• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Alxan Binnətoğlunun binələri (dağlar havası – nostalji)

  • 23 Yanvar 2025
  • comments
  • Novator.az
  • Posted in ManşetTribunaYazarlar

İbrahimxəlil

Alxan müəllimdən bircə dəfə, tək bircə dəfə – o da şumerlərlə bağlı – incimişəm. Yox, bu inciklik şumer mədəniyyətinin incisi olan “Gilqamış dastanı” ilə bağlı olmayıb.

Bu, antik Mesopotamiya ilə bağlı ən qədim qaynaqlardan biri “Krallar siyahısı” adlanan gil lövhələrlə bağlı olub. Daha doğrusu, həmin gil lövhələrdə Kiş şəhər-dövlətinə başçılıq etmiş şumerlərin yeganə qadın hökmdarı Kubabanın da adı ilə!

Alxan müəllimin bir sevimli müəllimi var idi: Elməddin Əlibəyzadə. Azərbaycan – Şumer mədəniyyətinin ümumi mənşəyi kimi məsələlərin tədqiqi ilə məşğul olan türkoloq idi.

Dedim ki, hörmətli Alxan müəllim, tarixin məlum və naməlum səhifələri üstündə bu qədər mübahisə əvəzinə, Elməddin bəyə yazın, qoy son qərar ondan gəlsin. Başqa birisi olsa, bəlkə heç razılaşmazdı. Çünki onda Alxan müəllim həm də “Meydan” boyda nüfuzlu bir dərginin redaktoru idi!

Yeri gəlmişkən, bizim yerli ədəbi mühitdə bəzi yazarlar Saib Təbrizinin “Sözə meydan tapana qədər dilə gəlmərəm” formulu ilə yaşayırdılar. Və “Meydan” nəşrə başlayan kimi anaxdarlı-qıfıllı bütün ədəbi yollar da açıldı!

…Onun haqqında salxım-salxım sevgilərlə söz açarkən sözgəlişi bunları da deməliyəm: əgər ədəbi Rusiyanın “hüdudları”ndan kənarlarda da yaxşı-yaxşı tanınan Vladimir Kornilovun “səssiz eskadrilya” ifadəsini şairlərə də aid etsək, “səssiz eskadrilya” ifadəsi Sınıq körpünün bəri üzündə, göz yaşıtək duru Gürcüstanda, tifillərin belə pənahı Tiflisdə yaşayıb-yaratmış, mənəvi-ruhi olaraq isə, müəllimi-ustadı olduğu tələbələrinə keçdiyi unudulmaz ustad dərsləri baxımından, hətta hazırda da yaşayıb-yaradan kimi boy verən yazarlardan biri olan Alxan Binnətoğluna da çox aiddir. Ona görə yox ki, Alxan müəllim uzun illər çalışdığı ali məktəbdən, gürcü və rus ədəbiyyatından etdiyi yüksək səviyyəli bədii tərcümələrdən dolayı, həm də Borçalı yazarları-aydınları arasında hər cür tavtalogiyadan uzaq təvazökar ziyalı idi; ona görə yox ki, o, çox vaxt çalışıb ki, onu “seçilmiş” mənasında, görməsinlər, hətta onu nəzərə almasınlar. O, sadəcə olaraq başını aşağı salıb işləyib. Tələbəsi İlyas Məmmədlinin də vaxtilə qeyd etdiyitək, “yerli müəllif” olaraq yaradıcılıq uğurlarına da sponsorsuz çatıb.

Amma söhbət bütöv Azərbaycan ədəbiyyatına dəxli olan söz adamından getdiyi üçün arazbarı uzaqlardan başlamalıyam.

…Beləliklə, orda ayla, illə, burda müxtəsər dillə…

…Kamal Abdullanın “300 azərbaycanlı” adlı ədəbi-bədii esselər kitabı bu sitatla başlayır:

Yolla gedən olmasa – bilinməz;
Bilinməz – gəlir bu yol, ya gedir?

