmənin Azərbaycan-Ermənistan sərhədini pozmaq məqsədilə Qazax rayonu istiqamətində təxribatı uğursuzluqla nəticələnib: “Fevralın 11-i səhər saatlarında hava şəraitinin dumanlı olmasından istifadə edən düşmən Azərbaycan Ordusunun ön xətt mövqeləri istiqaməti...
Mərkəzi Bank manatın satış faizini dəyişdi
Mərkəzi Bankın İdarə Heyəti fevralın 12-də uçot dərəcəsinin 15%-dən 13%-ə, faiz dəhlizinin yuxarı həddinin 18%-dən 16%-ə, aşağı həddinin isə 10%-dən 8%-ə endirilməsi barədə qərar qəbul edib. Novator.az bildirir ki, uçot dərəcəsi Mərkəzi Bankın kommersiya banklarına verdiyi borclar üzrə faiz dərəcəsi...
Prezident həmkarına başsağlığı verib
Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə başsağlığı məktubu göndərib. Məktubda yazılır: “Hörmətli Vladimir Vladimiroviç, Moskva ətrafında baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş təyyarə qəzası barədə xəbər məni dərindən sarsıtdı. Sizə, həlak olanların doğmalarına və yaxınl...
Məzənnələr yuxarı üz tutub
Fevralın 12-də Mərkəzi Bank avronu, gürcü larisini, Rusiya rublunu və türk lirəsini bahalaşdırıb. Novator.az-ın məlumatına görə, avro banklara 2,0888 manata, lari 0,6996 manata, rubl 0,0293 manata, lirə 0,446 manata satılır. ABŞ dollarının rəsmi kursu isə sabit qalıb: 1,7001 manat (Məzənnələr). Doll...
Yeni dövlət proqramı
Prezident İlham Əliyev Azərbaycanda çəltikçiliyin inkişafına dair dövlət proqramını təsdiq edib. 2018-2025-ci illəri əhatə edən proqramda nəzərdə tutulan tədbirləri əlaqələndirmək Kənd Təsərrüfatı Nazirliyinə həvalə olunub. Novator.az-ın məlumatına görə, proqramın məqsədinin ölkə əhalisinin düyüyə o...
Orta maaş 528 manatı ötüb
Dövlət Statistika Komitəsi iqtisadiyyatda işləyənlər və əməkhaqqı barədə hesabat yayıb. Novator.az bildirir ki, rəsmi açıqlamaya görə, 2018-ci il yanvarın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 521,3 min nəfər olub, onların 880,1 min nəfəri dövlət sektorunda, 641,2 min nəf...
Nazirlikdən yanvar açıqlamaları
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanvar ayı üzrə iki hesabat yayıb. Elektron xidmətlər hesabatında bildirilir ki, 2017-ci ilin dekabr ayı ilə müqayisədə e-xidmətlərdə 82,8 faiz çox olmaqla, 1 milyon 123 minə yaxın müraciət qeydə alınıb. Müraciətlərin sayında ən çox artım “Məcburi dövlət s...
2018-in ilk rəqəmləri: ərzaq 6,9 faiz bahalaşıb
Dövlət Statistika Komitəsi 2018-ci ilin ilk göstəricilərini açıqlayıb. Novator.az-ın məlumatına görə, qeyd olunur ki, yanvarda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin ilk ayına nisbətən 5,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 6,9 faiz, qeyri-ərzaq mallarının qiymətl...
Gömrük Komitəsi ilə 29,96 faiz artımla başlayıb
2018-ci ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə 226 milyon 88,3 min manat daxil olub. Rəsmi hesabata görə, bu, 2017-ci ilin yanvar ayı ilə müqayisədə 29,96 faiz çoxdur. Novator.az bildirir ki, 2018-ci ildə Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə 2 milyard 430 milyon manat ...
Ötən ay Azərbaycan nə qədər neft hasil edib?
Energetika Nazirliyi Azərbaycanın bu ilin yanvarında nə qədər neft hasil etdiyini açıqlayıb. Hesabata əsasən, yanvarda ölkə üzrə gündəlik neft hasilatı 814,6 min barrel olub. Novator.az xatırladır ki, 2016-cı il noyabrın 30-da OPEK üzrə gündəlik neft hasilatı 1,2 milyon barrel azaldılıb, dekabrın 10...
Yoxlamaların hesabatı
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yeni hesabat yayıb. Rəsmi məlumata əsasən, Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları 16-31 yanvar arası ölkədə ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlayıb. Atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və f...
Meliorasiya fərmanı yenilənib
Prezident İlham Əliyev Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsini nəzərdə tutan 23 iyun 2016-cı il fərmanını yeniləyib. Sənədin 2.3-cü bəndi ləğv edilib. Novator.az-ın məlumatına görə, həmin bəndə əsasən, ASC-nin, onun idarə, nümayəndəlik və...