• Ana səhifə
  • Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Ana səhifə
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi

Etiraz hüququ

  • 31 Oktyabr 2016
0
SHARES
FacebookGoogleTwitterPinterest

Vahid Qazi

(Fuad Poladovla Qiyas İbrahimovun etirazına sözardı)

Razılaşmamaq da bir haqdı! Məni razılaşmağa vadar etməyə sənin ixtiyarın yoxdu! Ailədə böyüklüyün, icmada ağsaqqal-avtoritetin, sosial statusun, ictimai çəkin, dövləti vəzifən məni zorən sənlə razılaşdıra bilməz. Uzaqbaşı kompromisə gedərəm. Güc gələrsən, etiraz edərəm!

Başqa toplumlarla işim yoxdu. Yaşadığım İsveçdə neçə ilin müşahidələrindən bu qənaətə gəldim ki, isveçli yuxarıda təxmini cızdığım bu həyat düsturuyla böyüyür, yaşayır. Mənsub olduğu cəmiyyət, dövlət bunu uşaqlıqdan ona aşılayır.

İnkişaf etmiş toplumların gəlişmə səbəblərini arasanız, şübhəniz olmasın, etirazı kültürəl dəyərlərdən biri kimi görəcəksiniz.

“Ozon adamlar” yazısında belə yazmışdım bir vaxt: “Etiraz azadlığın birinci şərtidir! Etiraz eləmədən azad olmaq, azad olmadan da ləyaqətli ömür yaşamaq mümkün deyil!”

Bizim nəsil azadlıq mücadiləsindən qorxmadı! Tank qarşısına da çıxdı, güllə qabağına da. Yaralandı, əlil oldu, öldü də.

Amma bizim nəsil azad cəmiyyət qura bilmədi! Üstəlik müstəqilliyin şirin tamından çatdırıb doyunca dadmadı. İndi angedonik (zövq ala bilməmə) ömür sürür.

Niyə?

Biz sovet məktəbində oxuyub, şərqli müsəlman ailəsində tərbiyələnmişik. Sovet əxlaq kodeksi də dini ehkamlar kimiydi – hər ikisinin hədəfi “öz adamını” yaratmaqdı. Onlar öz ideoloji inkubator-bətnlərində yeni “sosial varlıqlar” vücuda gətirirlər. Bu canlı “material”dan biri “kütlə”, o biri “ümmət” yaradır.

Bizim nəsil yarı “kütlə”, yarı “ümmət” oldu. Bu günün “kütləvi ümmətləşmə” qaynağı elə özümüzük.

Biz qadağalar, “olmazlar” hesabına etiraz vərdişini itirmiş, unutmuş bir toplumun yetirmələriyik.

Etiraz cəsarətin əyanda şəklidi. Qəlbinə, ruhuna qorxu hakim olana bu proyeksiya yaddı.

Etiraz şərəfin “qapı iti”di, fərq etməz “qoruyan mələk” də deyə bilərsən, anlamı birdi.

Fuad Poladovu səhnəmizin mogikanı hesab edirəm. Amma əminəm, onu bizim “obıvatel” tamaşaçıya sevdirən sənətindən çox şəxsiyyətidi. Neçə gündü hamı işdən getməsini deyir. Diqqətimi daha çox bir vaxtlar “İbrus”dakı tamaşalarına həvəslə getdiyim Mehriban Zəkinin bu fikri çəkdi: “Bir məqama təəssüf edirəm ki, bizim tamaşaçılar teatra mədəniyyət və sənət xatirinə deyil, aksiya xatirinə gəlirlər”.

Neyləyib Fuad Poladov? Gənc həmkarının üzləşdiyi qanunsuzluğa etiraz edib, işdən çıxıb. O, cəmiyyətdən aldığı ictimai statusuna yaraşan vicdanlı addım atıb. Cəmiyyət bunu şok effekti yaradan görünməmiş hadisə hesab edir.

İcazə verin, mən bu şoku Fuad Poladovun qəhrəmanlığına yox, tanınmış sevilən şəxslərin mövqe sərgiləməsinə aclıq keçirən toplumun acizanə durumuna aid edim. Bu “işdəngetmə” elə bizim kimi cəmiyyətlərdə qəhrəmanlıq sayıla bilər. Doğrudan da kütləvi qorxu sükunətində əsl qəhrəmanlıq hayqırtısıdı bu, razıyam.

Amma…

Amma mən bunun bir qəhrəmanlıq olduğunu bir isveçliyə izah edə bilərəmmi? Uşaq bağçasından etiraz etmək vərdişiylə böyüyən, etirazını bildirməyi təbii insan haqqı sayan isveçli məni başa düşərmi? “Qanunsuzluğa hər ləyaqətli adam etiraz etməlidir!” deyib keçər, yəqin.

Qınamaram! O bəxtəvər isveçli Azərbaycan kimi ölkələrdə imtinanın ağır bədəlindən xəbərsizdi. Etiraz edən isveçli sənətkar bilər ki, imtina onun həyatını alt-üst etməyəcək, şərə-böhtana, intiqama tuş gətirməyəcək, əksinə – sabah itirdiyindən də yaxşısını tapa biləcək!

Yoxsa, isveçli səndən, məndən ürəkli deyil ki!

Qəhrəmanlıq Qiyas İbrahimovun etirazıdı! Onun protesti Fuad Poladovun etirazından daha risklidi – müqayisəyə də gəlmir. Ona görə müqayisəyə gəlmir deyirəm ki, bu etirazların hədəf dərəcəsi fərqlidi. Teatrda haqsızlığa dözməməklə dövlətin idarə sisteminə etirazın yükü eyni deyil, qaynağı bir olsa da. Nəticələr hədəflərin miqyasına mütənasibdi – ustad sənətkar iki işindən birini itirdisə, gənc fəal çiçəkləyən ömrün 10 ilindən məhrum oldu.

Biçarə toplumsa birinə ayaq üstə alqış yağdırdığı halda o birinə müticəsinə susdu. Kiçik hədəfli etirazdan vəcdə gələn toplum böyük hədəfli protestdən uzaq durdu.

***

Bizə umud olmayın, gənc qızlar, cavan oğlanlar!

Gələcəyin azad cəmiyyətini bu günün düşünən, düşündüyünü hər yerdə müzakirə və mübahisə etməkdən çəkinməyən gənclik yaradacaq. Etiraz etməyin qəhrəmanlıq yox, hüquq olduğu dövləti siz quracaqsınız!

Hər dürlü “kütlə” və “ümmət” psixozuna yoluxmayan, ETİRAZı milli dəyərə çevirməyi bacaran azad gənclik edəcək bunu!

Sən edəcəksən, etiraz edə bilən vətəndaş!

Kungsmarken, İsveç
30 oktyabr 2016


Müəllifin başqa yazıları:  • “İslamda tolerantlıq varmı?” sualı İsveçdə   • Ədəbiyyatı dünya hadisəsinə çevirən xalqın kitabı   • Şərm-həyanın qiyməti   • Yolda o(qa)lan yolçuluqlar   • Zəmanələr və talelər toplusu   • “İztirab — vətəndə qərib olmaqdır”   • Darıxan səbir (Hikmət Sabiroğlunun 50 yaşına neçə günsə qalmış)   • Salam, Gülsarı!   • Dilimizi uçurumdan qoruyan (Tehran Vəliyevin xatirəsinə)   • İntim dildə yaza bilmək   • Vyanada Şuşa günləri (Fotolu, xatirəli reportaj)   • Türkiyə islam inqilabı?   • Varşava – azadlıq və sevgi şəhəri   • Çəmənzəminlinin ”Studentlər”i haqda   • Ağalar Məmmədovun məktubları   • Günəş kitablar (İsveç kitabxanasından payız qeydləri)

Amnistiya aktına dair yekun hesabat açıqlanıb

  • 31 Oktyabr 2016

“Avroviziya 2017”yə 43 ölkə qatılacaq

  • 31 Oktyabr 2016

Digər materiallar

Aynur Mesimova Temkin
comments
TribunaYazarlar

Eşq və xəyanət (27)

comments
TribunaYazarlar

Biz nə bilirik?

comments
AktualManşetTribunaYazarlar

Cəhənnəmdən keçmiş mələk (73)

Hesretindeyem
comments
AktualManşetTribunaYazarlar

Həsrətindəyəm (22)

Rəylər

Son materiallar

Milli çempionatlarda vəziyyət necədir?

  • 23 Aprel 2018
Aynur Mesimova Temkin

Eşq və xəyanət (27)

  • 23 Aprel 2018

“Qarabağ”ın 6-cı qızılı və tarixi

  • 23 Aprel 2018

Tələbələr Sərkisyanı istefaya çağırır

  • 23 Aprel 2018

Diktator katibinin oğlu prezident oldu

  • 23 Aprel 2018

Ən gənc titulu kimə keçdi?

  • 23 Aprel 2018

Avro və başqaları ucuzlaşıb, dollar tərpənmir

  • 23 Aprel 2018

Dialoq alınmır, aksiyalar dayanmır

  • 23 Aprel 2018

Təzə kabinet: kim getdi, kim gəldi, kim qaldı, kimlər gözləyir?

  • 21 Aprel 2018

Biz nə bilirik?

  • 21 Aprel 2018

Sərkisyan dialoqa, Paşinyan istefaya çağırır

  • 21 Aprel 2018

Kabinetin statusu

  • 21 Aprel 2018

Hökumətin yeni rəhbəri – Novruz Məmmədov

  • 21 Aprel 2018

Azərbaycana yeni baş nazir təyin olunur

  • 21 Aprel 2018

Yeni nazirlik və agentliklər yaradılıb

  • 21 Aprel 2018

Daha 4 nazir kürsüdə qaldı

  • 20 Aprel 2018

Yeni metro qatarlarına baxış keçirilib

  • 20 Aprel 2018

Qırğızıstan hökumətinə başçı seçildi

  • 20 Aprel 2018

Yeni forum güzəştli kredit məbləğini artırdı

  • 20 Aprel 2018

İlin və beşilliyin qazancları

  • 20 Aprel 2018

100-dən çox aksiyaçı tutulub

  • 20 Aprel 2018

Türkiyə parlamenti: kimin neçə mandatı var?

  • 20 Aprel 2018
Gozel Bayramli

Gözəl Bayramlının şikayəti üzrə proses başa çatdı

  • 20 Aprel 2018

Müəssisə və təşkilatların sayı 2,3% artıb

  • 20 Aprel 2018

Cəhənnəmdən keçmiş mələk (73)

  • 20 Aprel 2018

Media Klubunun nə niyyəti var?

  • 20 Aprel 2018

Müqavimət dayanmır

  • 20 Aprel 2018

Azərbaycan nefti 76 dollardan bahadır

  • 20 Aprel 2018

Kubada yeni lider

  • 20 Aprel 2018

Kurs enmələri

  • 20 Aprel 2018
Copyright © 2017 Design by Momentum Digital.
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda