AXCP sədri aclıq aksiyası keçirən məhbus partiyadaşı Zamin Salayevdən yazıb: “Ölkədə işgəncə aşkarlıq şəraitində həyata keçirilir. Zamin Salayev aclığın 88-ci günündədir. 3 gün öncə məhkəmədə görəndə 40 kiloqram çəki itirmişdi, köməksiz hərəkət edə bilmirdi.
Zamin bəyin yaşadığı işgəncə deyilmi? Kimsə düşünə bilər ki, aclıq Zamin bəyin öz qərarıdır. Ancaq Zamin bəyi aclıq aksiyasına, özünə işgəncə verməyə onu dəfələrlə şərləyərək həbsə göndərənlər, onun azadlığını, ömrünü oğurlayanlar təhrik ediblər. Bu davamlı işgəncənin səbəbkarı, təhrikçisi məhz onlardır – hakimiyyətdir. Biz xalq olaraq zülmə, haqsızlığa birlikdə etiraz etməliyik ki, bu xalqın daha çox övladı Zamin bəyin yaşadığı işgəncəni yaşamasın”.
Novator.az bildirir ki, Bakı İstintaq Təcridxanasında saxlanan Zamin Salayev AXCP Salyan şöbəsinin sədridir. O, fevralın 7-si Bakıda tutulub, silah tətbiq etməklə xuliqanlıqda təqsirli bilinir. Rəsmi iddiaya görə, cəbhəçi həmin gün paytaxt sakini Natiq Süleymanova bıçaqla xəsarət yetirib. İstintaqı Qaradağ Rayon Polis İdarəsi aparıb.
Zamin Salayev ittihamı qəbul etmir, tutulduğu gündən aclıq aksiyası keçirir.
Mayın 2-si Qaradağ Rayon Məhkəməsində Zamin Salayevin cinayət işi üzrə hazırlıq iclası keçirilib. Məhkəmə istintaqının mayın 11-də başlanmasına qərar verilib.
Zamin Salayev 2020-ci il aprelin 20-dən 2022-ci il yanvarın 19-dək ağır cinayətdə ittiham etməklə böhtan və təhqir ittihamı ilə həbsdə yatıb, siyasi məhbus sayılıb. Həmin həbsdən bir müddət öncə Zamin Salayev sosial şəbəkədə video yayaraq Salyan Rayon Polis İdarəsinin bölmə rəisi, polis kapitanı Həmzə Əzizovu bir qadına münasibətdə qanunazidd hərəkətlərdə günahlandırıb. Bundan sonra Həmzə Əzizov Salyan Rayon Məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldıraraq Zamin Salayevin cinayət məsuliyyətinə cəlb olunmasını istəyib.
AXCP sədri Zamin Salayevdən yazıb
Zamin Salayev: məhkəmə qərar verdi
Zamin Salayev qərarından dönmür
Zamin Salayev 8 kiloqram arıqlayıb
Əli Kərimli: “Biganə qalmamalıyıq”
Zamin Salayev oğluna nədən gileylənib?
Əli Kərimli Zamin Salayevə müraciət edib
Vəkil Zamin Salayevə baş çəkib
“Bu zorakılıq dövlətimizi hörmətdən salır”
Zamin Salayev qərarından şikayət verilib
Əli Kərimli Zamin Salayevə səsləndi
Zamin Salayevin istintaqı bitib
Milli Şuranın Zamin Salayevə müraciəti