• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qafilin qandığı qrafa (eksklüziv)

  • 16 Noyabr 2016
41
SHARES
FacebookTwitterPinterest

İbrahimxəlil

Unudulmaz Mirzə Cəlil uzaq və sazaq 1906-cı ildə yazırdı: “…insanın heç bir üzvündən o qədər zərər insana yetişməz, nə qədər ki, dilindən yetişir”. Hər dəfə dilimə qəsr olan dişlərimlə dilimi dişləyəndə yadıma düşür və dərhal pıçıldayıram: ey dili-qafil!

Açığı, mənə ağzımdakı dilimdən artıq əlimdəki qələmimin “dili”ndən çox ziyan gəlir və qələmimin dilini hər nə qədər “qıfıllamaq” cəhdlərim olsa da qələmim öz azadlıq havasını çalmağından qalmır. Arada-sırada ağlıma bu da gəlir ki, bəlkə də azad qələmlərin bu dikliyi, yekəxanalığı ucbatından meşələri bu qədər ibtidai israrla qırırlar: qırırlar ki, meşələr qələm (dəryalar da mürəkkəb) olmasın.

Etiraf edim ki, ikinci hissəsi “-qraf”, “-qrafiya” ilə bitən alınma mürəkkəb sözlərə hələ orta məktəb illərindən rayihəli rəğbətim var. Çünki bu “-qraf” da, “-qrafiya” (yunanca: graphö) da “yazıram” anlamını verir: paraqraf, epiqraf, xronoqraf, orfoqrafiya, tipoqrafiya, etnoqrafiya, kallioqraf, stenoqrafiya, bioqraf, komedioqraf və sairə və ilaxır… Siyahını arazbarı uzatsam, gedib Zəncandan Ərzincana çıxar.

…Yazmaq – Sınıq körpünün bəri üzündə, Əyriqarın ətəklərinə yaxın o qədər önəm daşıyır ki, Mirzə Qələm hətta fransız filosofu Dekartın “düşünürəm, deməli – varam” aforizmini özünəməxsus tərzdə “yazıram, deməli – yaşayıram” şəklinə salıb.

Amma Mirzə Qələmin yaşadığı Süsən-Sünbüldə Mirzə Səməndər Mirzə Mikrobu, Mirzə Mikrob da Mirzə Virusu, Mirzə Virus da Mirzə Səfəri (Əbdürrəhim bəy Haqverdiyevə Allahın rəhmətini diləyirəm) qafillikdə günahlandırdığından Mirzə Qələm “Qafilliyin nişanələri” adlı kitab yazdı; kitabda qafillər zümrəsinə qatılmaq, qəflət pərdəsi, bəsirət gözünün korluğu, etinasızlıq və xəbərsizlik haqqında da danışılırdı. Dərhal Mirzə Virusla Mirzə Mikrob (və Dədə Mirzə Tüpdağıdan) birləşdilər və Mirzə Qələmə ünvanlanan təhqir dolu paskvili internetə yerləşdirdilər. Paskvil belə bir xatalı xəbərdarlıqla qurtarırdı: öz dilim-dilim dilin cəhənnəmə, qələminin dilini qarnına qoy, yoxsa onu biryolluq sındırarıq!

Bu da sizə ekstremal Süsən-Sünbül eqoizmi!

Bu təkəbbürlü kobudlar bilmir ki, vətəni sevmək də imandandır və Gürcüstan heç zaman rəva görməz ki, azad qələm “dilini” qarnına qoya.

Müxtəsəri, ürək düzəlməsə, imanmı düzələr? Süsən-Sünbülün dram (və melodram) düşkünləri bir-birlərini qafillikdə günahlandırmaqda davam edirlər. Hətta bəzi məxsusi-müstəsna-xüsusilər, yəni özünü və həyatını da bir eksklüziv hesab edənlər Süsən-Sünbüldə eynən BMT-nin Təhlükəsizlik Şurasına bənzər bir şura da təsis etmək istədilər ki, hər dəfə Mirzə Qələmin yazılarına “veto” qoysunlar. Amma sözün sərhədimi var? Söz gömrükxana, rüsummu tanıyır? Məgər qələm qorxumu bilir?

…Qrafa – kağız üzərində sütuna deyilir. Yeri gəlmişkən, Sınıq körpünün bəri üzündə, Əyriqarın ətəklərinə yaxın mənə vaqiflərin işarəli-şifrli qrafaları-sütunları yaxşı (və arazbarı) tanışdır. Məsələn, Əjdər Olun

Günüm çiçəklərdən yoğurulanda
ətəyim yarpaqdan, yaxam kağızdan.
Elə xoşum gəlir çağırılanda
boylanam qələmdən, baxam kağızdan. – 

bəndində olduğutək, qələmdən boylanmağın, kağızdan, sütundan, kitabdan, köşədən baxmağın zövqü-ləzzəti dünyanı sənə elə sevdirir ki, axirətinə də bir ziyanı-zərəri dəymir.

P.S. Burasını da deyim ki, Süsən-Sünbüldə qəflətdə olanlar haqqında bəzən belə deyirlər: onun qandığı qrafa yoxdur. Nəsə qafası-qrafası yerində deyil.

Əlbəttə, misilləmə misal üçün, onurğa sütununda problem olanda nələr baş verdiyini sən də bilirsən. Bilirsən ki, “sağlamlıq oxu”na – yəni onurğa sütununa qayğı necə olmalıdır.

Qalır mənəvi sütunlar ki, onlardan da söz düşəndə nədənsə Dədə Mirzə Tüpdağıdanın bel, oma və büzdüm fəqərələri ağrıyır…

Nə deyim, şəfasını… Şekspir versin!


   

    Müəllifin başqa yazıları:  

  • Bu dağların Abbası (retro)
  • Təkayaq (izomorfizm)
  • Borçalıda Overton pəncərəsi (maddeyi-tarix)
  • Bilbaoda Bayraq günü (olimpias)
  • “Kor xəlifə” Tiflisdə (antipod)
  • Oturduqca oyun oynamaq (reaksiya)
  • Bizim mizantrop Hökumət (təzkirə)
  • Mükafat marafonu (praemium)
  • Əyriqarda affirmasiyalarla yaşamaq (introversiya)
  • Emin Elsevərin baş keçidi (retro)
  • İbrahimxəlil süfrəsi (inversiya)
  • Süsən-Sünbüldə çaqqal ovu (lisenziyalı yazı)
  • Neyron yuvaları nişangah altında (innovasiya)
  • Əyriqarın qardaşı (ucqar havası)
  • Borçalı butaforiyası (debüt)
  • Küy-kələk kintoları (Süsən-Sünbül əhvalatı)
  • Can (aqape)
  • Dünyanın dadi-büsat çömçəsi (Aşıq Hüseyn Saraclı üçün ucqar havası)
  • Letargiyada erməni latayırları (kontrast)
  • Bulfüzul “burun”u (otolarinqologiya)
  • Gülümsə qarşıla ayrılıqları… (Rable gülüşü)
  • Frayburqda fındıq əhvalatı (sürrealizm səhifəsi)
  • Məhəmməd Əli Əyriqarda (bandaj)
  • Mənim Şiraz tərəfim (leytmotiv)
  • Süsən-Sünbül sofistləri (ritorika)
  • Füzuli, Elizbar Cavelidze və… Mirzə Məmmədoğlunun medalları (revers)
  • Pikasso Əyriqarda (80×60)
  • Qərblə Şərqin dialoqu… Pikasso və Mircavad (lessirovka)
  • Hər kəsin öz yağışı (nəqşi-zəmir)
  • Əyriqarda pyedestal mövsümü (evfemizm)
  • İsmayıl Şıxlının tabi-imtahan termosu (termoterapiya)
  • Dəmir əsəbli dağlar (sinergiya)

Azərbaycanda korrupsiya: vətəndaşlar nə düşünür?

  • 16 Noyabr 2016

“Azərbaycanın ərazi bütövlüyü digər ölkələrin əraz...

  • 16 Noyabr 2016

Son materiallar

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Rusiya neçə yerindən parçalana bilər? – “EUObserver” nəşri

comments
TribunaYazarlar

O yay axşamı yağış həsrətilə yanırdı hamı!

comments
ManşetTribunaYazarlar

Hərənin öz siyahısı

comments
ManşetTribunaYazarlar

Qaş qayırmağın göz çıxarması

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Rusiya neçə yerindən parçalana bilər? – “EUObserver” nəşri

Son materiallar

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Rusiya neçə yerindən parçalana bilər? – “EUObserver” nəşri

comments
TribunaYazarlar

O yay axşamı yağış həsrətilə yanırdı hamı!

comments
ManşetTribunaYazarlar

Hərənin öz siyahısı

comments
ManşetTribunaYazarlar

Qaş qayırmağın göz çıxarması

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Putinin yubatdığı qayıdış – “Financial Times”

comments
ManşetTribunaYazarlar

Sanksiya bataqlığı

comments
ManşetTribuna

“Neftçi”də oynamış erməni futbolçu ilə “söhbət”

comments
ManşetTribunaYazarlar

“Xosrov və Şirin” yeni libasda

comments
ManşetTribunaYazarlar

Hazır olmalı

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Niyə Rusiya-Çin əlaqələri demokratik ölkələri narahat edir?

comments
ManşetTribunaYazarlar

Yapışmaz damğa

comments
ManşetTribunaYazarlar

Qan içməyə şərait

comments
ManşetTribunaYazarlar

Hekayəmi İstanbulda xatırladım…

comments
ManşetTribunaYazarlar

İslahat şansı

comments
ManşetTribunaYazarlar

“Gör nə günlərə qaldın”ın sözlərinin həmmüəllifi kimdir?

comments
ManşetTribunaYazarlar

Yaralı ayı

comments
ManşetTribunaYazarlar

Büdcə cərrahiyyəsi

comments
ManşetTribunaYazarlar

Turist hara gəlsin?

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Makron Ukrayna ilə riskli oyun oynayır – “Financial Times”

comments
ManşetTribunaYazarlar

Dalandan çıxış

comments
Dünyanın səsiManşetTribunaXəbərYazarlar

Rusiya yıxılıb. Amma bu hələ son deyil – “Nyu-York Tayms”

comments
TribunaYazarlar

“Ah, bu sevgi əsdi-keçdi meh kimi!” (Lorkanın şeirləri)

comments
Dünyanın səsiManşetTribunaYazarlar

“Vladimir heç vaxt bunu bacarmayıb” – Həyat yoldaşının yazısı

comments
ManşetTribunaYazarlar

Məratibül-vücud, yaxud Beşmərtəbə varlıq evinin altıncı mərtəbəsi

comments
ManşetTribunaYazarlar

Savaşdan sonra

comments
ManşetTribunaYazarlar

Rusiyanı nə dayandırar?

comments
ManşetTribunaYazarlar

Könlüm kiçik Kərbəladı… (Şeirlər)

comments
ManşetTribunaYazarlar

Şeytan söz meydanında

comments
ManşetTribunaYazarlar

Axı necə olur?

comments
ManşetTribunaYazarlar

Başqa Rusiya

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda