• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qaş düzəldənlər göz çıxarır

  • 30 Sentyabr 2016
17
SHARES
FacebookTwitterPinterest

Səidə Hüseynova

Son vaxtlar dünya ölkələrinin liderləri, hökumət başçıları, tanınmış siyasətçilər dünyanın təhlükəli hala qaldığını, vəziyyətin getdikcə pisləşdiyini tez-tez dilə gətirməyə başlayıblar. Çıxışlarında iqtisadi vəziyyətin daha da pisləşdiyini, maliyyə böhranının artdığını, ən əsas da terrorizmin böyük təhlükələr yaratdığını deyən dünya liderləri aparıcı ölkələri terrorla birgə mübarizəyə çağırırlar.

Onları dinləyəndə adama elə gəlir ki, iqtisadi böhranı, terroru xalqlar, sadə insanlar törədir. Heç bir lider, heç bir siyasətçi dünyada baş verənlərdə özünü təqsirli bilmir. Hamısı sülhdən, azadlıqdan danışır.

Bir-birinə antipatiyası olan dövlət və hökumət başçıları bir-birini günahlandırır, çıxışlarında bir-birinin ünvanına atmacalar atır, bir-birilərini hədələyirlər. Bir sözlə, hamı düzgünlükdən danışır, səhvin kimdə olduğu bilinmir.

Nüvə silahı düzəldənlər başqa ölkələrin nüvə silahından, ən müasir hərbi texnikası olanlar terror təhlükəsindən şikayətlənir. Bir tərəfdən hamı silahlanır, o biri tərəfdən də hamı sülhdən danışır. Bu necə sülhdür axı?

Hansı ölkənin rəsmisindən soruşsan, niyə bu qədər silahlanırsınız, bahalı hərbi texnikaya bu qədər pul xərcləyirsiniz,  cavab verəcək ki, özümüzü müdafiə etmək üçün, xalqın təhlükəsizliyi üçün…

İnsanlığa məxsus bütün dəyərləri məhv edib, qadınların, uşaqların, qocaların üstünə bomba yağdırıb, adamları ev-eşiyindən didərgin salıb necə təhlükəsizlikdən danışmaq olar?  Siz kimi kimdən qoruyursunuz?

Bir yandan müasir texnika istehsal olunur, o biri yandan həmin texnikayla insanların evi başına uçurdulur. Niyə həmin texnika insanı xilas etməyə yox, məhv etməyə yönəlib? Qaş düzəldib gözü çıxarırlar.

Durmadan terrordan, terror qruplaşmalarından danışılır. Kim yaradıb bu qruplaşmaları? Onları nə mən yaratmışam, nə də mənim kimi başqa sadə adamlar. Onları yaradan da, silahlandıran da, adamların üstünə göndərən də, sonra özlərinə lazım gələndə məhv edən də dünya liderləridir.

Zəlzələyə, daşqına davamlı binalar, evlər tikmək əvəzinə insanı ən uzaq məsafədən vuran silah düzəldirlər. Yüksək texnologiyalar insanın işini asanlaşdırmağa hesablanıb, amma onlardan sui-istifadə edib adamların işini çətinləşdirirlər, insanların dincliyini, azadlığını əlindən alırlar.

İnkişafdan, irəliləyişdən danışanlar insan beynini daha da kütləşdirməklə məşğuldurlar. İnsanlar daha sakit, daha firavan yaşamaqdansa, daha aqressiv, daha dözülməz həyata düçar olurlar. Budur inkişaf?

Bir tərəfdən elmdə, tibdə yeniliklər, o biri tərəfdən müxtəlif xəstəliklərdən kütləvi ölümlər baş verir. Bir tərəfdən bu qədər müasir dərman istehsal olunur, o bir tərəfdən də elmə məlum olmayan, müalicəsi mümkün olmayan xəstəliklər yaranır. Bu inkişafla insanlar gərək nə qripə, nə də ayrı infeksion xəstəliyə yoluxaydı. Əgər tibdə belə inkişaf varsa, insan niyə xərçəngdən, şəkərdən, hipertoniyadan, mədə xorasından ölür. Bu qədər müasir dərman niyə onları xilas edə bilmir?

Aparılan siyasət, müxtəlif sahələrdə əldə olunan irəliləyiş niyə insanın və insanlığın əleyhinə yönəlib?

Belə çıxır ki, insan övladı üçün ən böyük təhlükə elə aparılan səhv siyasətdən gəlir. Həyatımız – sağlamlığımız da, təhlükəsizliyimiz də dünyada yürüdülən siyasətdən asılıdır. O siyasət isə həyatımızı – sağlamlığımızı da, təhlükəsizliyimizi də təhdid altında qoyub.

Dollar 9 ayda

  • 30 Sentyabr 2016

İsmayıl Şıxlının tabi-imtahan termosu (termoterapi...

  • 30 Sentyabr 2016

Son materiallar

comments
ManşetTribunaYazarlar

Ruhu bədəndən qovmaq!

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Rusiyadan qorxmamaq – “Vaşinqton Post”

comments
ManşetTribunaYazarlar

Vaxt qoymaq zamanı

comments
ManşetTribunaYazarlar

Nəhəngi necə cilovlamalı?

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Ruhu bədəndən qovmaq!

Son materiallar

comments
ManşetTribunaYazarlar

Ruhu bədəndən qovmaq!

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Rusiyadan qorxmamaq – “Vaşinqton Post”

comments
ManşetTribunaYazarlar

Vaxt qoymaq zamanı

comments
ManşetTribunaYazarlar

Nəhəngi necə cilovlamalı?

comments
ManşetTribunaYazarlar

Avropa yolu: xəyal və gerçəklik

comments
ManşetTribunaYazarlar

Bizim Günəş, bizim gənclər

comments
ManşetTribunaYazarlar

Dil bayramı

comments
ManşetTribuna

Əfqan Muxtarlı ilə söhbət

comments
ManşetTribunaYazarlar

Sirr olmayan durum

comments
ManşetTribunaYazarlar

Çoxmərtəbəli problem

comments
Dünyanın səsiManşetTribunaYazarlar

“Vaşinqton Post”: Baydenin COVİD-ə yoluxması ibrətamiz hadisədir

comments
ManşetTribunaYazarlar

“Aynur” filminə sözardı

comments
ManşetTribunaYazarlar

Bölünmədən bütövlüyə

comments
AktualAktual 2ManşetTribunaVideoXəbərYazarlar

“Aynur” filmi

comments
ManşetTribunaYazarlar

Gözlənən etiraf

comments
ManşetTribunaYazarlar

İntihardan necə yazmalı?

comments
ManşetTribunaYazarlar

Qorxunc təcrübədən imtina zamanı

comments
ManşetTribunaYazarlar

Məsuliyyət məsələsi

comments
ManşetTribunaYazarlar

Bir cümləlik məktub (Hekayə)

comments
ManşetTribunaYazarlar

Yazılanın yozulanı

comments
ManşetTribunaYazarlar

Ruhdan bədənə

comments
AktualManşetTribuna

“Dedilər təyyarə bileti hazırdır, çıx get”

comments
Dünyanın səsiManşetTribuna

Ukraynanın bərpasını indidən planlaşdırın – “Bloomberg”

comments
ManşetTribunaYazarlar

İki dünya arasında…

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Türkiyə Ukraynanın qələbəsinə necə kömək edə bilər? – “Vaşinqton Post”

comments
ManşetTribunaYazarlar

O nümunədən bu nümunəyə

comments
AktualDünyanın səsiManşetTribunaYazarlar

Rusiya neçə yerindən parçalana bilər? – “EUObserver” nəşri

comments
TribunaYazarlar

O yay axşamı yağış həsrətilə yanırdı hamı!

comments
ManşetTribunaYazarlar

Hərənin öz siyahısı

comments
ManşetTribunaYazarlar

Qaş qayırmağın göz çıxarması

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda