Son rəsmi hesabata görə, Azərbaycanda ümumən 336557 nəfər koronavirus infeksiyasına yoluxub, onların 4978-i vəfat edib.
Novator.az bildirir ki, 2019-cu ilin dekabr ayında Çində üzə çıxaraq 222 ölkə, ərazi və məkana yayılan infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb, həmin ay 3 yoluxma ilə bitib.
Martda 295 yoluxma, xəstəlikdən 5 ölüm rəsmiləşib. İlk ölüm martın 12-nə düşüb.
Apreldə 1506 yoluxma, 19 ölüm, mayda 3690 yoluxma, 39 ölüm olub.
İyun 12030 yoluxma, 150 ölüm, iyul 14354 yoluxma, 235 ölümlə keçib.
Avqust 4557 yoluxma, 86 ölüm, sentyabr 3794 yoluxma, 57 ölümlə qapanıb.
Oktyabrda 15040 yoluxma, 139 ölüm, noyabrda 65907 yoluxma, 662 ölüm, dekabrda 97524 yoluxma, 1249 ölüm olduğu açıqlanıb.
Ümumən 2020-ci ildə 218700 nəfər koronavirusa yoluxub, 2641 xəstə həyatını itirib.
2021-ci ilin göstəriciləri belədir:
yanvar – 11519 yoluxma, 491 ölüm;
fevral – 4318 yoluxma, 88 ölüm;
mart – 27176 yoluxma, 347 ölüm;
aprel – 57396 yoluxma, 950 ölüm;
may – 14847 yoluxma, 396 ölüm;
iyun – 2091 yoluxma, 61 ölüm;
iyul – 510 yoluxma, 4 ölüm.
Koronavirusu cilovlamaq üçün 2020-ci il martın 31-dən xüsusi karantin rejimi tətbiq olunur. Ölkə ərazisinə giriş-çıxış məhdudlaşıb, dəfn istisna olmaqla yas mərasimləri, bütün kütləvi tədbirlər, ictimai yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsi, istirahət və əyləncə məkanlarının fəaliyyəti, muzey və sərgi zalları istisna olmaqla mədəniyyət obyektlərinin fəaliyyəti, masaj və hamam xidmətlərinin göstərilməsi, şənbə və bazar günlərində ictimai nəqliyyatın fəaliyyəti yasaqlanıb.
Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində həmçinin bu yasaqlar tətbiq olunur: ictimai iaşə obyektlərində müştərilərə saat 00:00-dan 9:00-dək yerində xidmət və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq, 10 nəfərdən artıq şəxsin iştirakı ilə tədris və repetitor xidmətləri.