• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Arif Hacılı yeni postda

  • 18 May 2024
  • comments
  • hikmet
  • Posted in Xəbər

Mayın 18-də Müsavat Partiyası Məclisinin yeni tərkibdə ilk iclası keçirilib. Rəsmi məlumata görə, Məclis sədri postuna Arif Hacılı mandat alıb, həmçinin Məclisin katibi, Divan üzvləri seçilib, başqan müavinləri təsdiqlənib.

1962-ci il təvəllüdlü Arif Hacılı milli azadlıq hərəkatının (1988-1991) öncül şəxslərindəndir. 1991-1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin Ali Məclisinə sədrlik edib.

1990-cı ildə parlamentin deputatı seçilib, Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) ərazi hakimiyyət və idarəetmə orqanları ilə iş üzrə dövlət müşaviri postunu tutub.

1992-ci ildən Müsavatın katibi, 2001-ci ildən partiya başqanının müavini olub.

2003-2005 və 2011-2012-ci illərdə həbsdə yatıb.

2014 və 2019-cu illərdə başqan seçilib.

Müsavat Partiyasının 2024-cü il mayın 4-5-də keçirilən 11-ci qurultayında təşkilati məsələlərə baxılıb, İsa Qəmbər başqan seçilib, Mərkəzi Nəzarət-Təftiş Komissiyası və Məclisin yeni tərkibləri formalaşıb.

Qurultaylararası dövrdə partiyanın bütün fəaliyyətinə Məclis rəhbərlik edir. Başqan hər hansı səbəbdən öz vəzifəsini icra edə bilmədikdə onun bütün səlahiyyətlərini Məclisin sədri həyata keçirir.

1911-ci ildə yaradılan Müsavat 1920-ci ildən mühacirətdə fəaliyyət göstərib, 1992-ci ildə Bakıda bərpa olunub. Partiyanın ilk başqanı Məhəmməd Əmin Rəsulzadə, ikinci başqanı Mirzə Bala Məmmədzadə, üçüncü başqanı Kərim Odər, dördüncü başqanı Məhəmməd Azər Aran, beşinci və yeddinci başqanı İsa Qəmbər, altıncı başqanı Arif Hacılıdır.

Doğum həddi

  • 17 May 2024
  • comments

Beşlikdə son nöqtə

  • 19 May 2024
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Əhali hesabatı

GLOBALS:0
comments
Xəbər

Hasilat, qiymət

GLOBALS:0
comments
Xəbər

Orta maaş nə qədər artıb?

GLOBALS:0
comments
Xəbər

Rəsmi qəzetlərdə azalma

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Əhali hesabatı

Son materiallar

comments
Xəbər

Əhali hesabatı

GLOBALS:0
comments
Xəbər

Hasilat, qiymət

GLOBALS:0
comments
Xəbər

Orta maaş nə qədər artıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda