9 ölkənin qızılı var
- 12 Fevral 2018
- comments
- Səidə Hüseynova
- Posted in Xəbər
Cənubi Koreyanın Pxençan şəhərində keçirilən Qış Olimpiya Oyunlarında fevralın 12-dək 9 ölkənin idmançıları qızıl medal əldə edib. Novator.az-ın məlumatına görə, Almaniya 3 qızıl medalla öndə durur.
Niderland və ABŞ 2 qızıl qazanıb.
Norveç, Kanada, Avstriya, Cənubi Koreya, Fransa və İsveç 1 qızıl medal almağı bacarıb.
Fevralın 7-də start götürmüş qış olimpiadası fevralın 25-də yekunlaşacaq.