• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Virusla davranış

  • 05 İyul 2021
  • comments
  • hikmet
  • Posted in ManşetTribunaYazarlar

Natiq Cəfərli

Pandemiya ilə bağlı xəbər axınında bir daha əmin olursan: hər ölkə virusdan öz məqsədləri üçün istifadə edir.

Peyvəndləmə artdıqca suallar da çoxalır. Son məlumata görə, dünya əhlinin yarısına yaxını peyvəndlənib, amma Dünya Səhiyyə Təşkilatı bəşəriyyəti qorxutmaqdan qalmır. Peyvəndləmə səviyyəsi çox yüksək olan ölkələrdə də virusla bağlı problemlər artır, məsələn, İsrail dünyada ən yüksək səviyyəli peyvəndləmə aparıb, amma yenidən sərtləşmə tədbirlərinə gedir. O zaman sual yaranır: peyvənd çıxış yolu deyilsə, nədən israrla peyvənd vurulur, tək çıxış yolu peyvənddirsə, nədən virusla mübarizə effekt vermir?

Bir az dərindən baxanda görürsən ki, İsraildə parlament seçkisi təzə bitib, çox kövrək koalisiya yaradılıb, ölkə əhalisi siyasi baxımdan iki fərqli cəbhəyə bölünüb, yeni qurulan hökumət öz mövqelərini möhkəmlətmək istəyir, buna görə də epidemioloji vəziyyətlə oynayaraq öz hədəflərinə çatmağa çalışır.

Son günlər şimal qonşumuz dünyada pandemiya təşvişinin önündə gedir. Rusiyada yoluxma sayı pandemiyanın pik dövründə olan saya çatıb, ölüm halları isə pandemiyadan bəri ən yüksək həddədir. Yaxşı, nə baş verdi ki, Kreml təşviş yaymağa başladı? Sentyabr ayı Rusiyada Dövlət Dumasına seçkidir. Parlamentin rolu artıb, seçkidə yeni siyasi oyunçuların meydana çıxması ehtimalı çox yüksəkdir. Virusla bağlı təşvişin artırılması seçki dönəmində aksiyalara, mitinqlərə qadağa qoyulmasını asanlaşdırır.

İkincisi, Rusiya bütün dünyaya öz peyvəndini təklif edir, amma əhalisi peyvəndə inanmır, bu isə satış üçün mənfi fon yaradır. Öz əhalisini inandıra bilməyən Kreml peyvəndi dünyaya necə satsın? Ona görə də təşviş havasını yüksəldərək əhalini könüllü, amma məcburi (!!!) peyvəndləməyə sövq edir.

Üçüncüsü, pandemiyadan öncə, 2019-cu ildə rusiyalı turistlər xaricdə 34,5 milyard dollar pul xərcləmişdilər. Bu, bank kartları ilə ödənişləri əhatə edir, təqribən 10 milyard dollara yaxın nağd xərcləmələrin olduğu da ehtimal edilir. Bu il Kreml müxtəlif təşviq proqramları ilə daxili turizmi canlandırmağa, rusiyalı turistləri öz ölkəsində pul xərcləməyə sövq etməyə çalışır. Hökumət epidemioloji vəziyyətin ağır olduğunu elan etdikcə bir çox ölkə rusiyalı turistləri qəbul etməkdən boyun qaçırır, bu da daxili turizmi stimullaşdırır. Kreml özü də bəzi ölkələrə uçuşları qadağan edir, süni şəkildə azaldır, istəyir ki, təqribən 40-45 milyard dollarlıq səyahət xərci ölkədə qalsın.

Beləliklə, hər bir ölkə koronavirus məsələlərinə münasibətini öz daxili problemlərinin həlli kontekstindən baxır. Bu isə ağır xəstəlik olan virusla mücadiləyə insanlığın skeptik yanaşmasını artırır. Adi məntiq də onu deyir ki, əgər Çində iki-üç nəfərlə başlayan xəstəlik cəmi üç aya bütün dünyaya yayıldısa, deməli, haradasa virus qalsa, yenə bütün dünyaya yayılacaq. Bu baxımdan gərək dünya virusa münasibətini dəyişsin, təşvişi kənara qoysun, koronavirusa adi xəstəlik kimi yanaşsın, bundan sonra pandemiyaya qalib gəlmək mümkün olar. Nə qədər ki, koronavirus ətrafında siyasi, iqtisadi, qlobal maraqlar, oyunlar olacaq, bu bəlanın bitməsi mümkünsüzdür. Virusa münasibətimizi yeniləməli, ona daha sakit, daha ağılla, daha elmi yanaşmalıyıq. Yoxsa bu xəmir çox su apardıqca dünyada xaotik vəziyyət də artacaq…

Müəllifin başqa yazıları:

İmic problemi

Bir millət, bir sistem

Nə etməli?

Virus dönəminin dərsləri

Gəlirsiz xərclər

“Bahalı manat” dalanı

Düşünmək üçün…

Sivil toplum, toplumla sivil davranış

Dəyişikliklərə hazırlaşmalı

Qalib kimi yaşamalı

Məcbur və məhkumuq

İanədə mədəniyyət

Koronavirus dalğasında…

Təhlükələrdən sığorta

İctimai nəzarət formulu

Gec olmasın…

Təhlükə zolağı

Ağıllı idarəçilik

Şişmiş problem

Kredit girdabı

Qaçılmaz yenilik

Reytinq alqoritmi

Kiçik uğurdan böyük uğura

Qiymət artımının sirr olmayan sirri

Sosial siyasət və ideologiya

Daha soyuqqanlı…

Təhlükə var

Təbliğatı vuran rəqəmlər

Ağıllı sistem zərurəti

Ziyanın yarısından…

Gürcüstan yolumuz

Hökumətə suallar

Qaçılmaz dünyəvilik

Siyasətdə sualtı qayıq taktikası

Reytinq incəlikləri

SOCAR-ın hesabatına iqtisadçı şərhləri

  • 05 İyul 2021
  • comments

Vəkili qorxudan təklif

  • 05 İyul 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Səhiyyə
  • Siyasət
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda