Sirr sayılan məlumatları alan vəzifəli şəxslərin siyahısı dəyişdi
Prezident İlham Əliyev fərman imzalayaraq kommersiya və (və ya) vergi sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısını yeni redaksiyada təsdiqləyib. Novator.az siyahını oxucuların diqqətinə çatdırır:
Vergilər naziri
Vergilər nazirinin birinci müavini
Vergilər nazirinin müavinləri
Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Departamentinin baş direktoru
Vergilər Nazirliyinin Daxili Təhlükəsizlik Departamentinin baş direktoru
Vergilər Nazirliyinin Hüquq Departamentinin baş direktoru
Vergilər Nazirliyinin Vergi Risklərinin Təhlili və Nəzarəti Departamentinin baş direktoru
Vergilər Nazirliyinin Ərazi Vergi Orqanları ilə İş üzrə Departamentinin baş direktoru
Vergilər Nazirliyinin Vergi Ödəyicilərinə Xidmət və Şəffaf Vergi Partnyorluğu Departamentinin baş direktoru
Vergilər Nazirliyinin Beynəlxalq Əməkdaşlıq və Maliyyə İnstitutlarında Vergi Monitorinqi Departamentinin baş direktoru
Vergilər Nazirliyinin Vergi Öhdəliklərinin İcrasına Nəzarət Departamentinin baş direktoru
Vergilər Nazirliyinin Vergi Qanunvericiliyinin İcrasına Nəzarət Departamentinin baş direktoru
Vergilər Nazirliyi yanında departamentlərin və ərazi vergilər departamentlərinin baş direktorları
Vergilər Nazirliyinin ərazi vergilər idarələrinin və rayon vergilər şöbələrinin baş direktorları
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin iqtisadi sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin rəisi.
Fevralın 1-də dövlət başçısı Vergilər Nazirliyi Kollegiyasının tərkibini dəyişən sərəncam da verib. Sərəncama əsasən, vergilər nazirinin sədrlik etdiyi kollegiyanın üzvləri bunlardır: vergilər nazirinin birinci müavini, vergilər nazirinin müavinləri, Naxçıvan Muxtar Respublikasının vergilər naziri, Vergilər Nazirliyi Aparatının rəhbəri, Vergi Siyasəti və Strateji Araşdırmalar Departamentinin baş direktoru, Vergi Risklərinin Təhlili və Nəzarəti Departamentinin baş direktoru, Daxili Təhlükəsizlik Departamentinin baş direktoru, Hüquq Departamentinin baş direktoru, Ərazi Vergi Orqanları ilə İş üzrə Departamentin baş direktoru, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktoru, Milli Gəlirlər Departamentinin baş direktoru.