Natiq Cəfərli
Azərbaycanda qiymət artımının ən böyük baiskarlarından biri Dövlət Gömrük Komitəsidir. Bir çox iş adamından aldığım məlumata görə, 2021-ci ilin yanvar ayından komitə rəsmi qaimələri tanımır, özündən yeni sxem icad edib. Sadə dildə izah etməyə çalışım: məsələn, filankəs mal gətirir, Almaniyadan alıb, rəsmi qaimədə malın ədədinin (ya kiloqramının) qiyməti 6 avrodur (yuvarlaq götürsək, 12 manat). Gömrükçü deyir mən bu qaiməyə inanmıram, həm də sənin gətirdiyin mal bazarda 18 manata satılır, ona görə də malın dəyərini 18 manatdan hesablayacam.
Mal gətirən deyir bazarda 18 manatdırsa, sən 18 manat qiymət qoyub daha çox rüsum alacaqsansa, mən qiyməti artırmalı olacam axı. Gömrükçü cavab verir ki, bunun mənə dəxli yoxdur, uzaqbaşı 1 manat güzəşt edib 17 manata rəsmiləşdirə bilərəm.
Mal gətirən məcbur qalıb razı olur, malın maya dəyəri şişir, bazara əvvəl eyni malı topdan 16 manata verirdi, mal 18 manata satılırdı, indi bütün xərclər, o cümlədən gömrüyün yeni qaimə qiyməti malın üzərinə gələndə mayası 16 manat olur, mal gətirən məcbur olub malını topdan 18 manata satır, o zaman malın pərakəndə qiyməti 20 manata qalxır.
Məsələnin ardı da var. Gələn ay filankəs eyni malı yenə sifariş edib gətirir, adamın işi budur, gəlir gömrüyə, ona deyirlər ki, qaiməni boş ver, baxdıq bazara, satış qiyməti 18 deyil, 20 manatdır, deməli, 19 manatdan rəsmiləşdirəcəyik.
Bax beləcə qiymət artımına təkan verilir…
Müəllifin başqa yazıları: