• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qaçılmaz dünyəvilik

  • 24 May 2021
  • comments
  • hikmet
  • Posted in AktualManşetTribunaYazarlar

Natiq Cəfərli
Respublikaçı Alternativ Partiyası

Bir neçə gün öncə “Facebook”da dövlətin dininin olmadığını, din, inanc, iman məsələsinin fərdi, insana xas olduğunu yazmışdım. Qeyd etmişdim ki, Azərbaycan dövlət olaraq dünyəvidir, sekulyardır, müsəlmanların da, digər səmavi dinlərə inanan insanların da, hətta deist və ateistlərin də yaşadığı ölkədir.

Bəzi inanclı insanlara “Azərbaycan müsəlmanların da yaşadığı ölkədir” cümləsi toxunmuşdu, iradlara səbəb olmuşdu. Əgər bu cümlə inanclı qardaş və bacılarımın hissiyyatına toxunubsa, üzr istəyirəm, amma niyyətim dövlətin və dinin ayrı olmasının önəmini vurğulamaq idi.

Mən ateist deyiləm, heç vaxt da olmamışam, amma insan həyatının bütün sahələrini sorğulamağı sevən biri kimi həmişə suallarım olub, var, olacaq da. Çalışmışam ki, Allahın bizə lütf etdiyi ən böyük dəyərlə – şüurla davranım. Həmişə düşünmüşəm ki, Yaradana sevgi insanın içindəki ədalət hissidir, vicdandır, ağıldır, əsas islam dininin fəlsəfəsidir.

Həmin statusun şərhlərində bəzi təhqirlərlə rastlaşdım, buna toxunmuram, amma təhlükəli fikirlər də vardı. Bəziləri Azərbaycanın mütləq şəriət qaydaları ilə idarə olunmasının vacibliyini qeyd etdilər, ölkənin, dövlətin məhz islam qaydaları ilə yaşamasının qaçılmaz olduğunu yazdılar.

Həmin inanclı qardaş və bacılarıma sözüm odur ki, əslində dünyəvilik, sekulyarizm hər bir fərdin inancını özgür yaşaması üçün yeganə çıxış yoludur. Əslində məhz sekulyarizm inanc özgürlüyünün qarantı və təminatçısıdır.

Dövlət institutdur – onun dini olmur, dəyərləri, prinsipləri, qanunları, ədaləti olur (olmalıdır).

Din fərdidir, inanc fərdidir, iman fərdidir – insana xasdır, insan övladı ilə Allah arasında olan münasibətləri tənzimləyən qaydalar toplusudur. Və hər kəs o biri dünyada məhz FƏRDİ şəkildə ÖZ əməllərinə görə cavabdehlik daşıyacaq. Ölümdən sonra heç kəsin pasportuna, ölkəsinin adına, quruluşuna, konstitusiyasına baxmayacaqlar, məhz FƏRDİ əməllərinə qiymət veriləcək – deməli, o biri dünyada cənnəti qazanmaq fərdin öz fəaliyyətinə, davranışına, əməllərinə görədir. Məhz buna görə də dövlətin dini olmamalı, o, istənilən şəxsə öz inancı ilə rahat yaşamaq üçün şərait yaratmağa məsuliyyət daşımalıdır.

Bizim hamımız istənilən fəlsəfi dəyərə, terminə bu gün yaşadığımız ədalətsiz sistemin pəncərəsindən baxaraq qiymət veririk – səhv olan da məhz budur. Bu günün Azərbaycanında ədalətsizlik var, insan azadlıqlarının məhdudlaşdırılması var, amma bu problemləri birgə həll etməliyik. Əgər inanclı insanlar işin fəlsəfəsinə hakim olmadan israrla şəriət istəyəcəklərsə, bu, gələcəkdə məmləkət üçün faciələrə səbəb olacaq. Biz elə bir cəmiyyət, elə bir cümhuriyyət qurmalıyıq ki, hər kəs inancını azad yaşaya bilsin, hər bir fərdin azadlığı, digər fərdin azadlığı başlayan yerdə bitsin. Çətindir, bilirəm, amma başqa yol yoxdur.

Sekulyarizm ateizm deyil, dünyəvilik Allahsızlıq deyil, sadəcə hər bir fərdə bərabər şərait yaratmağa borclu olan idarəetmə formasıdır.

Müəllifin başqa yazıları:

İmic problemi

Bir millət, bir sistem

Nə etməli?

Virus dönəminin dərsləri

Gəlirsiz xərclər

“Bahalı manat” dalanı

Düşünmək üçün…

Sivil toplum, toplumla sivil davranış

Dəyişikliklərə hazırlaşmalı

Qalib kimi yaşamalı

Məcbur və məhkumuq

İanədə mədəniyyət

Koronavirus dalğasında…

Təhlükələrdən sığorta

İctimai nəzarət formulu

Gec olmasın…

Təhlükə zolağı

Ağıllı idarəçilik

Şişmiş problem

Kredit girdabı

Qaçılmaz yenilik

Reytinq alqoritmi

Kiçik uğurdan böyük uğura

Qiymət artımının sirr olmayan sirri

Sosial siyasət və ideologiya

Daha soyuqqanlı…

Təhlükə var

Təbliğatı vuran rəqəmlər

Ağıllı sistem zərurəti

Ziyanın yarısından…

Gürcüstan yolumuz

Hökumətə suallar

Ziyan hesablanır

  • 24 May 2021
  • comments

“The Economist” jurnalının COVİD-lə bağlı sensasio...

  • 24 May 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Din
  • Hüquq
  • Siyasət
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda