• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
İbrahimxelil

“Çox yorğunam, məni gözləmə, kapitan…”

  • 30 Yanvar 2019
  • comments
  • Novator.az
  • Posted in AktualManşetTribunaYazarlar

(ağ gəmidən – ağ ata, ağ atdan – ağ gəmiyə)

İbrahimxəlil

Ümidlərin tükəndiyi bir çağda dirilişin adı olan Ərtoğrula baxıram – “Diriliş: Ərtoğrul” filminə. Film 2014-cü il dekabrın 10-da ekranlara çıxsa da ötən ilin payızından baxıram. Səbəbi arazbarı qarlı-qubarlı tarixçə olduğundan toxunmuram. Sadəcə olaraq burasını deyim ki, aşağıda qələmə aldığım xəzangül xatirəm Əyriqardan Sınıq körpü tərəflərə boylananda bilmirdim ki, can Azərbaycanın ilk hərbi diktoru Şəmistan Əlizamanlı həmin nəfis filmdə qələm qardaşım Nizami Paşa Saraclının sözlərini oxuyur.

Fevralın 4-də Şəmistan müəllimin 60 yaşı tamam olur. Bir qulac saç sovqatı Bağdaddan gələn Nizami Paşa Saraclının da qulaqları cingildəsin…

***

Bizim Mədəniyyət Mərkəzinə gələn qonaqlar çoxdur: Mədəniyyət nazirindən tutmuş ucqar dağ kəndinin sonuncu mogikan kimi görünən qocaman müəlliminə qədər… hamını yadda saxlamaq olmur. Hamıdan… yazmaq da olmur.

…Mən Şəmistan Əlizamanlını ilk kəz görərkən bilmirdim ki, o, gəmi kapitanı olmaq istəyirmiş.

Şəmistan müəllim gəmi kapitanı olmadı, hərbi diktor oldu. Ona “Azərbaycanın Levitanı” dedilər. Bəstəyib oxuduğu hərbi-vətənpərvərlik mahnıları da, ruhlara, düşüncələrə hüzn və zəriflik daşıyan digər mahnıları da ürəklərdədir.

Macal tapıb doğulub boya-başa çatdığı Aşağı Qullar və orta təhsil aldığı Qırxılı kəndlərinə də gedə bilməmişəm. Sağlıq olsun…

…Şəmistan müəllimlə payız fonunda bir şəkil çəkdirdik. Zənnimcə, o, erkən payızın ömrünə tez çiləndiyi nadir adamlarmızdandır. Arazbarı-arazbarı elədiyi söhbətdə bir həsrət görünməkdədir. Heç nədən – ona atılan daşlardan tutmuş, şöhrət çələnginə qədər – şikayətçi deyil.

Yaradanın yaratdıqları oxşar və eynən olduqları üçün dərd-sər də, sevinc də, düşüncələr də çox vaxt oxşar və eynən olur. Amma çox fərqli və çox çalarlı olmaq da gözəllik və məna gətirmirmi?

Mən də məşhur diktorlarımız Aydın Qaradağlının, Səməndər Rzayevin “dəlisi” olmuşam, mən də gəmi kapitanı olmaq istəmişəm, Şəmistan Əlizamanlı da, indi məşhur yazıçı olan Əlabbas da – “Köhnə kişi” və “Qiyamçı” romanlarının müəllifi – Aslan Quluyev də, şair Vaqif Bayatlı da, şair Rafiq Hümmət də, unudulmaz şair və rəssam qardaşım Adil Mirseyid də…

Məkan fərqinə nə baxırsan?

Şəmistan Əlizamanlının vətənpərvərliyi içdən-ruhdan gələn vətənpərvərlikdir. Süni pafos və ucuz ritorikadan, ucuz effektdən çox-çox uzaqlardadır. Adama zövq verən təkcə onun səsi və mahnıları deyil. Zövq aldığın həm də budur ki, sən Şəmistan müəllim kimi bir şəxsiyyətlə eyni gəminin – Yer kürəsi adlı bir gəminin sərnişinisən.

Şəmistan müəllimin batinində – elə zahirində də – bir hüzn qarışıq təəssüf də gördüm. Bu təəssüf kapitan göyərtəsindən sahili görmək şansının faniliyə qarışdığını qeydə alan təəssüfdür. Yadınızdadırmı, ustad Nazim Hikmətdə ağrılar necə dərində üzür:

Çox yorğunam, məni gözləmə, kapitan,
Səfər dəftərində ayrı əl gəzsin…

Şəmistan müəllimin xidməti təmənnasızdır. Xalqa xidmətini demək istəyirəm. Mən Şəmistan müəllimin əsgər görəndə necə qayğılandığını da gördüm. Əsgərin qarnı tox, ruhu yüksək, əyni-başı yerindədirsə, deməli, Şəmistan Əlizamanlı da yerindədir, deməli, kefinə kilo-kilo soğan doğranmayıb…

Şəmistan Əlizamanlının kənddə keçən ömrünün at belində keçdi­yini də, çayda-çöldə, bir sözlə, təbiət qoynunda keçdiyini də bilirəm.

Hərəmizin uşaqlığımızda, gəncliyimizdə bir ağ at, bir ağ gəmi yoxdumu? Ağ atdan – ağ gəmiyə, yaxud əksinə, ağ gəmidən – ağ ata sıçrayışlarla keçmədimi yağışlı, günəşli, sazlı-sözlü günlərimiz?

Şəmistan müəllimgili Mədəniyyət Mərkəzindən yola salmaq zamanına  qədər yaddaşıma həkk olan bir də bunlar oldu ki, insana gecikmiş xeyir-dualar, boğazdan yuxarı sözlər, ucdantutma hamıya deyilən təriflər qətiyyən gərək deyil. Mərhum şairimiz Cabir Novru­zun misralara hopan müəllif niyyəti nəcib deyildimi:

Ay adamlar, bir arzum var, qoyun deyim,
Sağlığında qiymət verin insanlara.
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara…

…Bu görüş bir göz qırpımı, bir an qədər çəkdi. Dağ daşa qovuşmasa da, insanın insana azından iki dəfə də qovuşmaq – Allahın köməkliyi ilə – şansı olmalıdır. İnşallah! Şəmistan Əlizamanlı “səhifələr”ini sizə daha ətraflı təqdim etmək ümidi ilə…


Müəllifin başqa yazıları: 

Bu dağların Abbası (retro)

Təkayaq (izomorfizm)

Borçalıda Overton pəncərəsi (maddeyi-tarix)

Bilbaoda Bayraq günü (olimpias)

“Kor xəlifə” Tiflisdə (antipod)

Oturduqca oyun oynamaq (reaksiya)

Bizim mizantrop Hökumət (təzkirə)

Mükafat marafonu (praemium)

Əyriqarda affirmasiyalarla yaşamaq (introversiya)

Emin Elsevərin baş keçidi (retro)

İbrahimxəlil süfrəsi (inversiya)

Süsən-Sünbüldə çaqqal ovu (lisenziyalı yazı)

Neyron yuvaları nişangah altında (innovasiya)

Əyriqarın qardaşı (ucqar havası)

Borçalı butaforiyası (debüt)

Küy-kələk kintoları (Süsən-Sünbül əhvalatı)

Can (aqape)

Dünyanın dadi-büsat çömçəsi (Aşıq Hüseyn Saraclı üçün ucqar havası)

Letargiyada erməni latayırları (kontrast)

Bulfüzul “burun”u (otolarinqologiya)

Gülümsə qarşıla ayrılıqları… (Rable gülüşü)

Frayburqda fındıq əhvalatı (sürrealizm səhifəsi)

Məhəmməd Əli Əyriqarda (bandaj)

Mənim Şiraz tərəfim (leytmotiv)

Süsən-Sünbül sofistləri (ritorika)

Füzuli, Elizbar Cavelidze və… Mirzə Məmmədoğlunun medalları (revers)

Pikasso Əyriqarda (80×60)

Qərblə Şərqin dialoqu… Pikasso və Mircavad (lessirovka)

Hər kəsin öz yağışı (nəqşi-zəmir)

Əyriqarda pyedestal mövsümü (evfemizm)

İsmayıl Şıxlının tabi-imtahan termosu (termoterapiya)

Dəmir əsəbli dağlar (sinergiya)

Qafilin qandığı qrafa (eksklüziv)

Alın yazısını alın təri ilə silmək… (fraqment)

Yetimdoyduran (al dente)

Şarlotta (təzadlar)

Epikür bağları (vegetasiya)

Yetim Gürcü (boheme)

Şeytanı ağlatmaq (introspeksiya)

Qafqazın qara zurnası və ağ çuxası (arazbarı)

Sakit Məmmədovun savab və səxavət simvolları (variasiya)

Əyriqar qalxanı (silentium)

Stokholm suvenirləri (trauer)

Kürəvi ildırım (versifikasiya)

Odissey Əyriqarda (eponim)

Toğlugötürən (motiv)

Ujurumda yaz havası (trayektoriya)

Vətənə güllə atmaq (transalp)

Qardaşım ədəbiyyat (litera)

Gözünə gün düşən “Şah Abbas” (metonimiya misalı)

Yaspersi yaralamaq (Süsən-Sünbül əhvalatı)

Data Tutaşxia üçün tavakababı

Mənim hüsnxət dəftərlərim (fonoqrafik)

Cümləmizin Cavid qapısı (vitraj)

Dinarın dörddə biri (irrasional)

Sərhəddə yaşamaq (senzitiv)

99-la 100 arası

Tiflisdə serotonin sevdası (senzitiv)

Sözün işığında yaşamaq

Rüzgarda ruhani element azlığı

Mitinq üçün müraciət edildi

  • 30 Yanvar 2019
  • comments

Təzə ilin populyar adları

  • 30 Yanvar 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Ədəbiyyat
  • Mədəniyyət
  • Nəsr
  • Ordu
  • Poeziya
  • Siyasət
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda