• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İsmayıl Şıxlının tabi-imtahan termosu (termoterapiya)

  • 30 Sentyabr 2016
24
SHARES
FacebookTwitterPinterest

İbrahimxəlil

“ – Bilirsən, nə var? Bizi Bakıdan sürəcəklər.

– Niyə?

– Dissertasiya yazdığımıza görə”.

Bu parça unudulmaz İsmayıl Şıxlının 1988-ci ildə qələmə aldığı “Ayrılan yollar və…” adlı xatirəsindən götürülüb. Belə məlum olur ki, vaxtilə “başı bəlalı” dissertasiya yazmağa görə də sürgün təhlükəsi olurmuş…

Hər nə isə… Mirzə Qələm demiş, getsin o günlər, bir də gəlməsin…

İndi insan – insan münasibətləri, ünsiyyət o qədər yeni keyfiyyət göstəricisi qazanıb ki, hətta hərbi münaqişələri belə, “dondurub” buz dolabına qoymaqla sülh də yarada bilirlər. Doğrudur, bu sülh – Hələbdə və Bağdadda olduğutək – kövrək də alınır; yəni hərbi əməliyyatlar yenidən alovlana bilir.

Amma mənə də, Mirzə Qələmə də münasibətləri, ünsiyyəti soyutmaq yox, isti saxlamaq daha çox əl verir.

Başqa sözlə – orta məktəbdən də öyrəndiyimiz kimi – ünsiyyətin əsas predmeti başqa insandır; yəni Mirzə Qələm olmasa, mən kiminlə ünsiyyət quraram? Bu az-az arazbarı minvalla, Mirzə Mikrob olmasa, Mirzə Virus kiminlə ünsiyyət yaradar? Ya da – yenə də misilləmə misal üçün – Rusiyanın xarici işlər naziri cənab Sergey Lavrov olmasa, Suriyanın xarici işlər naziri cənab Valid Müəllim Dəməşqin azarını-bezarını kiminlə bölüşər? Və sairə və ilaxır.

Müxtəsəri, hər şey münasibətdən, ünsiyyətdən başlayan cəmiyyətdə kim Mauqli, ya da Tarzan kimi tənhalıqda böyümək istəyər ki?..

Amma sözümün toz-tozanaq təkrarı bunda deyil…

Unudulmaz İsmayıl Şıxlı auditoriyaya termosla gələrdi. Termosun vətəni sayılan Şotlandiyadan tutmuş termos istehsalında ilk yerləri tutan Almaniya və Çinin istehsal elədikləri termoslara qədər maraqlanmışam: amma İsmayıl müəllimin termosundan heç yerdə görməmişəm.

Etiraf edim ki, içindəki isti və ya soyuq şeyi olduğu kimi saxlayan bu xüsusi qaba – yəni termosa qarşı məndə böyük marağı da unudulmaz İsmayıl müəllim və onun unudulmaz termosu oyadıb. O, termosun qapağını elə üsulla, elə usdufca, elə ustalıqla açardı ki, termosun içindəki o qiymətli çaydan dolayı, sanki auditoriya ilə müəllimin isti münasibətləri də birdən-birə soyuya bilərdi.

Görünür, o böyük ustadla bağlı xatirələrdə tərifsiz də keçinmək olmur: onun ünsiyyəti bənzərsiz emosional çalarlarla dolu idi. Üstəlik, onun çox da zəngin ünsiyyət təcrübəsi var idi: İsmayıl müəllimin mühazirələrində tələbə yatardımı heç? Əstəğfürullah!

…yaxşı yadımdadır: imtahanda mənə Sofoklun “Çar Edip” faciəsinin təhlili düşmüşdü. O vaxtlar marksizim klassiklərindən sitat gətirmək dəbdə olsa da mən Hötedən sitat gətirmişdim. Çünki o, Ekkerman ilə söhbətində demişdi ki, heç kəs səhnəni və öz sənətini Sofokl qədər bilməmişdir.

İsmayıl müəllim Sofoklu bizə elə sevdirmişdi ki, arada-sırada mənə elə gəlirdi ki, Sofokl uzaq-uzaq Afina tərəflərdən deyil, Sınıq körpünün bəri üzündən, Əyriqarın ətəklərindəndir.

Faciədə Edip qərara alır ki, Korinfi tərk edib ömrünü vətənsiz səyyah kimi başa vursun. Əsərdə onun öz gözlərini çıxarması, bu münasibətlə xorun (mənbələrə görə, Sofokl özü də xalq şənliklərində xora rəhbərlik edirmiş) son sözləri – bunlar hamısı münasibətlərin soyuqlamağının, hətta sətəlcəm olmağının, necə böyük fəlakətlər gətirdiyindən xəbər verirdi. Görünür, insan – insan münasibətlərini həmişə isti saxlamaq üçün az qala dünyanın özü boyda termos lazım gələrmiş. Yoxsa İsmayıl müəllimin tabi-imtahan termosunun – bütün imtahanlardan üzü ağ çıxmış termosunun cəmi cahandakı ünsiyyəti, münasibətləri isti saxlamağa gücümü çatardı?

P.S. Büdcəniz imkan versə, yunancada “isti” anlamını verən termos almağı da unutmayın! Amma Süsən-Sünbül mağazasında satılan termoslardan demirəm. Mirzə Qələmin və mənim xəyal gücümüzün hesabına düzəltdiyimiz (kim bilir, bəlkə də günün birində gerçək oldu) “İsmayıl” termoslarını deyirəm.

…İsmayıl Şıxlını – “Dəli Kür”ü, “Ayrılan yollar”ı yenidən oxuyun! Oxuyun və ünsiyyətiniz də, münasibətləriniz də isti qalsın!..

 

Müəllifin başqa yazıları: 

• Bu dağların Abbası (retro)  
• Təkayaq (izomorfizm)  
• Borçalıda Overton pəncərəsi (maddeyi-tarix)  
• Bilbaoda Bayraq günü (olimpias)  
• “Kor xəlifə” Tiflisdə (antipod)  
• Oturduqca oyun oynamaq (reaksiya)  
• Bizim mizantrop Hökumət (təzkirə) 
• Mükafat marafonu (praemium)  
• Əyriqarda affirmasiyalarla yaşamaq (introversiya)  
• Emin Elsevərin baş keçidi (retro)  
• İbrahimxəlil süfrəsi (inversiya)  
• Süsən-Sünbüldə çaqqal ovu (lisenziyalı yazı)  
• Neyron yuvaları nişangah altında (innovasiya)  
• Əyriqarın qardaşı (ucqar havası)  
• Borçalı butaforiyası (debüt)  
• Küy-kələk kintoları (Süsən-Sünbül əhvalatı)  
• Can (aqape)  
• Dünyanın dadi-büsat çömçəsi (Aşıq Hüseyn Saraclı üçün ucqar havası) 
• Letargiyada erməni latayırları (kontrast)  
• Bulfüzul “burun”u (otolarinqologiya)  
• Gülümsə qarşıla ayrılıqları… (Rable gülüşü)  
• Frayburqda fındıq əhvalatı (sürrealizm səhifəsi)   
• Məhəmməd Əli Əyriqarda (bandaj)   
• Mənim Şiraz tərəfim (leytmotiv)   
• Süsən-Sünbül sofistləri (ritorika)   
• Füzuli, Elizbar Cavelidze və… Mirzə Məmmədoğlunun medalları (revers)   
• Pikasso Əyriqarda (80×60)   
• Qərblə Şərqin dialoqu… Pikasso və Mircavad (lessirovka)   
• Hər kəsin öz yağışı (nəqşi-zəmir)   
• Əyriqarda pyedestal mövsümü (evfemizm)

Qaş düzəldənlər göz çıxarır

  • 30 Sentyabr 2016

3 oktyabr məzənnələri

  • 03 Oktyabr 2016

Son materiallar

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Rusiya neçə yerindən parçalana bilər? – “EUObserver” nəşri

comments
TribunaYazarlar

O yay axşamı yağış həsrətilə yanırdı hamı!

comments
ManşetTribunaYazarlar

Hərənin öz siyahısı

comments
ManşetTribunaYazarlar

Qaş qayırmağın göz çıxarması

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Rusiya neçə yerindən parçalana bilər? – “EUObserver” nəşri

Son materiallar

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Rusiya neçə yerindən parçalana bilər? – “EUObserver” nəşri

comments
TribunaYazarlar

O yay axşamı yağış həsrətilə yanırdı hamı!

comments
ManşetTribunaYazarlar

Hərənin öz siyahısı

comments
ManşetTribunaYazarlar

Qaş qayırmağın göz çıxarması

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Putinin yubatdığı qayıdış – “Financial Times”

comments
ManşetTribunaYazarlar

Sanksiya bataqlığı

comments
ManşetTribuna

“Neftçi”də oynamış erməni futbolçu ilə “söhbət”

comments
ManşetTribunaYazarlar

“Xosrov və Şirin” yeni libasda

comments
ManşetTribunaYazarlar

Hazır olmalı

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Niyə Rusiya-Çin əlaqələri demokratik ölkələri narahat edir?

comments
ManşetTribunaYazarlar

Yapışmaz damğa

comments
ManşetTribunaYazarlar

Qan içməyə şərait

comments
ManşetTribunaYazarlar

Hekayəmi İstanbulda xatırladım…

comments
ManşetTribunaYazarlar

İslahat şansı

comments
ManşetTribunaYazarlar

“Gör nə günlərə qaldın”ın sözlərinin həmmüəllifi kimdir?

comments
ManşetTribunaYazarlar

Yaralı ayı

comments
ManşetTribunaYazarlar

Büdcə cərrahiyyəsi

comments
ManşetTribunaYazarlar

Turist hara gəlsin?

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Makron Ukrayna ilə riskli oyun oynayır – “Financial Times”

comments
ManşetTribunaYazarlar

Dalandan çıxış

comments
Dünyanın səsiManşetTribunaXəbərYazarlar

Rusiya yıxılıb. Amma bu hələ son deyil – “Nyu-York Tayms”

comments
TribunaYazarlar

“Ah, bu sevgi əsdi-keçdi meh kimi!” (Lorkanın şeirləri)

comments
Dünyanın səsiManşetTribunaYazarlar

“Vladimir heç vaxt bunu bacarmayıb” – Həyat yoldaşının yazısı

comments
ManşetTribunaYazarlar

Məratibül-vücud, yaxud Beşmərtəbə varlıq evinin altıncı mərtəbəsi

comments
ManşetTribunaYazarlar

Savaşdan sonra

comments
ManşetTribunaYazarlar

Rusiyanı nə dayandırar?

comments
ManşetTribunaYazarlar

Könlüm kiçik Kərbəladı… (Şeirlər)

comments
ManşetTribunaYazarlar

Şeytan söz meydanında

comments
ManşetTribunaYazarlar

Axı necə olur?

comments
ManşetTribunaYazarlar

Başqa Rusiya

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda