Yaxın ölkələrin itkiləri
İyunun 9-na olan beynəlxalq statistikaya görə, yeni növ koronavirus infeksiyası 208 ölkə, ərazi və məkanda 3 milyon 762,8 mindən çox adamın ölümünə gətirib. Novator.az bildirir ki, yaxın ölkələrdən ən çox Rusiya itki verib: 124496 nəfər. İranda 81362, Ukraynada 51333, Türkiyədə 48341 nəfər infeksiya...
Artur Kartanyan azıbmış
Müdafiə Nazirliyi iyunun 8-də erməni kəşfiyyat-diversiya qrupunun dövlət sərhədinin Laçın rayonu sahəsində Azərbaycana daxil olduğunu yaymış, hərbi qulluqçu Artur Kartanyanın tutulduğunu bəyan etmişdi. İyunun 9-da yeni məlumat yayan nazirlik əlavə araşdırmalara əsaslanaraq bildirir ki, Artur Kartany...
ABŞ rəsmisinin Bakı görüşləri
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker iyunun 8-i Bakıda prezident İlham Əliyevlə görüşüb. “Turan”ın məlumatına görə, Filip Riker paytaxtda keçirdiyi mətbuat konfransında deyib ki, prezidentlə energetika və iqtisadi əlaqələr, insan hüquqlar...
2021-2022 mövsümünün təqvimi
Novator.az UEFA-nın klub turnirlərinin 2021-2022 mövsümünün təqvimini diqqətə çatdırır: Çempionlar Liqası İlkin mərhələ – 22-25 iyun 2021 Birinci mərhələ – 6-14 iyul 2021 İkinci mərhələ – 20-28 iyul 2021 Üçüncü mərhələ – 3-10 avqust 2021 Dördüncü mərhələ – 17-25 avqust ...
Əlillik meyarları ilk oxunuşdan keçdi
Milli Məclisin 8 iyun iclasında əlilliyin müəyyən olunması meyarları üzrə qanun layihələri ilk oxunuşdan keçib. Novator.az bildirir ki, 2022-ci il yanvarın 1-dən tətbiqi nəzərdə tutulan yeni meyarlarla əlillik orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi prinsipi əsasında və xəstə...
Sərhəddə diversiya cəhdi
Müdafiə Nazirliyinin məlumatına görə, iyunun 8-də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu dövlət sərhədinin Laçın rayonu sahəsində Azərbaycan ərazisinə daxil olub: “Azərbaycan Ordusu bölmələrinin sayıqlığı nəticəsində qrupun bir üzvü, hərbi qulluqçu Artur Kartanyan saxlanıb. Qrupun...
Yeni qayda, yeni cərimə
“Kredit ittifaqları haqqında” qanun yenilənir. Novator.az bildirir ki, parlamentin 8 iyun iclasında son oxunuşda qəbul olunan layihəyə görə, kredit ittifaqı hər bir borcalan haqqında məlumatı ən azı bir kredit bürosuna və Mərkəzi Bankda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə təqdim etməlidir....
2020 büdcəsinin icrası: qanun son oxunuşdan keçdi
İyunun 8-də Milli Məclis Azərbaycanın 2020-ci il büdcəsinin icrası haqqında qanun layihəsini üçüncü – son oxunuşda qəbul edib. Novator.az bildirir ki, qanun layihəsində gəlirlər 24 milyard 681,7 milyon manat, xərclər 26 milyard 416,2 milyon manat göstərilir. Layihəyə görə, 2020-ci ildə büdcə kəsiri ...
Ermənistanda seçki qartalsız qaldı
Erməni Qartalları – Vahid Ermənistan Partiyası növbədənkənar parlament seçkisindən çəkilib. Novator.az-ın məlumatına görə, partiya lideri Xaçik Asryan iyunun 7-də Ermənistanın İctimai Televiziyasına deyib ki, ölkənin bir hissəsi işğal altına düşdüyü üçün normal parlament seçkisi keçirmək mümkün deyi...
“Seçki saxtakarlığı təbii halımız deyil”
AXCP sədri Əli Kərimli mərhum prezident Əbülfəz Elçibəyin dövlət başçısı seçildiyi dövrü xatırlayıb. Novator.az-ın məlumatına görə, siyasətçi yazır: “29 il öncə – 1992-ci il iyunun 7-də Azərbaycanda ilk və hələ ki, son demokratik prezident seçkisi keçirilib, Əbülfəz Elçibəy səslərin 59,4 faizi...
“Formula”sız
İyunun 4-dən 6-dək Bakıda növbəti “Formula 1” yarışı keçirildi. Azadlıq meydanından başlayan 6 kilometrlik Bakı treki paytaxtın bir çox mərkəzi küçəsini əhatə edir. Əvvəlki yarışlar 2016, 2017, 2018 və 2019-cu illərə təsadüf edib. Novator.az-ın məlumatına görə, iqtisadçı, Azərbaycan Demokratiya və R...
Yoluxma və itki statistikası
Novator.az Azərbaycanın koronavirus statistikasına nəzər salıb. Son rəsmi hesabata görə, ölkədə 334747 nəfər koronavirusa yoluxub, onların 4945-i vəfat edib. 2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən yeni növ koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-d...
UEFA-nın klub turnirlərinə 237 komanda buraxılır
2021-2022-ci illər mövsümündə Avropanın klub turnirlərinə 55 UEFA üzvünün 237 komandası buraxılır. Novator.az bildirir ki, Çempionlar Liqasında 80, Avropa Liqasında 21, Konfrans Liqasında 136 komanda var. Çempionlar Liqasının ilkin və birinci mərhələlərində ələnən komandalar Konfrans Liqasına, ikinc...
Baş Prokurorluqdan mina açıqlaması
Baş Prokurorluq Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində baş vermiş mina partlayışı barədə yeni məlumat yayıb. İyunun 4-də media və dövlət qurumlarının əməkdaşlarını daşıyan sərnişin avtomobilinin minaya düşməsi nəticəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, A...
Ermənistan kimi seçir?
İyunun 7-si Ermənistanda növbədənkənar parlament seçkisinin təşviqat mərhələsi start götürüb. Təşviqatın son günü iyunun 18-nə, səsvermə iyunun 20-nə təyin edilib. Novator.az bildirir ki, proporsional sistemlə keçiriləcək seçkidə parlamentə düşmək üçün partiyalar azı 5%, bloklar azı 7% səs toplamalı...
Həm vergi, həm də seçki
İqtisadçı Natiq Cəfərli qiymət artımına təsir edən amillərdən yazıb. Novator.az-ın məlumatına görə, ekspert qeyd edir ki, Azərbaycanda idxal mallarının maya dəyərinə xaricdəki qiymət, yol xərci, gömrük rüsumları və vergilər, sahibkarın qazancı daxildir: “Normal halda sahibkar, məsələn, 5 manata mal ...
“Yeni alınma sözlər lüğəti”
“Yeni alınma sözlər lüğəti” kitabı işıq üzü görüb. Azərbaycan Dövlət Tərcümə Mərkəzinin nəşr etdiyi kitabın tərtibçi müəllifi əməkdar jurnalist, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmlidir. Kitabda son 25-30 ildə Azərbaycan dilinə ictimai-siyasi, iqtisadi, sosial-mədəni, texniki, texnol...
Avropa Məhkəməsinin Azərbaycan qərarları müzakirədə
İyunun 7-si Fransanın Strasburq şəhərində Avropa Şurası Nazirlər Komitəsinin görüşü başlayır. Novator.az hüquqşünas Xalid Ağalıyevə istinadla bildirir ki, görüşdə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icra durumu müzakirə olunacaq. Üç gün davam edəcək toplantıdan sonra 100-dən artıq qərar...
İqtisadçıdan büdcə qeydi
Milli Məclis Azərbaycanın 2020-ci il büdcəsinin icrası haqqında qanun layihəsini son oxunuşda qəbul etməyə hazırlaşır. Novator.az-ın məlumatına görə, iqtisadçı Qubad İbadoğlu yazır ki, “Büdcə sistemi haqqında” qanun Maliyyə Nazirliyinin əvvəlki ilin dövlət büdcəsinin icrası barədə illik hesabatı və ...
Seçkini sabiq prezidentin qızı udur
Peruda prezident seçkisi qadın namizəd Keyko Fuximorinin qələbəsi ilə başa çatır. Novator.az bildirir ki, ilkin rəsmi nəticələrə görə, Xalqın Gücü Partiyasının təmsilçisi olan Keyko Fuximori iyunun 6-da keçirilən ikinci turda 52,9% səslə önə çıxıb. Onun Azad Peru Partiyasından rəqibi Pedro Kastilyo ...