Bakı Araşdırmalar İnstitutu 2022-ci ilin dövlət büdcəsinin, eləcə də büdcədənkənar dövlət fondlarının gəlir və xərclərinə nəzər salıb. Hesabata görə, 2022-ci ildə dövlət büdcəsinə muzdlu işlə əlaqədar gəlir vergisi üzrə 1 milyard 485 milyon manat daxilolma proqnozlaşdırılır: “Bunun 39,8%-i büdcə təşkilatlarında, 10,8%-i hasilatın pay bölgüsü sazişləri üzrə podratçı təşkilatlarda, 14,9%-i hasilatın pay bölgüsü sazişləri üzrə yerli və xarici subpodratçı şirkətlərdə, 17,2%-i dövlət müəssisələrində, 6,7%-i dövlət adından yaradılan publik hüquqi şəxslərdə çalışanların muzdlu işlə əlaqədar gəlirlərdən tutulan vergilərdir. Beləliklə, muzdlu işlə əlaqədar gəlir vergisi üzrə bütün daxilolmaların 66,3%-i dövlət sektoru üzrə formalaşır”.