Dövlət Neft Fondu Mərkəzi Bankın 2022-ci ilin yanvar ayında keçirdiyi valyuta hərraclarında 727 milyon ABŞ dolları məbləğində vəsait satıb. Novator.az bildirir ki, rəsmi hesabat fevralın 2-də yayılıb.
2015-ci ilin devalvasiyalarında Azərbaycanda ABŞ dollarının rəsmi kursu 0,7844 manatdan 1,5594 manata yüksəlib, 2016-cı ildə qiymət 1,7707 manata çatıb. 2017-ci ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur.
Manatın sabitliyi Mərkəzi Bankın Dövlət Neft Fondunun iştirakı ilə keçirdiyi valyuta hərraclarında qorunur. 2016-cı ilin hərraclarında fonddan 4,9 milyard, 2017-ci ilin hərraclarında 3,6 milyard, 2018-ci ilin hərraclarında 6,5 milyard, 2019-cu ilin hərraclarında 6,6 milyard, 2020-ci ilin hərraclarında 7,3 milyard, 2021-ci ilin hərraclarında 6,7 milyard ABŞ dolları məbləğində vəsait alınıb.