• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ağıllı sistem zərurəti

  • 03 May 2021
  • comments
  • hikmet
  • Posted in ManşetTribunaYazarlar

Natiq Cəfərli

Azərbaycan hökuməti 2015-ci il böhranından, devalvasiyalardan, neftin qiymətinin kəskin enməsindən sonra ayılıb aqrar sahəni prioritet elan etdi. Amma hər sahədə olduğu kimi aqrar sahəyə də elmi yanaşma olmadı. Pambıq sevdası qabardı, əmrlə pambıq əkildi – suvarma problemi yaşandı, digər sahələrə su çatmadı, heyvandarlığın örüş yerləri tutuldu, yem bazası daraldı, yem bahalaşdı, nəticədə ət də bahalaşdı.

Sonra şərabçılıq sevdası yarandı, elə bildilər şərab bazarı asan bazardır, üzüm əkdin, sıxdın, şüşəyə doldurdun – vəssalam, hamı alacaq. Son 3 ildə şərab ixracı hər il azalır, idxalı isə artır, çünki şərabdan öncə onun hekayəsini yaratmalısan, o hekayəni “satmalısan”, yeni bazarlara çıxış əldə etmək haqqında düşünməlisən, sertifikatlaşma məsələsini həll etməlisən, məhsulun keyfiyyətli, həm də ucuz olmalıdır.

Sonra fındıqçılıq sevgisi baş qaldırdı, amma yenə də sertifikat, keyfiyyət və qablaşdırma öncədən həll edilmədiyindən bazarlara çıxmaq çətinləşdi, ildən-ilə fındıq istehsalı və ixracı azalmağa başladı.

Pomidor-xiyar, xurma ənənəvi sevdamız idi, bu sahədə də yeni bazarlara çıxış strategiyası olmadığı, tək bir Rusiya bazarından asılılıq yarandığı üçün “şimal ayısı” istəyəndə sərhədi bağladı, təzyiqlər etdi, istəyəndə açdı, bu sahədə də dayanıqlı inkişaf strategiyası yaranmadı.

…İnsan övladı təxminən 10-12 min il əvvəl Mesopotamiyada ilk dəfə əkin-biçinlə məşğul olmağa başladı, suvarmanı, əkməyi, primitiv seleksiyanı öyrəndi, insanlıq tarixi dəyişdi, oturaq həyat yarandı. Azərbaycan hökumətinin aqrar siyasəti fəlsəfi olaraq hələ də qədim Mesopotamiya səviyyəsində qalıb: əl əməyindən geniş istifadə, məhsuldarlıqla bağlı problemlər, suvarmaya primitiv yanaşma, seleksiya işinin zəifliyi, kənd təsərrüfatında elmin özünə yer tapmaması – bütün bunlar aqrar sektorun zəif nöqtələridir.

Hökumət anlamır ki, indiki yanaşma ilə aqrar sektor valyuta gətirən deyil, dollar aparan sahədir. Məsələn, bu ilin ilk rübündə 500 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edilib: bura qızıl, qara və əlvan metallar da daxildir. Amma bir rəqəmə diqqət edək: fəxr etdiyimiz meyvə-tərəvəz ixracı 3 ayda cəmi 97 milyon dollar olub, meyvə-tərəvəz idxalımız isə 73 milyon dollar göstərilib – cəmi 24 milyon dollarlıq müsbət saldomuz var.

Çay ixracı ilə öyünürük, bu ilin ilk 3 ayında 2 milyon dollarlıq çay satmışıq, 12,7 milyon dollarlıq idxal etmişik, bu sahədə 10,7 milyon dollarlıq mənfi saldomuz var.

Alkoqollu və alkoqolsuz içkilərdə 3 aylıq ixracımız 3,4 milyon dollar olub, idxalımız isə 13,3 milyon dollar – mənfi saldomuz 10 milyon dollara yaxındır.

Bitki və heyvan mənşəli piylər və yağların ixracı bu ilin ilk 3 ayında 8,4 milyon dollar olub, idxalı isə 63 milyon dollar – mənfi saldo 54,6 milyon dollar təşkil edib.

Bunlar hələ məsələnin görünən tərəfidir. Güclü aqrar sektor yaratmaq üçün ölkə olaraq bizim güclü elmi bazamız olmalıdır. Bu gün toxumlar, gübrələrin böyük bir qismi, dərmanlar, damazlıq heyvan, quş, yumurta, qablaşdırmada istifadə edilən materiallar, suvarma sistemləri, avadanlıqlar, texnika və onların ehtiyat hissələri – bütün bunlar xaricdən alınır. Əminliklə demək olar ki, xaricə satdığımız aqrar sektor məhsullarından əldə edilən valyutanın azı 3-4 qatını xaricə çıxartmaqla elə həmin aqrar sektora lazım olanları alırıq. Belə aqrar sektor inkişafı olmur. Elmi laboratoriyalar, toxumçuluq, seleksiya, avadanlıq, gübrə və dərman istehsalı olmadan aqrar sektor inkişaf edə bilməz. Əl əməyindən mümkün qədər imtina, aqrar sektorun rəqəmsallaşması baş verməsə, rentabellik və məhsuldarlıq olmayacaq. Əkin sahələrimizin, su ehtiyatlarımızın az olması elmi aqrar-sənaye kompleksinin yaranmasını diktə edir.

Böyük hərbi qələbədən və torpaqlarımızın düşməndən azad edilməsindən sonra aqrar sektorun yeni perspektivləri açılır, amma hökumət burada da “Potyomkin kəndləri” haqqında danışır – 30 ildə, məsələn, Kürdəmirdə “ağıllı kənd” qura bilməyən sistem, bunu, məsələn, Qubadlıda bacararmı?! Məncə, cavab aydındır, bu idarəetmə və düşüncə ilə mümkünsüz görünür. Deməli, “ağıllı kənd”dən öncə ilk növbədə ağıllı sistem qurmaq lazımdır.

Müəllifin başqa yazıları:

İmic problemi

Bir millət, bir sistem

Nə etməli?

Virus dönəminin dərsləri

Gəlirsiz xərclər

“Bahalı manat” dalanı

Düşünmək üçün…

Sivil toplum, toplumla sivil davranış

Dəyişikliklərə hazırlaşmalı

Qalib kimi yaşamalı

Məcbur və məhkumuq

İanədə mədəniyyət

Koronavirus dalğasında…

Təhlükələrdən sığorta

İctimai nəzarət formulu

Gec olmasın…

Təhlükə zolağı

Ağıllı idarəçilik

Şişmiş problem

Kredit girdabı

Qaçılmaz yenilik

Reytinq alqoritmi

Kiçik uğurdan böyük uğura

Qiymət artımının sirr olmayan sirri

Sosial siyasət və ideologiya

Daha soyuqqanlı…

Təhlükə var

Təbliğatı vuran rəqəmlər

 

Qarabağ Komitəsindən etiraz və təklif

  • 03 May 2021
  • comments

Avrasiya İqtisadi İttifaqı bizə lazımdırmı?

  • 03 May 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Bölgə
  • Cəmiyyət
  • Hüquq
  • Sosial
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda