Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin proqnozuna görə, fevralın 3-ü Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, günün ikinci yarısında bəzi yerlərdə az yağıntılı olacağı gözlənir. Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti olacaq.
Rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gündüz saatlarında Böyük Qafqazın bəzi şərq rayonlarında yağıntılı olacağı ehtimalı var. Gecə 3-8 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti gözlənir.
Fevralın 1-dən 2-si səhərədək ölkə ərazisində sərt hava şəraiti davam edib, yağıntılı olub, qar yağıb, bəzi yerlərdə intensiv olub.
Qar örtüyünün hündürlüyü Bakıda və Abşeron yarımadasında Bakıda 29 santimetrə çatıb. Bakıda və Abşeron yarımadasında 1-3, Aran rayonlarında 1-5, dağlıq rayonlarda 10-13, Naxçıvanda 7-16 dərəcə şaxta qeydə alınıb.