Energetika Nazirliyinin 2 fevral məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan nefti 94,74 dollara satılır.
2022-ci ilin dövlət büdcəsində bir barrel neftin qiyməti 50 dollardan götürülüb. “AzəriLayt” yanvara 82,49, fevrala 94,20 dollarla başlayıb.
Beynəlxalq razılaşmaya görə, fevral ayında Azərbaycanın gündəlik xam neft hasilatı üzrə kvotası 668 min barreldir.
Fevralın 2-də əldə olunan yeni razılaşma Azərbaycanda gündəlik xam neft hasilatının martda 675 min barrelə çatdırılmasını nəzərdə tutur.
Novator.az bildirir ki, rəsmi hesabata əsasən, 2021-ci ildə 34,6 milyon ton xam neft hasil olunub. Əvvəlki illərin hasilat göstəriciləri belədir:
2008-ci il – 44,5 milyon ton
2009-cu il – 50,4 milyon ton
2010-cu il – 50,8 milyon ton
2011-ci il – 45,6 milyon ton
2012-ci il – 43,4 milyon ton
2013-cü il – 43,5 milyon ton
2014-cü il – 42 milyon ton
2015-ci il – 41,6 milyon ton
2016-cı il – 41 milyon ton
2017-ci il – 38,7 milyon ton
2018-ci il – 38,8 milyon ton
2019-cu il – 37,4 milyon ton
2020-ci il – 34,5 milyon ton.