• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Reytinq alqoritmi

  • 09 Mart 2021
0
SHARES
FacebookTwitterPinterest

Natiq Cəfərli
Respublikaçı Alternativ Partiyası

Siyasi təşkilat, siyasətçi üçün reytinq önəmli məsələdir: cəmiyyətdə tanınmaq, qəbul olunmaq, yadda qalmaq… Amma Azərbaycan reallığında, ideoloji toplumun olmadığı məmləkətdə reytinqlə bağlı bir neçə yanlışlıq və səhv təsəvvür var.

Hamının xoşuna gəlməyə çalışan siyasətçi görsəniz, ondan uzaq durun, boş, mənasız, populist insandır, eləsindən nə cəmiyyətə, nə dövlətə xeyir gələr. Belələri səmimi olmurlar, siyasi və ictimai gündəmə görə davranırlar, əsl simalarını gizlətməyə çalışırlar.

Gündəmin dalınca qaçmaq daha asandır. Siyasətçinin işi isə həm də gündəm yaratmaqdır, mövzular açmaqdır, bəzən çətin mövzulara toxunmaqdır. Məmləkətdə belə yanaşma populyar deyil – əksəriyyət gündəmin dalınca sürünür. Hakimiyyətin əlində olan imkanları nəzərə alsaq, çox zaman gündəmi onlar diktə edir, digərləri də həmin diktə olunan gündəmə uyğun populizmlə məşğul olurlar. Əsas hədəf hakimiyyəti öz gündəminə çəkmək, öz mövzularına reaksiya verməyə məcbur etməkdir. Bu, daha çətin yoldur, ağırdır, populyar deyil, amma lazımdır, vacibdir.

Cəmiyyətin siyasi “yaddaşı” qısadır, ona görə də topluma bəzi adamları təkrar-təkrar “sırıyırlar”, müvəqqəti olsa da, həmin populistlər qısa zaman kəsimində müxtəlif üsullarla reklam edilərək önə çıxarıla bilirlər. Amma elələri tez yanıb, tez də sönürlər.

Bəzi partiyaların sədr və nümayəndələri elə bilirlər ki, daim reytinqi yuxarıda saxlamaq üçün çalışmaq lazımdır, bunun üçün elmi, hesablanmış alternativləri göstərmədən sadəcə səs-küylə üzdə qalmağa, reytinq toplamağa çalışırlar. Məsələn, biri çıxıb deyir ki, ölkədə uşaq pulu (ağrılı və həll olunmalı məsələdir) 300 manat, minimum maaş 400 manat, minimum pensiya 500 manat olmalıdır (rəqəmlər şərtidir), cəmiyyətin bir kəsmi də ekstaza düşür, alqışlayır. Amma kimsə elə deyənlərin yaxasından yapışmır ki, bəs bunu necə etmək olar? Ölkədə 18 yaşına qədər 2,7 milyon nəfər yaşayır, bunlara 300 manat verəndə nə qədər vəsait lazımdır (ilə 10 milyard manata yaxın edir), bunun mənbəyi nədir? 1,3 milyon pensiyaçının 900 minə yaxını minimum, ya da ona yaxın pensiya alır, onların pensiyasını 500 manat etsək, buna nə qədər vəsait lazımdır, bu vəsaitin mənbəyi haradan olmalıdır? Bu sualların cavabı, təbii ki, yoxdur.

Və ya bəziləri deyir ki, məmurları “şaqqalamaq” lazımdır, əllərindən hər şeyi almaq lazımdır, amma bir nəfər də çıxıb bu bolşevizmin ölkəni hara sürükləyəcəyindən danışmır. Biz bunun hüquqi, iqtisadi, mənəvi, sosial yollarını təklif edib “bolşevizmdən” uzaqlaşmağın vacibliyini deyəndə hücum olur ki, bəs filankəs deyir hamını “yolaq”, siz niyə bunu dəstəkləmirsiz?! Dostlar, bu gün hüquqi əsas yaratmadan, sistem dəyişikliyi olmadan “yolanları”, sabah eyni qayda ilə başqaları “yolacaq” – bu isə ölkəni xaosa, vətəndaş müharibəsinə aparacaq yoldur.

Tezisləri uzada da bilərəm, amma düşünürəm ki, məğzini izah edə bildim. Reytinq siyasətçinin “kapitalıdır”, onu nə zaman yığmağı, nə zaman “xərcləməyi” dəqiq bilməlisən. “Xərcləməyə” yerin yoxdursa, mənasız yığdığın “kapital” siyasi “devalvasiyaya” uğrayır, mənasız yerə toplanan “reytinq” cəmiyyətdə xəyal qırıqlığına səbəb olur. Siyasətçi reytinqi (kapitalı) o zaman yığır ki, qarşıda böyük proseslər, siyasi hadisələr, seçki, referendum və bu kimi hadisələr olsun, qısa zaman ərzində yığırsan, sonra da “xərcləyirsən”, siyasi dəyişikliyə nail olursan – reytinqin alqoritmi budur.

