“Şərqi Avropada mədəniyyət müxtəlifliyi – 2018. ADAMİ MEDİA PRİZE” mükafatı üçün ərizə qəbuluna start verilib.
Bu il mükafat artıq 3-cü dəfə öz qaliblərini tapacaq.
Müsabiqədə Avropa Birliyinin Şərqi Avropa partnyorluğu layihəsində iştirak edən ölkələrin (Azərbaycan, Belarus, Gürcüstan, Ermənistan, Moldova, Ukrayna) teleşirkətləri, prodüser mərkəzləri, jurnalistləri, media nümayəndələri və rejissorları iştirak edə bilərlər.
“ADAMİ MEDİA PRİZE” mükafatı ən yaxşı televiziya proqramlarının, verilişlərin, bədii və sənədli filmlərin ərsəyə gətirilməsində əməyi olanlara veriləcək (insanların azad həyatı, etnik mənsubiyyəti, müxtəlif dinlər, adət-ənənələr barədə olan layihələrə üstünlük veriləcək).
Təşkilatçılar bildirirlər ki, beynəlxalq arenada tanınmaq, mədəni münasibətlərin yaranması üçün bu çox gözəl şansdır.
6 nominasiya üzrə pul mükafatları öz sahibini gözləyir.
Bundan əlavə rus, ingilis, fransız dilini bilən iştirakçılar üçün Almaniyanın Deutshe Welle (Berlin, Almaniya), MDR (Leyptsiq, Almaniya), ARTE (Strasbur, Fransa) kanallarında təcrübə keçmək şansı yaranacaq və “ADAMİ MEDİA PRİZE” tərəfindən maddi tərəfləri qarşılanacaq.
Qəbul:
– 01/07/2018 tarixi 11/10/2016 və 31/12/2017 tarixləri arasında göstərilən layihələr üçün
– 01/10/2018 tarixi 01/01/2018 və 01/10/2018 tarixləri arasında göstərilən layihələr üçün
“ADAMİ MEDİA PRİZE” – 6 nominasiya
– Mədəni əyləncəli proqram, tv verilişləri və bədii filmlər
– İnformasiya xarakterli proqram, tv verilişləri və sənədli filmlər
– Xəbərlər proqramı və sənədli qısa filmlər
– Gənc ADAMİ
– Ən yaxşı veb-sayt
– Ən yaxşı onlayn video
Əlavə məlumat üçün və qəbul ərizələri üçün ünvan: http://www.adamimediaprize.eu/
Nominantlar və qaliblər 2018 ci ilin oktyabr ayında beynəlxalq tərkibli münsiflər heyəti tərəfindən Minskdə (Belarus) açıqlanacaq.
Qaliblər təntənəli surətdə 2018-ci ilin noyabr ayında Kişinyovda (Moldova) mükafatlanacaqlar.
“ADAMİ MEDİA PRİZE” Almaniyanın Xarici İşlər Nazirliyi və “Prokredit Holdinq” tərəfindən maliyələşdirilir.