• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Bələdiyyə hesabatı parlamentin müzakirəsinə getdi

  • 02 Fevral 2017
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Fevralın 2-də Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclasda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin illik məruzəsi dinlənib. Bildirilib ki, 2016-cı ildə vətəndaşlardan Bələdiyyələrlə İş Mərkəzinə 2320 müraciət daxil olub. Müraciətlərin 50 faizi torpaq məsələləri – 538-i torpaq sahələrinin ayrılmaması, 145-i torpaq sahələrinin sənədləşdirilməməsi, 557-i isə torpaq mübahisələri ilə bağlı olub. Torpaq mübahisələri vətəndaşlarla bələdiyyələr və vətəndaşların öz aralarında yaranıb.

Daxil olan müraciətlərin 126-sı təmin edilib, 27 müraciətlə əlaqədar inzibati araşdırma aparılıb. 9 fakt üzrə xırda nöqsanlar aşkarlanıb, bələdiyyələrə bu nöqsanların aradan qaldırılması üçün tövsiyələr verilib. 3 halda maliyyə pozuntusu aşkarlanıb və həmin vəsaitlərin bərpası təmin olunub. 18 fakt üzrə çox ciddi pozuntu aşkarlanıb və prokurorluq orqanlarına müraciət edilib. Bələdiyyə aktlarının ekspertizası və müraciətlər də nəzərə alınmaqla ümumilikdə il ərzində 58 fakt üzrə hüquq mühafizə orqanlarına müraciət edilib, 12 cinayət işi açılıb. Bu işlərlə bağlı 1 məhkəmə qərarı verilib.

Ötən il Qusar rayonunun Samur bələdiyyəsində 70 hektar torpağın 30 min manata qanunsuz satılması, torpaqların şübhəli sənədlərlə xüsusi mülkiyyətə verilməsi faktı aşkarlanıb. 2016-cı ildə 8359 hektar qanunsuz verilən bələdiyyə torpağı bələdiyyələrə qaytarılıb.

İclasda qeyd olunub ki, Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi Bazası proqramı ilə üç ay ərzində 500 mindən artıq vergi və ödəniş ödəyiciləri sistemdə qeydiyyatdan keçib. Belə ki, vergi və ödənişlər üzrə gəlirlərin cəmi 2015-ci il doqquz ay üzrə 8 milyon 219 min 300 manat idisə, 2016-cı ildə yanvar-sentyabr ayları üçün 9 milyon 659 min 300 manat təşkil edib, 1 milyon 440 milyon manat və ya 17,5 faiz artım olub. Təkcə əmlak vergisi üzrə gəlirlər 2015-ci ildə 3 milyon 901 min 100 manat idisə, 2016-cı ilin doqquz ayında 4 milyon 704 min 700 manat təşkil edib, 803 min manat artıq vergi yığılıb.

Məruzə müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Vaşinqtonda siyasi məhbuslara dəstək aksiyası keçi...

  • 02 Fevral 2017
  • comments

YAP-ın gəlirləri və xərcləri

  • 02 Fevral 2017
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

GLOBALS:0
comments
Xəbər

Konstitusiya Məhkəməsində yeniliklər

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstan seçki və boykot yollarında

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

GLOBALS:0
comments
Xəbər

Konstitusiya Məhkəməsində yeniliklər

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda