• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Müharibədən sonra…

  • 29 Yanvar 2021
  • comments
  • Novator.az
  • Posted in AktualManşetTribunaYazarlar

Vahid Qazi

Sovetin təzəcə çökən vaxtları idi. Turist firması Ladoqa gölündə yerləşən Valaam adasına iki günlük gəmi səfəri təşkil edirdi. Sankt-Peterburqa gəlmişkən oranı da görək deyib dostlarla səyahətə çıxmışdıq.

O vaxt Valaam pravoslav monastırı fəaliyyətini bərpa etməyə başlamışdı. Əvvəl əlillər eviymiş. Sonralar oxudum ki, bu gözəl ada və yaraşıqlı qədim dini abidəni kommunistlər dəhşətli bir evə çeviribmiş. Niyə? Necə?

1941-1945 müharibəsindən sonra sovet xalqı qələbənin eyforiyasını yüz minlərlə əlilylə birgə yaşayırdı. Kinolarda görmüş olarsınız əlini, ayağını, gözünü itirmiş müharibə veteranlarını – qoltuq ağacı ilə şəhər meydanlarını dolaşan, döyüş şücaətlərindən şövqlə danışan, qarmon çalan, içib keflənən, yoldan keçənlərlə zarafatlaşan gülərüz qəhrəmanları.

Əslində reallıq başqa idi. Qalib ölkə onu canı bahasına xilas edən müharibə əlillərinə yiyə dura, onların qayğılarını qarşılaya bilmirdi. ”Heç nəyə yaramayan” yüz minlərlə qolsuz, ayaqsız əlil talenin ümidinə buraxılmışdı, səfalət içində sürünür, küçələrdə dilənçilik edirdi.

1940-cı illərin sonunda Stalin rejimi problemi özünə xas metodla həll etməyə girişdi – sovet xalqının gözünü “mazol” eləmiş, sinəsində medallar cingildəyən “dilənçiləri” küçələrdən yığışdırmaq qərarına gəldi.

Yevgeni Kuznetsov “Valaam dəftəri” kitabında bu haqda belə yazır: “…Bunun qeyri-formal, həqiqi səbəbi yüz minlərlə əlsiz, ayaqsız, dilənçi təəssüratı yaradan əlilin vağzallarda, qatarlarda, küçələrdə, harada gəldi orada müzəffər sovet xalqının gözünü yağır eləməsi idi. Sinəsi ordenlə dolu biri çörək dükanın qarşısında dilənir. Yaramaz belə! Nə olur-olsun bunlardan can qurtarmaq gərəkdir! Amma necə etməli, hara yığmalı?

Adalara, köhnə monastırlara! Gözdən-könüldən uzağa. Bir neçə ay ərzində qalib ölkə küçələri “ayıb”dan təmizlədi! Beləcə Kirillo-Belozer, Qoritsk, Aleksandro-Svirsk, Valaam və başqa adalarda əlil evləri yarandı…”

Bir dəfə yazmışdım ki, demokratik toplumlarda olduğu kimi despotik cəmiyyətlərdə də vətəndaşlar bərabərdir. Amma birincidə onlar hər şeydir, ikincidə heç nə.

Bilmirəm postmüharibə sindromu bizdə araşdırılıbmı?! Açığı, rastıma çıxmayıb.

Tibb elmində adına posttravmatik stress pozuntusu deyilən bu sindromu ağır müharibələrdən keçmiş bütün toplumlar yaşayıb. Bunun həmin toplumların demokratik, yaxud despotik olmasına dəxli yoxdur. İstər Vyetnam müharibəsində məğlub olmuş ABŞ kimi azadlıqlara açıq, istərsə də 1941-1945 müharibəsini udmuş SSRİ kimi totalitar ölkə.

