Niyaməddin Əhmədov məhkəməsində
Fevralın 2-də Bakı Apellyasiya Məhkəməsində məhbus AXCP fəalı Niyaməddin Əhmədovun şikayəti üzrə proses keçirilib. Məhkəmə iclasında ifadə verən Niyaməddin Əhmədov bəraət istəyib. Fəal həbsdə ağır işgəncələrə məruz qaldığını, ondan mühafizəçisi olduğu partiya sədri Əli Kərimliyə qarşı saxta ifadəni ...
İşğalçı rejim yeni oyuna gedir
Azərbaycanın Qarabağ bölgəsinin bir hissəsinə nəzarət edən işğalçı rejim “konstitusiya islahatına” hazırlaşır. Novator.az-ın məlumatına görə, fevralın 2-də “konstitusiya yeniliyi layihəsi” rejimin “parlamentində” ilk oxunuşdan keçib. Detallar açıqlanmasa da, layihənin rejimdə idarə üsulunun dəyişikl...
“AzəriLayt”ın 2 fevral qiyməti
Energetika Nazirliyinin 2 fevral məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan nefti 94,74 dollara satılır. 2022-ci ilin dövlət büdcəsində bir barrel neftin qiyməti 50 dollardan götürülüb. “AzəriLayt” yanvara 82,49, fevrala 94,20 dollarla başlayıb. Beynəlxalq razılaşmaya görə, fevral ayında Azərba...
Bayden müttəfiqlərinə əmindir – “Nyu-York Tayms”
ABŞ-ın “Nyu-York Tayms” qəzetində “Putinlə qarşıdurma Baydeni əmin edir ki, avropalı müttəfiqləri onun yanındadır” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifləri qəzetin London bürosunun rəhbəri Mark Lendler, Avropada diplomatik məsələlər üzrə müxbiri Stiven Erlanger, Ağ ev və milli təhlükəsizli...
Manatı qoruyan xərc
Dövlət Neft Fondu Mərkəzi Bankın 2022-ci ilin yanvar ayında keçirdiyi valyuta hərraclarında 727 milyon ABŞ dolları məbləğində vəsait satıb. Novator.az bildirir ki, rəsmi hesabat fevralın 2-də yayılıb. 2015-ci ilin devalvasiyalarında Azərbaycanda ABŞ dollarının rəsmi kursu 0,7844 manatdan 1,5594 mana...
Mustafa Hacıbəylinin şikayətləri araşdırılır
Avropa İnsan Hüquqları Məhkəməsi “Basta” saytının baş redaktoru, Müsavat Partiyasının üzvü Mustafa Hacıbəylinin iki şikayəti üzrə kommunikasiyaya start verib. Azərbaycan hökumətinə Avropa İnsan Hüquqları Konvensiyası ilə tanınan ədalətli məhkəmə araşdırması, ifadə azadlığı, effektiv hüquqi müdafiə v...
Londonda çıxarılan qərarın iki təqdimatı
Böyük Britaniyada Azərbaycan parlamentinin deputatı, əczaçılıq məhsullarının idxalı ilə məşğul olan “Avromed” şirkətinin qurucusu Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus pul vəsaiti ilə bağlı araşdırma davam edir. 1963-cü il təvəllüdlü Cavanşir Feyziyev 2010, 2015 və 2020-ci illərin parlament seçk...
Valyuta ehtiyatının yeni hesabatı
Mərkəzi Bank valyuta ehtiyatının həcmini açıqlayıb. Rəsmi hesabata görə, fevralın 1-nə ehtiyatın həcmi 7 milyard 72,7 milyon dollar olub. 2022-ci il 7 milyard 75,4 milyon dollarla başlamışdı. Novator.az bildirir ki, 2015-ci ilin əvvəlinə valyuta ehtiyatı 13 milyard 758,3 milyon dollar göstərilib, il...
Finala çıxanlar, iddiaçılar
Novator.az 2022-ci ilin dünya futbol çempionatının final mərhələsinə çıxan komandaların siyahısına nəzər salıb. 21 noyabr-18 dekabrda keçiriləcək final mərhələsinə 32 vəsiqənin 1-i ev sahibi Qətərə verilib. Avropaya ayrılan 13 yerin 10-u tutulub: Serbiya, İspaniya, İsveçrə, Fransa, Belçika, Danimark...
Büdcə araşdırmasında
Bakı Araşdırmalar İnstitutu 2022-ci ilin dövlət büdcəsinin, eləcə də büdcədənkənar dövlət fondlarının gəlir və xərclərinə nəzər salıb. Hesabata görə, 2022-ci ildə dövlət büdcəsinə muzdlu işlə əlaqədar gəlir vergisi üzrə 1 milyard 485 milyon manat daxilolma proqnozlaşdırılır: “Bunun 39,8%-i büdcə təş...
Neftsiz ixracın xəstəlikləri
Azərbaycan 2021-ci ildə 2,7 milyard dollarlıq qeyri-neft məhsulu ixrac edib. Əsas ünvanlar siyahısında Rusiya 877,7 milyon dollarla birinci, Türkiyə 675,8 milyon dollarla ikinci, İsveçrə 224,1 milyon dollarla üçüncü olub. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesabatına əsasən, q...
Ermənistan seçki yolunda
Fevralın 1-də Ermənistan parlamentinin sədri Alen Simonyan Armen Sərkisyanın prezident səlahiyyətlərinə xitam verilməsi barədə protokol imzalayıb. Yeni prezident seçilənə qədər dövlət başçısı səlahiyyətlərini Alen Simonyan icra edəcək. Armen Sərkisyan yanvarın 23-də istefa verib. Konstitusiyaya görə...
Koronavirus: yeni milli hesabat
Yeni hesabata görə, Azərbaycanda ümumilikdə 658470 nəfər koronavirus infeksiyasına yoluxub, onların 8734-ü vəfat edib. Aktiv xəstə sayı 24713 nəfər göstərilir. Novator.az bildirir ki, yoluxmaların 41523-ü, itkilərin 376-sı 2022-ci ilin yanvar ayının payına düşür. 2019-cu ilin dekabrında Çində üzə çı...
Neft ixracı göstəriciləri
Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2021-ci ildə Azərbaycan 13,2 milyard dollarlıq xam neft və xam neft məhsulu ixrac edib. Novator.az bildirir ki, Azərbaycandan xam neft və xam neft məhsulları alan ölkələr statistik dəyər baxımından belə sıralanıb: İtaliya, İsrail, Xorvatiya, Almaniya, Portu...
Prezident dəftərxanasında rus kəşfiyyatına aid məxfi sənəd yoxa çıxıb
Rusiya kəşfiyyatının törətdiyi partlayışlara aid məxfi sənəd Çexiya prezidentinin dəftərxanasından yoxa çıxıb. Novator.az xəbər verir ki, söhbət 2014-cü ildə Çexiyanın Vrbetis kəndində yerləşən silah-sursat anbarında baş vermiş iki partlayışa aid sənəddən gedir. Çexiyanın xüsusi xidmət oqranları par...
Azərbaycanın 2021-ci il tərəfdaşları
Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2021-ci ildə Azərbaycanın əsas ticarət tərəfdaşı İtaliya olub. Bu ölkə ilə ticarət dövriyyəsi 9,6 milyard dollar göstərilir. Türkiyə ilə ticarət dövriyyəsi 4,6 milyard dollar, Rusiya ilə 2,9 milyard dollar, Çinlə 1,7 milyard dollar, Almaniya ilə 1,2 milyard...
Ermənistanın artım və azalma statistikası
Ermənistanın Statistika Komitəsi illik hesabat yayıb. Novator.az bildirir ki, rəsmi məlumata görə, 2021-ci ildə ölkədə ümumi daxili məhsul 2020-ci ilə nəzərən 5,8 faiz artıb. Xidmət sahəsində illik artım 7,8 faiz, tikinti sektorunda 7,4 faiz, sənayedə 3,3 faiz göstərilir. Kənd təsərrüfatında məhsul ...
Bakıda jurnalistlər üçün təlim keçiriləcək
JMMP (Journalism & Media Management Projects – Jurnalistika və Media İdarəçiliyi Layihələri) təşəbbüs qrupu fevralın 10-13-də Bakıda yayım və rəqəmsal media sahəsində peşəkar vərdişlərini inkişaf etdirmək istəyən jurnalistlər üçün təlim keçirəcək. Təlim təşəbbüs qrupunun “Yayım mediasında ...
İtkin baş leytenantın meyiti tapıldı
Kəlbəcərin Alagöllər sahəsində çovğunda itkin düşən baş leytenant Bağırov Fuad Allahverdi oğlunun meyiti tapılıb. Rəsmi xəbər yanvarın 31-də yayılıb. Onunla birlikdə çovğuna düşən kiçik çavuş Hüseynov Cavad Rauf oğlu, əsgərlər Hüseynov Maşallah Rövşən oğlu və Kərimov Yasin Yavər oğlu yanvarın 29-u s...
Azadlıq bölgəsinə səfərdə yeniliklər
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi işğaldan azad olunmuş ərazilərə avtobus marşrutlarını yeniləyir. Yanvarın 24-dən Dövlət Avtomobil Nəqliyyatı Xidməti Bakıdan Şuşaya, Ağdama, Əhmədbəylidən Şuşaya, Füzuli Beynəlxalq Hava Limanından Şuşaya, Bərdədən Ağdama müntəzəm avtobus marşrutları istifadəyə...