Mərkəzi Bank iyulun 7-də ABŞ dollarının qiymətini 1,7 manat həddində saxlayıb, bununla kurs sabitliyinin 3 il 4 ayı tamamlanıb.
2015-ci ilin devalvasiyaları nəticəsində dolların rəsmi məzənnəsi 0,7844 manatdan 1,5594 manata yüksəlib, 2016-cı ildə qiymət 1,7707 manata çatıb.
2017-ci ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən 1,7 manata təklif olunur.
Novator.az bildirir ki, Dövlət Neft Fondu Mərkəzi Bankın 2021-ci ilin ilk yarısında keçirdiyi valyuta hərraclarında 2 milyard 766,1 milyon ABŞ dolları məbləğində vəsait satıb. Yanvarda fonddan 644,9 milyon dollar, fevralda 437,3 milyon dollar, martda 397,7 milyon dollar, apreldə 509,9 milyon dollar, mayda 312,7 milyon dollar, iyunda 463,6 milyon dollar alınıb.
Manatı qorumaq üçün Dövlət Neft Fondu 2016-cı ildə 4,9 milyard, 2017-ci ildə 3,6 milyard, 2018-ci ildə 6,5 milyard, 2019-cu ildə 6,6 milyard, 2020-ci ildə 7,3 milyard dollar sərf edib.