Kimisə gətiriblər
- 08 Aprel 2021
- comments
- hikmet
- Posted in Dünyanın səsiXəbər
Ədliyyə Nazirliyi bildirir ki, xaricdə müxtəlif şəxslər üçün qanunsuz siyasi sığınacaq əldə etmək məqsədilə ölkələrin dövlət qurumlarını aldatmaqla rəsmi sənədləri saxtalaşdıran Azərbaycan vətəndaşının Almaniyadan ekstradisiyası təmin edilib və o, aprelin 6-da ölkəyə gətirilib.
Detallar açıqlanmır.
Rəsmi məlumata görə, 2020-ci ildə beynəlxalq axtarışda olan, adam oğurluğu, dələduzluq və rəsmi sənədlərin saxtalaşdırılması əməllərində təqsirləndirilən şəxslərin Almaniya, Bosniya və Herseqovina, Türkiyə, Əlcəzair və başqa dövlətlərdən ölkəyə ekstradisiyasına nail olunub.
Son 5 ildə 200-dən çox şəxsin Azərbaycana ekstradisiya olunduğu vurğulanır.