Xəbər
Mayda temperatur 33-ü vuracaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi may ayının hava proqnozunu açıqlayıb. Novator.az bildirir ki, proqnoza görə, mayda havanın orta aylıq temperaturu iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacaq. Bölgələr üzrə belə orta aylıq temperatur gözlənir: Bakıda və Abşeron yarımadasınd...
Üç aylıq büdcə hesabatı açıqlanıb
Maliyyə Nazirliyi 2017-ci ilin birinci rübündə dövlət büdcəsinin necə icra olunduğunu açıqlayıb. Novator.az bildirir ki, aprelin 28-də yayılan hesabata görə, ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 3 milyard 591,5 milyon manat, xərcləri 3 milyard 912,7 milyon manat olub, 321,2 milyon manat m...
Prezident Sumqayıtda zavodun tikinti işləri ilə tanış olub
Aprelin 28-də prezident İlham Əliyev Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıtda inşa olunan karbamid zavoduna baş çəkib, tikinti işlərinin gedişi ilə tanış olub. AZƏRTAC bildirir ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, zavodun direktoru Xəyal Cəfərov və “Samsung Engineering” şirkətindən layihə rəh...
Ruhani və daha 5 nəfər…
Konstitusiyaya Nəzarət Şurası İran prezidentliyinə namizədlərin siyahısını təsdiqləyib. Mayın 19-da keçiriləcək prezident seçkisində 6 nəfərin yarışmasına icazə verilib. Hökumət başçısı funksiyası daşıyan İran prezidenti ümumxalq seçkisində 4 il müddətinə seçilir. Novator.az-ın məlumatına görə, 19 m...
Kabinet 100-cü gün tamamlandı
ABŞ Senatı prezident Donald Trampın təqdimatına baxaraq Aleksander Akostanı əmək naziri postuna təsdiqləyib. Novator.az-ın məlumatına görə, səsvermə aprelin 27-də keçirilib. Beləliklə, prezident səlahiyyətlərinin 100-cü günündə Donald Trampın kabineti tam formalaşıb. Donald Trampın 14 naziri Senatda...
Azərbaycan 10-dan çox ölkəyə hərbi məhsul satır
“Azərbaycan 2012-ci ildən xarici ölkələrə hərbi təyinatlı məhsullar ixrac edir. Bu gün Yaxın Şərq, Cənub-Şərqi Asiya, Afrika və Avropanın 10-dan çox ölkəsi Azərbaycandan müxtəlif silah-sursat, habelə pilotsuz uçuş aparatları və dəqiq cihazlar alır”. Hərbi ekspert, “AzeriDefence” jurnalının bas redak...
Güzəştli kredit rəqəmləri yeniləndi
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu aprelin 27-si Qobustan rayonunun Mərəzə qəsəbəsində işgüzar forum keçirib. Forumda Dağlıq Şirvan iqtisadi rayonundakı sahibkarlara 1,5 milyon manat güzəştli kredit verilib. Kreditlərin əsasən heyvandarlıq, quşçuluq, müalicə-sağlamlıq kompleksi...
28 aprel məzənnələri
Aprelin 28-də Mərkəzi Bank ABŞ dolları və Rusiya rublunun məzənnələrini yeniləməyib. Bəzi valyutalarda isə ötən günlə müqayisədə dəyişmə var: avronun rəsmi kursunda azalma, gürcü larisi, ingilis funt sterlinqi və türk lirəsində bahalaşma qeydə alınıb. Novator.az-ın məlumatına görə, dollar 1,7025 man...
Ərdoğanın istəyi rəsmiləşdi
Türkiyənin Ali Seçki Qurumu konstitusiya dəyişiklikləri referendumunun nəticələrini təsdiqləyib. Novator.az-ın məlumatına görə, aprelin 27-də çıxarılan yekun qərarda qeyd olunur ki, 25 milyon 157 min 463 seçici (51,41%) ana qanunda dəyişikliklərə “hə”, 23 milyon 779 min 141 seçici (48,59%) “yox” dey...
Azərbaycanın sosial şəbəkə fəallarının nəzərinə
Virtual məkanda erməni təbliğatına qarşı mübarizədə fəal olan azərbaycanlıların nəzərinə: ermənilər Facebook və Twitter şəbəkəsində #killzibil adlı bir həştəq yaradıblar. “Kill” ingilis dilində öldür, məhv et mənasını verir. İngiliscədən və Azərbaycan türkcəsindən istifadə etməklə belə bir həştəqin ...
Yeni çimərliklər istifadəyə veriləcək
Bu il Azərbaycanda yeni özəl və ictimai çimərliklər istifadəyə veriləcək. Novator.az bildirir ki, Mədəniyyət və Turizm Nazirliyi aprelin 27-də belə məlumat yayıb. Rəsmi açıqlamada qeyd olunur ki, “Çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün tədbirlər planı”nın icrası çərçivəsində Bak...
Ermənistanda qrant qalmaqalı: 14 nəfər məsuliyyətə cəlb olunub
Avropa İttifaqının Ermənistandakı qrant proqramları missiyasının koordinatoru Marine Papyan Yerevanda tutulub. Novator.az-ın məlumatına görə, Ermənistanın İstintaq Komitəsi koordinatoru külli miqdarda qrant vəsaitinin mənimsənilməsində təqsirli bilir. Aprelin 27-də İstintaq Komitəsi bəyan edib ki, q...
Azərbaycanın nə qədər ərazisi fasiləsiz su alır?
Ölkənin 65,9 faizi, paytaxt Bakının 80,8 faizi fasiləsiz su alır. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin 2017-ci ilin yanvar-mart ayları üzrə fəaliyyətinə həsr olunmuş iclasında belə deyilib. Novator.az-ın məlumatına görə, aprelin 26-da keçirilmiş iclasda çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseyn...
İnzibati işlər: qərarların 33,1 faizi həbs qərarı olub
Birinci instansiya məhkəmələrində ötən il baxılmış inzibat işlərin hesabatı açıqlanıb. Aprelin 27-də Dövlət Statistika Komitəsinin Ədliyyə Nazirliyinə istinadla yaydığı hesabata əsasən, 2016-cı ildə birinci instansiya məhkəmələrində inzibati xətalara dair 37490 işə baxılıb ki, bu da 2015-ci ilin gös...
Alimlər su təmizləyən yeni filtr icad ediblər
“Water Research” jurnalı İsrail alimlərinin növbəti uğuru barədə geniş material dərc edib. Novator.az xəbər verir ki, nəşrin yazdığına görə, İsrailin kimyaçı mütəxəssisləri membranların köməyilə suyun tərkibindəki virusları məhv edib təmizləyən filtr icad ediblər. Ben-Qurion Universitetinin əməkdaşı...
Fransada yeni seçki sorğuları
Fransanın İFOP və “Fiducial” şirkətləri prezident seçkisinin ikinci turu ilə bağlı yeni sorğunun nəticələrini açıqlayıb. Mayın 7-də keçiriləcək ikinci turda “İrəli” hərəkatının lideri, sabiq iqtisadiyyat naziri Emmanuel Makron və Milli Cəbhənin lideri Marin Le Pen mübarizə aparır. Aprelin 23-də keçi...
İnternet prosesi mayın 1-nə qaldı
Səbail Rayon Məhkəməsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin bəzi saytlara girişin bloklanması iddiası ilə aprelin 27-də təyin olunmuş proses təxirə salınıb. Novator.az-ın məlumatına görə, hakim Nurəddin Bağırovun sədrlik etdiyi prosesdə id...
Dini azadlıqlar hesabatında Azərbaycan barədə nə deyilir?
ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyası yeni hesabat yayıb. Azadliq.org-un məlumatına görə, hesabatda qeyd olunur ki, 2016-cı ildə Azərbaycan din azadlığı sarıdan geriləyib, il ərzində hökumət müstəqil dini fəaliyyətə repressiyanı artırıb, sünni məscidlərini bağlayıb, dini mağazalarda reydlər keç...
Yol qırağında 2 mindən çox ağac əkilib
Respublika yaşıllaşdırma marafonu çərçivəsində Qaradağ rayonunda ağacəkmə aksiyası keçirilib. Aksiya ekoloji mühitin sağlamlaşdırılması və torpaq qatının münbitləşməsi məqsədilə keçirilir. Aksiyada rayonun əmək kollektivləri və sakinlər iştirak ediblər. AZƏRTAC-ın məlumatına görə, Bakı-Ələt magistra...
Üç ayda 3 mindən çox içməli su nümunəsi analiz edilib
Bu ilin ilk üç ayı ərzində “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mərkəzi Laboratoriyası 3727 içməli su, 264 tullantı suyu nümunələrini müəyyən edilmiş nöqtələrdən götürərək analiz edib. Laboratoriyanın müdiri Elçin Əliyev AZƏRTAC-a deyib ki, əhaliyə verilən içməli suyun göstəriciləri beynəlxalq standar...