…İndi dünyanın ən qədim-qayım yollarından biri olan Əyriqar yolunda dörd nəfər idik: Allahverdi Təhləli, Lətif Mustafaoğlu, Etimad Başkeçid və mən. Evlərin “qızılı-qırmızı kirəmitli taxtapuşları görünürdü və evlər birdən-birə yerindən qopub bizə sarı götürülürdü” (sitat Etimad Başkeçidin “Min yol mənə söylər” adlı romanındandır).

Allahverdi Təhlədə, Lətif Ankarada, Etimad Bakıda yurd salıb, mən Kazretidə.

Armudlu tərəflərdə dağların başucalığı olan binələr görünürdü. Binələrə bəsirət və həsrət gözləri ilə baxan Etimad süslü-bəzəkli sualını verdi:

– Bu vaxtı bu “bayatı-şahnaz” binələr kimin olar görəsən?

Lətifin cavabı göyçəçiçək, həm də göyçəksifət cavab oldu:

– Bu vaxtı bu binələr ancaq Alxan Binnətoğlunun binələri ola bilər.

…Elə ordaca Lətif bizdən Alxan müəllimin nömrəsini istədi və Əyriqarın ətəklərindən Tiflisə zəng elədi: çünki Alxan Binnətoğlunun Başkeçid Armudlusundan başlanan yolu “şəhri-Tiflis”də yerli-köklü qərarlaşıb.

Əsasən şair-tərcüməçi kimi tanınan Alxan müəllimin bir vaqifi-əsrar müəllim ömrü də var və bu vaqifi-əsrar müəllimlik Tiflis Dövlət Pedaqoji İnstitutu ilə bağlıdır.

Amma mən Alxan Binnətoğlunun tala-tala təltif və tərifnamələrindən yox, bəsirət “binələri”ndən yazdığım üçün binəhayət “binələr”ə də qayıdaq.

Ədəbiyyatda binə salmaq, yurd yeri, məskən yaratmaq yaylaqlarda yaylaqçı olmaqdan heç də asan deyil və hər qələm əhlinə də müyəssər olmur. Çünki – misilləmə misal üçün – səni Süsən-Sünbüldə (Faxralıda, Qabalda, Sarvanda və s.) şair kimi, yazıçıtək qəbul edib başa çəkə bilərlər. Amma ədəbi mühitin qəbul edib-etməməyi daha önəmlidir. Yəni – futbol dili ilə desək – min dəfə “Süsən Sünbül”də oynamaqdansa, bircə dəfə “Barselona” futbolkası geyinmək şərəflidir! Müxtəsəri, həyatda yüz, Süsən-Sünbülün ədəbiyyat “tarix”ində yüz bir səhifə tutmaqdansa, tarixə deyil, qulağa xoş gəlmək üçün yazılan “salnamələr”də sürünməkdənsə, arada-sırada ədəbi göstəricilərin “Biləcəri”ni (bizim misalla Sınıq körpünü) o yana keçməyi də bacarmalıdır!

Əlbəttə, bu arazbarı zarafat öz yerində.

Amma Borçalıda – Sınıq körpünün bəri üzündə, Əyriqarın ətəklərinə yaxın Lətif Mustafaoğlunun məhz Alxan Binnətoğlunu seçərək, binələri onun adına çıxmağı məni də mütəəssir etdi. Çünki Borçalının indiyədək Azərbaycan ədəbiyyatına verdiyi say-seçmə on nəfər yazar arasında Alxan Binnətoğlu da, Lətif Mustafaoğlu da həmişə var! Mübaliğəsiz! Hətta türkiyəli qardaşlarımız demiş: muhakkak!

Biz Lətifin ürəyi sınmasın deyə, demədik ki, Alxan müəllimin 75 illiyi (onda 79-un içində idi – İ.) səssiz keçdi. Amma sözarası, Alxan müəllimin redaktoru olduğu, hələlik nəşri dayandırılmış “Meydan” jurnalının da çap elədiyi bayatını sözümüzün gülümsər gözünə qatdıq:

…Arazın altı noylar,
xan gəlib altın oylar…

Yəni indi 80-in astanasında olan Alxan Binnətoğlu heç zaman altun-qızıl “oyçusu” olmayıb. Əvəzində Armudludan Tiflisə, Qaraçöpdən Sarvana bədii sözümüzün suyu-aydınlığı onun noyundan keçib. Və bu noy – Allahın köməkliyi ilə – heç vaxt sınmayıb, qırılmayıb, gözünü də daş-torpaq tutmayıb. Çünki o, hələ qədimlərdən dağlar havasına köklənib. Çox vaxt da ilk əvvəl özünə, sonra da özgələrinə xitabən unudulmaz Məmməd Arazın bu ikicə misrasını səsləndirib:

Bir gör ürəyində insan yatırmı?
İnsanla baş-başa insaf yatırmı?

Alxan müəllimlə bağlı, həm də bu dumanlı dağlarda Lətifin ürəyi açılsın deyə, ona bunları da söylədik ki, Alxan müəllim bu dağların tarixində söz qəvvası olmaqdan dolayı, o yeganə üzgüçülərdən olub ki, ömrünün oğlan çağlarında Armudlu gölünü bu başdan o başa dəfələrlə üzüb keçibdir.

Alxan Binnətoğlunun şair Ağacan haqqında yazdığı “İnsan sümükləri haqqında nəğmə” adlı hüzn-həsrət dolu yazısı da var. Hər dəfə o yazı yadıma düşəndə Əyriqarın bu qədər yaxınlığında, könlümdən binələr keçir. Və tənbəllik eləməyib Alxan müəllimin istəkli tələbələrindən olmuş istedadlı şair, hələlik nəşri dayandırılmış “Varlıq” qəzetinin redaktoru Rafiq Hümmətə zəng çalıram. Arazbarı salamlı-kalamlı unudulmaz Rəsul Rzanın bu ikicə misrasını söyləyirəm:

Yarğan yarar sinəsini dağların,
Sular oyar binəsini dağların.

P.S. Mən Alxan müəllimin Armudlu qəbiristanlığında bacısı Gülzar xanımın (rəhmətlik anamın da adaşı – İ.) qəbri üstündə ağladığını görmüşəm:

Qəbrinə dəmir çubuqlardan
hasar çəkilib,
Yenicə qazılan
torpaq ətrini duyuram…

Alxan müəllimlə birlikdə iki dəfə sətir-sətir udduğum Bakı səfərimiz olub.

Alxan müəllimin tədqiqatçı-alim, etibarlı dost Ehtiram Əmirxanlı ilə birlikdə sözləri məşhur gürcü şairi və ictimai xadimi A.Sereteliyə məxsus “Suliko” haqqında esse üzərində işləyərkən bu bir bəndi astadan, amma arazbarı-arazbarı zümzümə elədiyini görmüşəm:

Atımı bağladım yolda yoncaya,
Canım qurban olsun beli incəyə.
Gəl səni götürüm bizim Gəncəyə,
Gürcüstan gözəli, Tiflis maralı!

Onun “Elçi daşı” dram əsərinin müzakirəsində olmuşam.

Dünyanın ucqar deyilən yerində, müəllim işlədiyim dövrün son ilində 2 saylı Kazreti qəsəbə məktəbində “Teatr haqqında söhbətlər” adlı kitabı üzrə ifadəli oxu dərsi keçirmişəm.

Məşhur gürcü nasiri Nodar Dumbadzenin “Əbədilik qanunu” romanının tərcüməsini başa çatdırdığını Bakıdakı vaqif dostlarımdan biri olan, “Dünya ədəbiyyatı” dərgisinin redaktoru Səlim Babullaoğluna çatdırmışam; təəssüf ki, həmin dönəmdə dərginin nəşri dayandırılıbmış…

Alxan müəllim yeganə yazarımızdır ki, hazırda düz on ədəd kitabı işıq üzü gözləyir!

…İndi dağların “marala qalan vaxtı”nda təkcə “binələri çadır-çadır” oxumaq azdır, indi Əyriqar tərəflərdə, Armudlu yaylaqlarında hər dəfə yenidən, təzədən binələnmək lazımdır!..