Cəmiyyətdə beş-üç çıxış, video, populizmlə reytinq qazananları çox gördük, onlar gəldi-gedərdir, əsas məsələ dəyərlərinə, prinsiplərinə sadiq qalaraq doğru bildiyin yolu düzgün getməkdir. Bu yolda söyüləcəksən də, təhqir olunacaqsan da, amma sonda mütləq qalıb gələcəksən, gec-tez hamı hər şeyi aydın görüb dərk edəcək. Sadəcə, hakimiyyət də hansısa siyasi təşkilatın reytinq toplamasını istəmir, buna görə də tez-tez müxalif dairədəki öz adamları vasitəsilə “əməliyyatlar” keçirir, müxalifəti içdən vurur, kimi zəif və perspektivsiz görürsə, elə gecə-gündüz onları birbaşa vurmaqla reytinq atına mindirirlər – bilirlər, o ata minənlər nə yol gedə, nə də nəyəsə nail ola biləcəklər, deməli, onlara yüklənməklə reytinq qazandırmağın bir təhlükəsi yoxdur.

İndiki şəraitdə gələcək vacib siyasi hadisələrə, əsasən də seçkilərə hazırlaşmaq, bunun üçün təşkilati işləri gücləndirmək lazımdır. Reytinq isə alqoritmə uyğun toplanıb, sonra isə ağılla xərclənərək proses yaratmalıdır…

Müəllifin başqa yazıları:

İmic problemi

Bir millət, bir sistem

Nə etməli?

Virus dönəminin dərsləri

Gəlirsiz xərclər

“Bahalı manat” dalanı

Düşünmək üçün…

Sivil toplum, toplumla sivil davranış

Dəyişikliklərə hazırlaşmalı

Qalib kimi yaşamalı

Məcbur və məhkumuq

İanədə mədəniyyət

Koronavirus dalğasında…

Təhlükələrdən sığorta

İctimai nəzarət formulu

Gec olmasın…

Təhlükə zolağı

Ağıllı idarəçilik

Şişmiş problem

Kredit girdabı

Qaçılmaz yenilik

Nazir kimyəvi hücum təhlükəsi barədə xəbərdarlıq e...

  • 09 Mart 2021

Putinlə oynayan keçmiş nazir “Rosneft”də işə götür...

  • 09 Mart 2021

Son materiallar

comments
ManşetTribuna

“Dedilər təyyarə bileti hazırdır, çıx get”

comments
Dünyanın səsiManşetŞərh

Consonu kim əvəz edə bilər? – “Əl-Cəzirə”

comments
Dünyanın səsiManşetXəbər

“Reuters”: Rusiya istefanı toy-bayram edir

comments
Dünyanın səsiManşetXəbər

Finlandiya parlamenti Rusiya sərhədində baryerlər qurmağa səs verdi

Rəylər

Do not miss

comments
ManşetTribuna

“Dedilər təyyarə bileti hazırdır, çıx get”

Son materiallar

comments
ManşetTribuna

“Dedilər təyyarə bileti hazırdır, çıx get”

comments
Dünyanın səsiManşetŞərh

Consonu kim əvəz edə bilər? – “Əl-Cəzirə”

comments
Dünyanın səsiManşetXəbər

“Reuters”: Rusiya istefanı toy-bayram edir

comments
Dünyanın səsiManşetXəbər

Finlandiya parlamenti Rusiya sərhədində baryerlər qurmağa səs verdi

comments
Dünyanın səsiManşetXəbər

Ermənistan hərbi xidmətə çağırış qaydasını yeniləyir

comments
ManşetXəbər

Tofiq Yaqubludan piket təşəbbüsü, rəsmi müraciət

comments
ManşetXəbər

Avropa Məhkəməsindən Rafiq Tağı qərarı

comments
Dünyanın səsiManşetXəbər

Boris Conson istefaya razılaşdı

comments
Dünyanın səsiManşetXəbər

Aclıq hesabatı: 2,3 milyard nəfər qıtlıq çəkir

comments
ManşetŞərh

Bahalığın çarəsi

comments
ManşetXəbər

Azərbaycan nefti 7 gündə 8 dollardan çox ucuzlaşıb

comments
ManşetXəbər

Mühakimə təxirə düşüb

comments
ManşetXəbər

Sükutun 4 il 4 ayı

comments
Dünyanın səsiManşetXəbər

Baş nazirin başı gedir?

comments
AktualDünyanın səsiManşetXəbər

Ermənistan bazarı bir ildə nə qədər bahalaşıb?

comments
Dünyanın səsiManşetXəbər

Rusiyanın saxta xəbərlərinə görə yeni qanun təklif olunur

comments
Dünyanın səsiManşetXəbər

Uyğur qətliamının ildönümü qeyd olunub

comments
AktualManşetXəbər

Arif Hacılıdan çağırış

comments
Dünyanın səsiManşetXəbər

ABŞ səfiri Çini Rusiyanın yalanlarını təkrarlamaqda ittiham edib

comments
ManşetXəbər

Hərbi toplanış bilgisi

comments
Dünyanın səsiManşetXəbər

Yoluxma dalğası, aktiv xəstələr

comments
ManşetXəbər

Yarım illik icra, yenilənən plan

comments
ManşetXəbər

Sıfırlı siftə

comments
Dünyanın səsiManşetTribuna

Ukraynanın bərpasını indidən planlaşdırın – “Bloomberg”

comments
Dünyanın səsiManşetXəbər

Ukraynanın işğal və döyüş bölgələri

comments
AktualManşetXəbər

Hakimin səlahiyyət müddəti

comments
AktualManşetXəbər

Bağlı qapı mənzərəsi

comments
AktualManşetXəbər

Ləng metro

comments
ManşetXəbər

İşsizlikdən sığorta fondunun xərc istiqamətləri

comments
ManşetXəbər

Koronavirus statistikası

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda