• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Koronavirus dalğasında…

  • 28 Dekabr 2020
0
SHARES
FacebookTwitterPinterest

Natiq Cəfərli

2020-ci ilə koronavirus damğası vuruldu. Hələ də virusla bağlı müxtəlif versiyalar, qlobal oyunlar əsas müzakirə mövzusudur. Bu günə qədər virusun mənşəyi, mənbəyi dəqiq təsbit olunmayıb. Onun təbiət, yoxsa laboratoriya məhsulu olduğu məlum deyil. Amma gəlin məntiqi ardıcıllıq qurmağa, suallar qoyub onlara cavab tapmağa çalışaq.

Virus ciddi təhlükədirmi? Bəli, çox tez yayılan, tez yoluxduran, risk qruplarına daha ciddi təsir edən mərəzdir.

Müxtəlif ölkələr virusla fərqli mübarizə üsulları tətbiq etdilərmi? Bəli, karantindən tutmuş müalicə protokollarına qədər fərqli yanaşmalar gördük. Yumşaq İsveç üsulundan sərt Çin yanaşmasına qədər fərqli siyasət quran dövlətlər oldu.

2020-ci ilin əvvəlində bir çox ölkədə sərt karantin tədbirlərinin tətbiqi doğru idimi? Bəli, virus hələ tanınmırdı, dövlətlər qapanmaqla zaman qazanıb səhiyyə sistemini virusla mübarizəyə hazırlamağa məcbur idilər.

Sərt karantindən udan ölkələr varmı? Xeyr, bütün dünya uduzdu –ümumi daxili məhsul (ÜDM) azaldı, ticarət dövriyyəsi zəiflədi, işsizlik, yoxsulluq artdı.

Dünya ölkələri vətəndaşlarına və biznesə sahib çıxa bildilərmi? Xeyr, böyük ölçüdə sahib çıxa bilmədilər. Doğrudur, ABŞ-da və Avropada vətəndaşlara pul da paylandı, biznesə böyük dəstək paketləri işə düşdü, amma koronavirusla mübarizəyə dünya üzrə ümumən 12 trilyon dollar ayrılsa da, bunun 80%-i iri biznesə, səhm bazarının şişməsinə, mənasız riskli yatırımların bahalaşmasına (bitkoin kimi), bir sözlə, dünya iqtisadiyyatında növbəti “şarların” yaranmasına sərf olundu, bu da gələcək böhranların əsasını, şişmiş “balonların” partlamasının təməlini qoydu.

Bəs qazanan oldumu? Bəli, böyük texnoloji şirkətlər və farmakologiya qazandı, söhbət tək puldan yox, topladıqları məlumatlardan gedir – onlar daha dəyərlidir.

Bəs 2021-ci ilə necə daxil oluruq? Məncə, koronavirus dalğasının qlobal hədəflərindən biri ABŞ-da 2016-cı ildə baş verən Tramp “təsadüfünün” aradan qaldırılması idi – bu hədəfə nail olundu.

2020-ci ildə koronavirus KİV-in əsas mövzusu oldu, insanları vahiməyə salan virusdan daha çox onun təqdimatı idi. Bəşəriyyət kütləvi psixoz vəziyyətinə gətirildi, təməl hazır oldu, qlobal media əhaliyə nə təklif etdisə, o da “həzmə” getdi.

Təqribən noyabrın sonundan, ABŞ-dakı prezident seçkisində Cozef Baydenin qələbəsi şübhə yaratmadığı gündən dünya KİV-inin “məhsul” təqdimatı dəyişməyə, bəşəriyyət “vaksinə” köklənməyə başladı. Vaksin məsələsi ayrıca mövzudur, daha geniş fikir mübadiləsinə ehtiyac var, qısa olaraq onu deyim ki, bir ilə yeni virusa normal vaksin hazırlamaq mümkün deyil – istənilən vaksinin kəşfi və əsas da yoxlanması üç-beş il arası çəkir. Bu, obyektiv zaman kəsimidir, vaksinlərin insan orqanizminə, müxtəlif gen daşıyıcılarına və qan qruplarına təsirinin öyrənilməsi bundan az müddətə başa gəlmir.

Sözümün canı bunda deyil, indi vaksinlə bağlı pozitiv xəbər axınının təməl səbəbi başqadır – gələn ildən virusun özü yox olmasa da, ona münasibət, koronavirus təqdimatı dəyişəcək, məncə, məhz buna hazırlıq gedir.

Yanvarın 20-də Bayden and içib fəaliyyətə başlayandan cəmi 100 gün ərzində koronavirus söhbəti beynəlxalq KİV-də ancaq pozitiv xəbərlərdə öz əksini tapacaq. Virus itməsə də, ona münasibət dəyişəcək. Kütləvi psixoz vəziyyətini kütləvi sevinc gözləntisi əvəz edəcək. Vaksinasiya ilə bağlı pozitiv xəbərlər o qədər artacaq ki, virusa münasibət dəyişəcək.

Ehtimalıma görə, gələn ilin mart-aprel aylarında birdən elan edəcəklər ki, məsələ bitdi (bitir), dünya virusa qalib gəldi (gəlir), virus o qədər də təhlükəli deyilmiş, vaksinləmə sürü immuniteti yaradıb, zillətdən aydınlığa çıxmağa başlayırıq.

Mart-aprel aylarına dünyada pandemiyanın bir ili də tamam olacaq, milyardlarla insanın “onlayn pasportu”, davranış qaydaları, dünya əhalisinin böyük əksəriyyətinə aid “big data”nın toplanması da bitəcək (dəqiq analiz üçün bir illik davranış qaydaları vacib zaman kəsimidir) və bundan sonra həmin o “big data” 21-ci əsrin “neftinə” çevriləcək. Bir il insanların onlayn həyatını, sifarişlərini, marşrutlarını, zövqlərini, xərcləmədə prioritetlərini öyrənən insanlığın davranışını da dizayn edə biləcək. Bu nə yaxşıdır, nə pis, heç faciə də deyil, insan həyatına birbaşa müdaxilə sayılmır – sadəcə süni intellektə qoşulmuş “big data” milyardlarla insanın zövqünü və xərcləmələrini yönləndirə biləcək…

Müəllifin başqa yazıları:

İmic problemi

Bir millət, bir sistem

Nə etməli?

Virus dönəminin dərsləri

Gəlirsiz xərclər

“Bahalı manat” dalanı

Düşünmək üçün…

Sivil toplum, toplumla sivil davranış

Dəyişikliklərə hazırlaşmalı

Qalib kimi yaşamalı

Məcbur və məhkumuq

İanədə mədəniyyət

İlin sonu: yazıçılar nə düşünür?

  • 28 Dekabr 2020

Vaksinə şəkk edənlər qolunu çırmamağa hazırdır

  • 28 Dekabr 2020

Son materiallar

comments
ManşetTribuna

“Dedilər təyyarə bileti hazırdır, çıx get”

comments
Dünyanın səsiManşetŞərh

Consonu kim əvəz edə bilər? – “Əl-Cəzirə”

comments
Dünyanın səsiManşetXəbər

“Reuters”: Rusiya istefanı toy-bayram edir

comments
Dünyanın səsiManşetXəbər

Finlandiya parlamenti Rusiya sərhədində baryerlər qurmağa səs verdi

Rəylər

Do not miss

comments
ManşetTribuna

“Dedilər təyyarə bileti hazırdır, çıx get”

Son materiallar

comments
ManşetTribuna

“Dedilər təyyarə bileti hazırdır, çıx get”

comments
Dünyanın səsiManşetŞərh

Consonu kim əvəz edə bilər? – “Əl-Cəzirə”

comments
Dünyanın səsiManşetXəbər

“Reuters”: Rusiya istefanı toy-bayram edir

comments
Dünyanın səsiManşetXəbər

Finlandiya parlamenti Rusiya sərhədində baryerlər qurmağa səs verdi

comments
Dünyanın səsiManşetXəbər

Ermənistan hərbi xidmətə çağırış qaydasını yeniləyir

comments
ManşetXəbər

Tofiq Yaqubludan piket təşəbbüsü, rəsmi müraciət

comments
ManşetXəbər

Avropa Məhkəməsindən Rafiq Tağı qərarı

comments
Dünyanın səsiManşetXəbər

Boris Conson istefaya razılaşdı

comments
Dünyanın səsiManşetXəbər

Aclıq hesabatı: 2,3 milyard nəfər qıtlıq çəkir

comments
ManşetŞərh

Bahalığın çarəsi

comments
ManşetXəbər

Azərbaycan nefti 7 gündə 8 dollardan çox ucuzlaşıb

comments
ManşetXəbər

Mühakimə təxirə düşüb

comments
ManşetXəbər

Sükutun 4 il 4 ayı

comments
Dünyanın səsiManşetXəbər

Baş nazirin başı gedir?

comments
AktualDünyanın səsiManşetXəbər

Ermənistan bazarı bir ildə nə qədər bahalaşıb?

comments
Dünyanın səsiManşetXəbər

Rusiyanın saxta xəbərlərinə görə yeni qanun təklif olunur

comments
Dünyanın səsiManşetXəbər

Uyğur qətliamının ildönümü qeyd olunub

comments
AktualManşetXəbər

Arif Hacılıdan çağırış

comments
Dünyanın səsiManşetXəbər

ABŞ səfiri Çini Rusiyanın yalanlarını təkrarlamaqda ittiham edib

comments
ManşetXəbər

Hərbi toplanış bilgisi

comments
Dünyanın səsiManşetXəbər

Yoluxma dalğası, aktiv xəstələr

comments
ManşetXəbər

Yarım illik icra, yenilənən plan

comments
ManşetXəbər

Sıfırlı siftə

comments
Dünyanın səsiXəbər

“Avroviziya 2023”ə 20 razılıq var

comments
Dünyanın səsiManşetTribuna

Ukraynanın bərpasını indidən planlaşdırın – “Bloomberg”

comments
Dünyanın səsiManşetXəbər

Ukraynanın işğal və döyüş bölgələri

comments
AktualManşetXəbər

Hakimin səlahiyyət müddəti

comments
AktualManşetXəbər

Bağlı qapı mənzərəsi

comments
AktualManşetXəbər

Ləng metro

comments
ManşetXəbər

İşsizlikdən sığorta fondunun xərc istiqamətləri

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda