YAP-ın gəlirləri və xərcləri
Fevralın 2-də hakim Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib. İclasda YAP-ın 2016-cı ildəki gəlirləri və xərcləri barədə hesabat verilib. Qeyd edilib ki, 2016-cı ildə Yeni Azərbaycan Partiyasının gəlirləri 7 milyon 736 min 859 manat olub. Bunun 6 milyon 596 min 979 manatını üzvl...
Bələdiyyə hesabatı parlamentin müzakirəsinə getdi
Fevralın 2-də Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclasda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin illik məruzəsi dinlənib. Bildirilib ki, 2016-cı ildə vətəndaşlardan Bələdiyyələrlə İş Mərkəzinə 2320 müraciət daxil olub. Müraciətlərin 50 f...
Vaşinqtonda siyasi məhbuslara dəstək aksiyası keçirilib
Bir qrup azərbaycanlı fəal yanvarın 31-i ABŞ-ın paytaxtı Vaşinqtonda “Azərbaycandakı siyasi məhbuslara dəstək verin!” tədbiri keçirib. ABŞ-ın və digər ölkələrin nümayəndələrinin də iştirak etdiyi aksiyada 3000 dollar toplanıb. İştirakçılar Azərbaycanda siyasi məhbus sayılan şəxslərə məktublar yazıb,...
Axtarış-xilasetmə qərargahı əlavə məlumat yaymayıb
Ötən il dekabrın 15-də güclü külək “Azneft” İstehsalat Birliyinin neft yığım məntəqələrinin birində estakadanı dənizə uçurmuş, 10 neftçi batmış, həmin gün onlardan 1-nin meyiti tapılmışdı. Dövlət Dəniz Administrasiyasında Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, SOCAR və...
Böhran rusiyalıların istirahətini pozub
Rusiyadan ildə bir dəfədən çox xaricə dincəlməyə gedənlərin sayı son iki ildə 50% azalıb. Novator.az-ın məlumatına görə, Rusiya Turizm Sənayesi İttifaqının hesabatında belə deyilir. Hesabatda bəzi şirkətlərin rəqəmlərinə istinad olunub. “Onlayn Tur” şirkəti bəyan edir ki, 2014-cü ilin sonunda, rublu...
Elnur Hüseynzadənin ermənilərin əlində olduğu rəsmən açıqlandı
Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası fevralın 2-də açıqlama yayıb. Qeyd olunur ki, Ermənistan-Azərbaycan qoşunlarının aralıq xəttində, cəbhənin Talış istiqamətində Ermənistan hərbçilərinin saxladığı Azərbaycan vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə El...
Hava barədə rəsmi bilgi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin proqnozuna görə, fevralın 3-ü Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, günün ikinci yarısında bəzi yerlərdə az yağıntılı olacağı gözlənir. Havanın temperaturu Abşeron yarımadasında ge...
Yanvarın populyar adları
2017-ci ilin ilk ayında Azərbaycanda doğulmuş uşaqlara qoyulan populyar adlar bəlli olub. Novator.az bildirir ki, oğlan adları içində ən populyar ad Yusif adıdır. 59 uşağa Yusif adı verilib. Siyahıda sonra Əli (33 uşaq), Məhəmməd (29), Hüseyn (24) və Uğur (20) gəlir. Ömər, Tunar, Ümid adlarının hər ...
Cəbhə zonasında yeni hərbi şəhərcik
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti fevralın 1-i cəbhə zonasında yeni hərbi şəhərciyin açılışına qatılıb. Nazir qərargah, əsgər yataqxanaları, yeməkxana, tibb məntəqəsi, klub, hamam-camaşırxana, qazanxana kompleksi, sıra meydanı və digər obyektlərlə tanış...
Nazirliyə müraciətlər azalıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, əhali üçün aktual olan bütün iş sahələrinin avtomatlaşdırılması və xidmətlərin elektron müstəvidə şəffaf təşkili çağrı mərkəzlərinə müraciətləri azaldır: “Yanvar ayında bu tendensiya davam edib. Ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirl...
Niyazinin abidəsi açılıb
Fevralın 2-də Bakının Niyazi küçəsində yerləşən parkda görkəmli dirijor, maestro Niyazinin abidəsinin açılış mərasimi olub. AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev mərasimə qatılaraq çıxış edib.
300-dən çox məcburi köçkün müavinətdən imtina edib
Fevralın 2-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi rəsmi açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, komitəyə müraciət etmiş bəzi məcburi köçkünlər ailələrini dolandırmaq imkanına malik olduqlarını, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqlarını, yüksək vəzifədə çalışdıqların...
Ötən ay manatı qorumağa 285 milyon dollar gedib
Yanvar ayında Dövlət Neft Fondu Mərkəzi Bankın keçirdiyi valyuta hərraclarında 285 milyon ABŞ dolları məbləğində vəsait satıb. Hesabat fevralın 2-də açıqlanıb. 2015-2016-cı illərdə dolların rəsmi məzənnəsi 0,7844 manatdan 1 manat 77 qəpiyə qalxıb. 2017-ci ildən manat yenə ucuzlaşır. Mərkəzi Bank ilə...
Məzənnələrdə nə yenilik var?
Mərkəzi Bank fevralın 2-də ABŞ dollarının məzənnəsini ötən gün müəyyən etdiyi 1,92 manat həddində saxlayıb. Rusiya rublunun rəsmi kursunda da yenilik yoxdur. Novator.az-ın məlumatına görə, rubl fevralın 1-də olduğu kimi 0,0319 manata satılır. Avro isə ucuzlaşaraq 2,0719 manatdan 2,0706 manata düşüb....
Neft kralı dövlət katibi postuna təsdiqləndi
ABŞ Senatı fevralın 1-də prezident Donald Trampın təqdimatına baxaraq Reks Tillersonu dövlət katibi (xarici işlər naziri) postuna təsdiqləyib. Novator.az bildirir ki, Reks Tillersonu 56 senator dəstəkləyib, 43 nəfər onun əleyhinə çıxıb, 1 nəfər səsverməyə qatılmayıb. Reks Tillerson 23 mart 1952-ci i...
Cəbhə xəttindən ziddiyyətli xəbərlər
Azərbaycanın Müdafiə Nazirliyi bildirir ki, fevralın 1-də Ermənistan silahlı bölmələri avtomatik silahlardan və qumbaraatanlardan da istifadə etməklə cəbhə xəttində atəşkəs rejimini pozub: “Təxribatın qarşısı alınarkən düşmən atəşindən Silahlı Qüvvələrimizin müddətdən artıq həqiqi hərbi xidmət hərbi...
Sirr sayılan məlumatları alan vəzifəli şəxslərin siyahısı dəyişdi
Prezident İlham Əliyev fərman imzalayaraq kommersiya və (və ya) vergi sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısını yeni redaksiyada təsdiqləyib. Novator.az siyahını oxucuların diqqətinə çatdırır: Vergilər naziri Vergilər nazirinin birinci müavini Vergilər nazirinin müa...