Novator.az 2022-ci ilin dünya futbol çempionatının final mərhələsinə çıxan komandaların siyahısına nəzər salıb.
21 noyabr-18 dekabrda keçiriləcək final mərhələsinə 32 vəsiqənin 1-i ev sahibi Qətərə verilib.
Avropaya ayrılan 13 yerin 10-u tutulub: Serbiya, İspaniya, İsveçrə, Fransa, Belçika, Danimarka, Niderland, Xorvatiya, İngiltərə, Almaniya.
3 vəsiqənin taleyinə 12 komanda yarımfinal və final oyunlarında aydınlıq gətirəcək:
A yolu
Şotlandiya – Ukrayna
Uels – Avstriya
B yolu
Rusiya – Polşa
İsveç – Çexiya
C yolu
İtaliya – Şimali Makedoniya
Portuqaliya – Türkiyə.
Cənubi Amerikadan Braziliya və Argentina final mərhələsinə vəsiqəni təmin ediblər. Qalan 2 biletə 5 iddiaçı var: Ekvador, Uruqvay, Peru, Çili, Kolumbiya.
Asiyadan İran və Cənubi Koreya final raunduna vəsiqə alıblar. Qalan 2 vəsiqəyə Səudiyyə Ərəbistanı, Yaponiya və Avstraliya iddia edirlər.
Şimali və Mərkəzi Amerikanın 3 vəsiqəsi var. Vəsiqələrə bu yığmaların imkanı qalır: Kanada, ABŞ, Meksika, Panama, Kosta Rika, Salvador, Yamayka.
Qətərdə Afrikanı 5 komanda təmsil edəcək. Həmin vəsiqələrə namizədlərin cütlükləri belədir:
Misir – Seneqal
Kamerun – Əlcəzair
Qana – Nigeriya
Konqo Demokratik Respublikası – Mərakeş
Mali – Tunis.
2 vəsiqə Asiya təmsilçisi ilə Cənubi Amerika təmsilçisi, Şimali və Mərkəzi Amerika təmsilçisi ilə Okeaniya təmsilçisi arasında əlavə oyunlarda müəyyənləşəcək.
1930-cu ildən keçirilən dünya çempionatlarında Braziliya 5 dəfə, İtaliya və Almaniya 4 dəfə, Uruqvay, Argentina və Fransa 2 dəfə, İngiltərə və İspaniya 1 dəfə qızıl medallara sahib olub.