Avropa İttifaqına ixrac: hara nə qədər gedir?
- 07 İyul 2021
- comments
- hikmet
- Posted in Dünyanın səsiManşetXəbər
2021-ci ilin yanvar-may aylarında Azərbaycanın ixracının 3,7 milyard dollara yaxını 27 ölkəni birləşdirən Avropa İttifaqının payına düşüb. Novator.az bildirir ki, İtaliya 2,7 milyard dollarla ilk sırada durur.
İspaniyaya ixrac 342,3 milyon dollar, Portuqaliyaya 193,6 milyon dollar, Xorvatiyaya 177,1 milyon dollar, Almaniyaya 45,3 milyon dollar, İrlandiyaya 41,7 milyon dollar, Rumıniyaya 39,8 milyon dollar, Yunanıstana 32,8 milyon dollar, Çexiyaya 19,2 milyon dollar, Bolqarıstana 12,6 milyon dollar, Belçikaya 9,1 milyon dollar, Litvaya 6,4 milyon dollar, Lüksemburqa 4,4 milyon dollar, Niderlanda 4 milyon dollar, Avstriyaya 2,4 milyon dollar, Polşaya 2 milyon dollar, Latviyaya 1,4 milyon dollar, Fransaya 1 milyon dollar göstərilir.
Beş ayda İsveçə 802,6 min dollar, Danimarkaya 702,1 min dollar, Estoniyaya 630,5 min dollar, Macarıstana 465,9 min dollar, Finlandiyaya 181,4 min dollar, Maltaya 77,1 min dollar, Slovakiyaya 34 min dollar ixrac qeydə alınıb.
Kipr və Sloveniyaya ixrac olmayıb.
Azərbaycan əsası 1957-ci ildə qoyulmuş Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramının üzvüdür. 2009-cu ildə elan olunmuş proqram Ukrayna, Moldova, Belarus, Gürcüstan və Ermənistanı da əhatə edir. 2018-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” sənədi imzalanıb. Hazırda strateji tərəfdaşlıq sazişi üzərində iş gedir.