Məsələ bundadır ki, bu sindromu tək məğlub tərəf ağrılı keçirmir, elə qaliblər də yaşayır. Söhbət birinin eyforiya, o birinin depressiya halından getmir. Keyi açılan yaranın ağrısı başlayan kimi, müharibə havası çəkildikcə toplumda onun ağır fəsadları yavaş-yavaş boy verir.

Müharibədən çıxmış insanın (toplumun) psixoloji durumundan bəhs edən çox kitab yazılıb, film çəkilib, incəsənət nümunəsi yaradılıb. Məsələn, bu yazı üçün seçdiyim amerikan rəssam və yazar Tomas Linin ”İki min yardlıqdan baxış” rəsmi kimi.

Yaxud çoxunuzun gördüyü ”Rembo: ilk qan” filmi kimi. Stallonenin ən çox bəyəndiyim filmidir.

ABŞ-da Vyetnam müharibəsinin faciələri, travması uzun illər keçməsinə baxmayaraq indi də müzakirə mövzusuna çevrilir. Azadlıqlara qapalı ölkələrdən fərqli olaraq azad və güclü dövlət ən ağrılı problemlərin belə açıq müzakirəsindən qaçmır, həll yollarını cəmiyyətlə birgə tapmağa çalışır.

Özümüzdən danışaq.

Son vaxtlar şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının üzləşdiyi problemlərlə bağlı yazılar ölkə gündəmində daha çox yer almağa başlayıb. Əsgər intiharı, şəhid qəbirləri, əsgər maaşlarının ikiqat azaldılması və bu sayaq xəbərlər fonunda müharibədən qayıtmışların psixoloji durumu, toplumun nəbzi daha aydın duyulur, görünür. Bunlar həmin sindromun ilkin əlamətləridir.

44 günlük qalibiyyət müharibəsindən sonra bizim də təkrar belə bir sindrom yaşayacağımız gözlənilən idi. Əvvəlki Qarabağ müharibəsində bu sindromun o qədər də qabarıq üzə çıxmamasının səbəbləri vardı – 20 yanvar şoku, Xocalı qırğınının travması, siyasi təlatümlər sözügedən sindromu kölgədə qoyurdu. İndi də güman etmək olardı ki, sindromu koronavirus pandemiyası və onun daha da qəlizləşdirdiyi işsizlik, yoxsulluq arxa plana keçirər. Amma görünür, belə deyil. Problem üzdədir və getdikcə özünü göstərir.

TV-lərdə gördüyüm odur ki, bizdə şəhid ailələrinə, Qarabağ qazilərinə, müharibə veteranlarına qayğı var: ”YAŞAT” Fondunun yaradılması, evlərin, maşınların verilməsi, əzalarını itirənlərin protezlə təmini, psixoloji yardım üçün Türkiyədən psixoloqların dəvət olunması və başqa işlər. Bunlar problemin həllinə yetərlidirmi? Baxaq görək.

Dövlətimiz varlıdır, bu, postmüharibə sindromunu nisbətən yüngül keçirməyimizə imkan verir – sosial, məişət problemlərini həll etmək baxımdan deyirəm. Amma fikrimcə, bu sindromun ən ağrılı halını bizə Qarabağda rus qoşunlarının, erməni separatçılarının mövcudluğu yaşadacaq.

Əgər Azərbaycan xalqının postmüharibə sindromunu, ələlxüsus da onun depressiv halını yaşamasını istəmiriksə, dirəniş göstərib Rusiya qoşunlarını torpaqlarımızdan çıxarmalıyıq.

Əks halda toplum bu sualla üz-üzə qalacaq: minlərlə qurban Qarabağın yarısı rusa-erməniyə qalsınmı deyə verildi?

Hələ çapovulçu, rüşvətxor, güllə səsi eşitməyən, fərari, mənəvi aşınmış məmur ordusu ilə üz-üzə qalan şəhid ailələrinin, qazilərin yaşadıqları haldan danışmıram…


Müəllifin başqa yazıları:

“İslamda tolerantlıq varmı?” sualı İsveçdə

Ədəbiyyatı dünya hadisəsinə çevirən xalqın kitabı

Şərm-həyanın qiyməti

Yolda o(qa)lan yolçuluqlar

Zəmanələr və talelər toplusu

“İztirab — vətəndə qərib olmaqdır”

Darıxan səbir (Hikmət Sabiroğlunun 50 yaşına neçə günsə qalmış)

Salam, Gülsarı!

Dilimizi uçurumdan qoruyan (Tehran Vəliyevin xatirəsinə)

İntim dildə yaza bilmək

Vyanada Şuşa günləri (Fotolu, xatirəli reportaj)

Türkiyə islam inqilabı?

Varşava – azadlıq və sevgi şəhəri

Çəmənzəminlinin ”Studentlər”i haqda

Ağalar Məmmədovun məktubları

Günəş kitablar (İsveç kitabxanasından payız qeydləri)

Etiraz hüququ

Qış günəşi parlaqdır, amma isitmir

Qarabağ – xarici işimiz

“Le Concert”, yaxud azadlıq duyğusunun səsli izahı

Tanrılarla baş-başa

Əmanət amanatı (Cümhuriyyətin 99 yaşına)

Bütün zamanların lideri (Cümhuriyyətin 99 yaşına)

Anamın məktubları

Rusiya sindromu və Yalama döyüşü

Qarabağın açarı

Balacaboy hündür adam

Vətəni pulla almaq

Ozon adam (Elçin Şıxlının 60 yaşına)

Qarabağ adam (İlham İsmayılın 60 yaşına)

Rəsulzadənin çimərlik fotosu

Əndəlüs lövhələri: İspaniyadan sürreal-real reportaj

Etiraz – ləyaqətin bir başqa adı

Yusif üzlü kitablar

Varis Diriye, Opra Uinfri və bizim Bircə

Azadlıq qiymətinə foto

Maldiv – Yer üzünün cənnəti

Təcrübəli təcrübəsizlər

Kontrabas adamlar

Berqman, Tarkovski və Qotland adası

Bir cənub şəhərinin yubilyarına

Çernobıl, xilaskar ata və mən

Hökmdarın hüzurunda olmaq

Tənhalıq dövrünün adamları

Milli kimlik harayı

Hədəfə çatmağın köçəri quş yolu

Bethovenin 250 illiyinə dəvət

Sevgilərimin zirvəsi

Köç

Aqil Abbas haqqı

İsveçdə niyə küçəyə çıxmaq qadağası qoyulmur?

Müsahiblərim, yaxud sözlə portret çəkmək sənəti

Rusiya sindromu

Şuşalı foto

Tüstüdən dumana

Şuşa inauqurasiyası, mən, qarğalar…

Qarabağdan danışmaq yasaqlanır?..

Narıncı yarış maşını

17 yaşlı Anarın 40 yaşına

Bədlikdən çıxış

Ağdam qatarı Bakıdan gedir

Tale oxşarlığı

Ağ Rusiyanın qara taleyi

Yaltaqlıq istedadı

Təməldən bir də qurulmaq

Qarışqa yükü boyda

Ofşorda qalan Qarabağ

Rusun iti, Putinin bülbülü və sair

Qəmli gözlərin süitasi (Hikmət Hacızadəyə)

Qarakəndli Anuşun təbəssümü

Иван, уходи из Карабаха!

Atamın şilləsi, sevgisi və 20 yanvar

Qərar olacaq

  • 29 Yanvar 2021
  • comments

İndiyədək dünyada koronavirusun neçə yeni növü tap...

  • 29 Yanvar 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0
comments
TribunaYazarlar

Dustaqlara nə deyərdim?

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Elm
  • Ədəbiyyat
  • Media
  • Mədəniyyət
  • Nəsr
  • Ordu
  • Səhiyyə
  • Siyasət
  • Tarix
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

Son materiallar

comments
ManşetTribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda