
Rövşən Ağayev
Əzbərçiliyə əsaslanan, uşaqların və gənclərin təfəkkürünün inkişafını, dünyagörüşü səviyyəsini üzə çıxarmayan imtahan sistemi təhsilin inkişafını ölçmək aləti ola bilməz. Uşaqların və gənclərin tənqidi düşüncə bacarıqları, gələcəyə dair xəyalları onların aldığı təhsili dəyərləndirmək üçün ən yaxşı keyfiyyət göstəriciləridir. Dünyanın bir çox ölkəsində gənclərin xəyal xəritəsi hazırlanır. Bu xəritə təkcə onların özləri ilə bağlı deyil, ölkələrinin gələcəyi, bu gələcəyə hansı töhfə verə biləcəklərini dəyərləndirmək imkanı yaradır.
Türkiyədə aparılmış bir araşdırma gənclərin 78 faizinin xaricdə oxumaq, onların 64 faizinin ölkədən birdəfəlik getmək arzusunu ortaya çıxarıb.
Azərbaycan gəncliyinin xəyal xəritəsini görmək çox istərdim. Amma bircə fakt da kifayətdir: 20 yaşına çatmış hər 100 gəncdən ən azı 70-i həyata yalnız orta təhsil şəhadətnaməsi ilə atılır – yəni heç bir peşə və ixtisası olmadan. Qalanını özünüz təsəvvür edin…
Müəllifin başqa yazıları:
İdxal azaldı: manat dinclik tapa bilərmi?
Büdcə: dəyişən nədir, dəyişməli olan nə?
Ucuz manat niyə ixraca yol açmır?
Zənginlərin pulunu necə saymalı?
Qalan 4 ayda manatı nə gözləyir?
Nazirin dedikləri və gerçəklik
Uşaq pulu təklifləri: çıxış yolu nədir?
Statistika islah edilməlidir. Kökündən
Böyük pullar kimlərin işinə yarayıb?
İslahat mübahisələri: gerçək islahatlar necə olur?
Artan maaşlar, dəyişən büdcə, cavabsız qalan suallar
İş yeri statistikasından doğan suallar
Avtomobil parkımız niyə köhnəlir?
Kotan-xış dövründə ilişib qalmaq