Qardaşım Qalaktion (esse)
- 19 Dekabr 2024
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
İbrahimxəlil
Vaqif Bayatlı “Mən zalım adamam, kamança” şeirində “qardaşım ağaclar, bacım çiçəklər” deyir, ayrı bir şeirində də ayrıca “qardaşım torpaq” deyir.
Keçib gəldiyi
göyüzü kimidir şairin üzü –
işığı saralar, buludu keçər.
Hər gün könlümüzdən, ürəyimizdən
göyüzünə dönmək ümidi keçər.
Vaqif bəy mənim ədəbiyyata “qardaşım ədəbiyyat” dediyimi bilir. “Xəzər” jurnalında çıxan yazılarıma düşən qonorara bir kisə un almışdım; onda Sovetlər dağlhadağıl idi və biz tərəflərdə çörək qıtlığı yaranmışdı. Ailə böyük, ədəbiyyatla nəfəs alanlara “Gedin indi ədəbiyyat yeyin!” deyənlər də çox. Onda o bircə kisə unun dəyərinin nə qədər olmağını da hamıdan artıq uca Yaradana bəllidi!
Bu qədər yazar arasında mən Qalaktionu seçdim və ona “qardaşım” dedim. Çünki onun un ağrısı da, poeziya ağrısı da mənimkindən çox olmuşdu. Onunla müqayisədə mənim tək bircə plyusum-müsbətim var idi: axı Kazretidən kəndə – ata-anamın ziyarətinə əliboş getməmək üçün mən dörd övladımın dördünü də götürə bilirdim. Qalaktionun isə övladı yox idi. Kitablarından və əlyazmalarından savayı!
Ədəbiyyatın qanadları böyükdür. Altında da hamıya yer var. Lakin bu qanadlar altında da qanadlı yaşamalısan! Qalaktion qanadlı yaşadı, həmin kövrək qanadlarla da əbədiyyətə atlandı…
Atlandı və bəlkə də son sıçrayışında bu bircə bəndə oxşar, hətta bu bircə bənddən də artıq, üstəlik də misralara qardaş olan misralar pıçıladı:
Bir quş çıxdı dəryadan,
xəbər aldı dünyadan:
Əgər bir gün öləcəkdim,
neçin doğdum anadan?
Ədəbi-bədii qanadları çox böyük, əhatə dairəsi daha geniş idi onun!
Arada-sırada öysüz-evsiz olan bu qalaktika şairi heç zaman göysüz-səmasız olmadı! Əminəm!
O, Gürcüstan həyatının mirzəsi idi! Sizcə, unudulmaz Balzak özünü nahaqdanmı Fransa həyatının katibi (mirzəsi) hesab edirdi?
Qalaktionun ilk oxuduğum şeiri “Qar” adlı bir bənövşə qoxulu yazısı olub. Onun, Vaqif bəyin dediyi “göyüzünə dönmək ümidi”ni də ilk dəfə həmin bənövşə qoxulu şeirindən sezmişəm. O, bürəm-bürəm qarlı, qubarlı şeirində soyuğundan keçib-keçə bilməyəcəyinə əmin olmadığı yanvarı – yanvar ayını – “qardaşım” adlandırır. Yeri gəlmişkən, dəpdərin olmayan gürcücəmdən dolayı, həmin şeiri altı fərqli müəllifin tərcüməsində oxumuşam:
Belə mükəddər günlərdə
qardaşım yanvarın qarı
xoş xəbərlər qasidi də ola bilər.
Çünki yorğun, lakin mavi yuxularım da buna işarə edir:
yəni bu qışı da adladacağam birtəhər, inşallah,
bu qara qışı –
sənin qar kimi ağ əllərinin bəyazlığında (sətri).
Bəlkə də 2 saylı Kazreti məktəbində işləməsəydim və buradan verilən tibbi polis sayəsində düz iki il ara-sıra fasilələrlə, onda Tiflisin “Leçkombinat” adlanan və Çavçavadze – 5 ünvanında yerləşən şəfaxanasında müalicə almasaydım, bu kitab olmayacaqdı. Məhz bu ünvanda Qalaktion müalicə olunmuşdu. Qalaktionun intiharına qədər bu səfaxananın təyinatı fərqli olsa da mən bu ünvanda vaxtilə bir yaxın adamımın, bəlkə də qardaşımın, daha doğrusu qan qardaşımın deyil, ruh qardaşımın, poeziya qardaşımın həkim müayinəsindən keçdiyini də, yaradıcılıq əzabı ağrılarını necə çəkdiyini də bilirdim. Buraya, bu tibb müəssisəsinə Gürcüstanın hər yerindən müəllimlər gəlirdilər; yəni biz müəllimlərin bu tibbi sığortası burada keçərli idi.
Dəyişkənliklər və sabitliklər, mahiyyətlər və təzahürlər, zərurətlər və təsadüflər dünyasında mənim həyat ilə ölüm arasında, taledə və aqibətdə dünyanın dərki ilə özünüdərkimə Qalaktionun, onun timsalında da poeziyanın böyük təsirini yaxşı bilirəm. Qalaktiona ilk dəfə “qardaş” deməyim isə “Leçkombinat”da deyil, üç aydan bir növbəti gəlişlərimin birində buradan çıxıb pay-piyada Qalaktion körpüsündən keçərək vağzal yoluna düzələndə oldu. O gün, bu gün qardaşam ona!
…Körpüdə bir kişi durur. Ağladığını görməsinlər deyə başını Kürə sallayıb. Ağlayırsa, deməli, hələ uşaqlıq çağlarından tamam qopmayıb, deməli, içində körpəlikdən azmış uşaq hələ də oralarda təxəyyülü, yaradıcılıq fantaziyası ilə baş-başadır.
Bir də görürsən birisi guya mübtəla olduğu depressiyadan, guya keçirdiyi stresdən-gərginliklərdən öyünə-öyünə danışır. Çünki həqiqi depressiyanın, güclü antidepressiantların nə olduğundan xəbərsizdir.
Bilmirəm Qalaktionun, ya da aşağıda beş-üç kəlmə ilə xatırlatdığım, lakin əsərlərini çox, həm də çox sevdiyim Romen Qarinin (1914-1980) vaxtında indiki gücdə, indiki keyfiyyətdə sakitləşdiricilər olubmu? Romen Qari intihardan əvvəlki vida sözündə belə yazıb: “Hər şeyi əsəb depressiyası ilə izah etmək də olar. Lakin nəzərə almaq lazımdır ki, bu hal hələ yetkinlik çağlarımdan davam edir. Məhz bu hal mənim ədəbiyyatla yaşamağıma, Sənətdə qalmağıma səbəb olan səbəbdir”. Yəni təxminən belə.
Qalaktion körpüsünə qədər Romen Qarini oxumuşdum. Onun həyatı da ayrıca bir roman idi.
Mən də kiməsə “qardaş” demək istəyirdim. Və sonunda qardaşım Qalaktion oldu!
Açığı, elə bilirdim bir “Qardaşım Qalaktion” şeirimdən savayı, başqa yazıya ehtiyac duymayacağam. Lakin sonralar başqa şeirlər və esselər gəldi.
“Qardaşım Qalaktion”u ilkində gizli saxlamışdım, sonrasında həkimimə danışdım. Gözləmədiyim halda həkim də duyğularımı təqdir elədi. Sən demə, istər xolerik ol, istərsə də fleqmatik, melanxolik ol, ya da sanqvinik, yaxşı nevroloq-psixoloq məqamına çatdığı elmi sayəsində sənin doğru, ya da yalan qardaş olduğunu təxmin edə bilir.
“Qardaşlıq şüarı altında bu dünyada o qədər şər əməl işlənir ki, əgər mənim doğma bir qardaşım olsaydı, elə bu səbəbdən onu “xalaoğlu” adlandırardım”. Bu sözlər bir məşhurun sözləridir.
“Qardaşım dəniz” adlı roman da var.
Az yuxarıda adını hörmətlə çəkdiyim, iki dəfə Qonkur mükafatı laureatı Romen Qarinin “Qardaşım Okean” adlı silsilə əsərləri məşhurdur. Bir-iki nümunə verirəm:
“Dostcasına qardaşıma – Okeana baxıram: o, hüdudsuz-sərhədsiz kimi görsənir sanki, lakin mən bilirəm; bilirəm ki, o, hər tərəfdən sərhədlərlə, maneələrlə üzləşir; əmin-yəmin, buna görə həyəcan içindədir və bu qədər səs-küy salır”.
Hələ xilqət-yaradılış qardaşları olmaq bir ayrı, məgər şair – şairə, yazıçı da yazıçıya qardaş deyilmi?! Məgər arada-sırada mənəvi-ruh qardaşlığı qan qardaşlığından irəli deyilmi?
Təəssüf ki, çox vaxt bir məkanda: kənddə, şəhərdə, ölkədə bir insanın ağıllı olması və başqalarından fərqlənməsi kifayətdir ki, ona böhtan atmağa başlasınlar: yəni aşiqlikdə, yoxuşu yeyin çıxmaqda və enişi sürətli enməkdə, İstanbula şeir həsr eləməkdə, Şeyx Sənan misilli – sevdiyi xristian qızına qovuşmaq üçün onun yolunda donuz otarmaqda, ucalıqdan yıxılmaqda, Kitabıstanda yaşamaqda, Ay işığına bağlanmaqda, ölməyə Səmərqəndə getməkdə, içki düşkünü olmaqda, vətənə xəyanətdə və sairədə və ilaxırda…
Yəni Qalaktionun, eləcə də Romen Qarinin timsalında bu, qaçılmaz olub. Görükən budur!
Belə yazarların həyat düsturunda başdan Poeziya yazılır.
Onların Poeziyasında “qarın” heç vaxt qardaşdan irəli deyil!
…Qalaktionun atabir, anabir qardaşı olmayıb. İndi görün məndən başqa neçə qardaşı olmalıdır? Erkən yetim qalmışdı; o, hələ dünyaya gəlməmiş atası rəhmətə getmişdi.
…İndi Qalaktion körpüsündəyəm: vağzala tərəf gedirəm. Tək niyə? Qardaşımla bərabər addımlayıram.
Biz: o da, mən də – Markes demiş – sona gəldiyimiz üçün ağlamadıq, onu yaşadığımız üçün… gülümsədik. Azından… gülümsəməyə çalışdıq.
Müəllifin başqa yazıları:
Bu dağların Abbası (retro)
Təkayaq (izomorfizm)
Borçalıda Overton pəncərəsi (maddeyi-tarix)
Bilbaoda Bayraq günü (olimpias)
“Kor xəlifə” Tiflisdə (antipod)
Oturduqca oyun oynamaq (reaksiya)
Bizim mizantrop Hökumət (təzkirə)
Mükafat marafonu (praemium)
Əyriqarda affirmasiyalarla yaşamaq (introversiya)
Emin Elsevərin baş keçidi (retro)
İbrahimxəlil süfrəsi (inversiya)
Süsən-Sünbüldə çaqqal ovu (lisenziyalı yazı)
Neyron yuvaları nişangah altında (innovasiya)
Əyriqarın qardaşı (ucqar havası)
Borçalı butaforiyası (debüt)
Küy-kələk kintoları (Süsən-Sünbül əhvalatı)
Can (aqape)
Dünyanın dadi-büsat çömçəsi (Aşıq Hüseyn Saraclı üçün ucqar havası)
Letargiyada erməni latayırları (kontrast)
Bulfüzul “burun”u (otolarinqologiya)
Gülümsə qarşıla ayrılıqları… (Rable gülüşü)
Frayburqda fındıq əhvalatı (sürrealizm səhifəsi)
Məhəmməd Əli Əyriqarda (bandaj)
Mənim Şiraz tərəfim (leytmotiv)
Süsən-Sünbül sofistləri (ritorika)
Füzuli, Elizbar Cavelidze və… Mirzə Məmmədoğlunun medalları (revers)
Pikasso Əyriqarda (80×60)
Qərblə Şərqin dialoqu… Pikasso və Mircavad (lessirovka)
Hər kəsin öz yağışı (nəqşi-zəmir)
Əyriqarda pyedestal mövsümü (evfemizm)
İsmayıl Şıxlının tabi-imtahan termosu (termoterapiya)
Dəmir əsəbli dağlar (sinergiya)
Qafilin qandığı qrafa (eksklüziv)
Alın yazısını alın təri ilə silmək… (fraqment)
Yetimdoyduran (al dente)
Şarlotta (təzadlar)
Epikür bağları (vegetasiya)
Yetim Gürcü (boheme)
Şeytanı ağlatmaq (introspeksiya)
Qafqazın qara zurnası və ağ çuxası (arazbarı)
Sakit Məmmədovun savab və səxavət simvolları (variasiya)
Əyriqar qalxanı (silentium)
Stokholm suvenirləri (trauer)
Kürəvi ildırım (versifikasiya)
Odissey Əyriqarda (eponim)
Toğlugötürən (motiv)
Ujurumda yaz havası (trayektoriya)
Vətənə güllə atmaq (transalp)
Qardaşım ədəbiyyat (litera)
Gözünə gün düşən “Şah Abbas” (metonimiya misalı)
Yaspersi yaralamaq (Süsən-Sünbül əhvalatı)
Data Tutaşxia üçün tavakababı
Mənim hüsnxət dəftərlərim (fonoqrafik)
Cümləmizin Cavid qapısı (vitraj)
Dinarın dörddə biri (irrasional)
Sərhəddə yaşamaq (senzitiv)
99-la 100 arası
Tiflisdə serotonin sevdası (senzitiv)
Sözün işığında yaşamaq
Rüzgarda ruhani element azlığı
“Çox yorğunam, məni gözləmə, kapitan…”
Ortacala cazibələri (manuskript)
Lima (xumar xronika)
Nərmə-nazik “Nizami ili”
Qaranlıqlara elegiya
Müəllifin kitabı:
“Yetimdoyduran” çıxıb