Müəllifin başqa yazıları: 

Bu dağların Abbası (retro)

Təkayaq (izomorfizm)

Borçalıda Overton pəncərəsi (maddeyi-tarix)

Bilbaoda Bayraq günü (olimpias)

“Kor xəlifə” Tiflisdə (antipod)

Oturduqca oyun oynamaq (reaksiya)

Bizim mizantrop Hökumət (təzkirə)

Mükafat marafonu (praemium)

Əyriqarda affirmasiyalarla yaşamaq (introversiya)

Emin Elsevərin baş keçidi (retro)

İbrahimxəlil süfrəsi (inversiya)

Süsən-Sünbüldə çaqqal ovu (lisenziyalı yazı)

Neyron yuvaları nişangah altında (innovasiya)

Əyriqarın qardaşı (ucqar havası)

Borçalı butaforiyası (debüt)

Küy-kələk kintoları (Süsən-Sünbül əhvalatı)

Can (aqape)

Dünyanın dadi-büsat çömçəsi (Aşıq Hüseyn Saraclı üçün ucqar havası)

Letargiyada erməni latayırları (kontrast)

Bulfüzul “burun”u (otolarinqologiya)

Gülümsə qarşıla ayrılıqları… (Rable gülüşü)

Frayburqda fındıq əhvalatı (sürrealizm səhifəsi)

Məhəmməd Əli Əyriqarda (bandaj)

Mənim Şiraz tərəfim (leytmotiv)

Süsən-Sünbül sofistləri (ritorika)

Füzuli, Elizbar Cavelidze və… Mirzə Məmmədoğlunun medalları (revers)

Pikasso Əyriqarda (80×60)

Qərblə Şərqin dialoqu… Pikasso və Mircavad (lessirovka)

Hər kəsin öz yağışı (nəqşi-zəmir)

Əyriqarda pyedestal mövsümü (evfemizm)

İsmayıl Şıxlının tabi-imtahan termosu (termoterapiya)

Dəmir əsəbli dağlar (sinergiya)

Qafilin qandığı qrafa (eksklüziv)

Alın yazısını alın təri ilə silmək… (fraqment)

Yetimdoyduran (al dente)

Şarlotta (təzadlar)

Epikür bağları (vegetasiya)

Yetim Gürcü (boheme)

Şeytanı ağlatmaq (introspeksiya)

Qafqazın qara zurnası və ağ çuxası (arazbarı)

Sakit Məmmədovun savab və səxavət simvolları (variasiya)

Əyriqar qalxanı (silentium)

Stokholm suvenirləri (trauer)

Kürəvi ildırım (versifikasiya)

Odissey Əyriqarda (eponim)

Toğlugötürən (motiv)

Ujurumda yaz havası (trayektoriya)

Vətənə güllə atmaq (transalp)

Qardaşım ədəbiyyat (litera)

Gözünə gün düşən “Şah Abbas” (metonimiya misalı)

Yaspersi yaralamaq (Süsən-Sünbül əhvalatı)

Data Tutaşxia üçün tavakababı

Mənim hüsnxət dəftərlərim (fonoqrafik)

Cümləmizin Cavid qapısı (vitraj)

Dinarın dörddə biri (irrasional)

Sərhəddə yaşamaq (senzitiv)

99-la 100 arası

Tiflisdə serotonin sevdası (senzitiv)

Sözün işığında yaşamaq

Rüzgarda ruhani element azlığı

“Çox yorğunam, məni gözləmə, kapitan…”

Ortacala cazibələri (manuskript)

Lima (xumar xronika)

Nərmə-nazik “Nizami ili” 

Qaranlıqlara elegiya 

Qardaşım Qalaktion (esse)

Müəllifin kitabı:

“Yetimdoyduran” çıxıb

Heç bir dinin gücü yetməyən işin öhdəsindən sevgi ...

  • 23 Yanvar 2025
  • comments

Maaş statistikası

  • 23 Yanvar 2025
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Ədəbiyyat
  • Nəsr
  • Poeziya
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda