ABŞ Senatı fevralın 1-də prezident Donald Trampın təqdimatına baxaraq Reks Tillersonu dövlət katibi (xarici işlər naziri) postuna təsdiqləyib. Novator.az bildirir ki, Reks Tillersonu 56 senator dəstəkləyib, 43 nəfər onun əleyhinə çıxıb, 1 nəfər səsverməyə qatılmayıb.
Reks Tillerson 23 mart 1952-ci ildə Texas ştatında doğulub. Texas Universitetini bitirib, mühəndisdir.
1975-ci ildən “Exxon Mobil” neft şirkətində çalışan Reks Tillerson 1990-cı illərin sonunda qurumun Rusiyadakı layihələrinin rəhbəri olub. 2006-cı ildən “Exxon Mobil” şirkətinin baş direktoru postunu tutub.
Ailəlidir, 4 övladı var.