• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Azərbaycan 10-dan çox ölkəyə hərbi məhsul satır

  • 28 Aprel 2017
  • Posted in Xəbər
6
SHARES
FacebookTwitterPinterest

“Azərbaycan 2012-ci ildən xarici ölkələrə hərbi təyinatlı məhsullar ixrac edir. Bu gün Yaxın Şərq, Cənub-Şərqi Asiya, Afrika və Avropanın 10-dan çox ölkəsi Azərbaycandan müxtəlif silah-sursat, habelə pilotsuz uçuş aparatları və dəqiq cihazlar alır”. Hərbi ekspert, “AzeriDefence” jurnalının bas redaktoru Rəşad Süleymanov AZƏRTAC-a müsahibəsində belə deyib.

2017-ci ildə Müdafiə Sənayesi Nazirliyinin ixrac portfelinin 101 milyon ABŞ dolları təşkil etdiyini vurğulayan ekspert deyib ki, yaxın perspektivdə aviasiya bombalarının, hərbi texnikaların və artilleriya sursatlarının istehsalı ilə bağlı layihələr reallaşdıqdan sonra hərbi sənayenin ixracat potensialının bir neçə dəfə artacağını proqnozlaşdırmaq olar.

Müdafiə sənayesinin xarici hərbi sərgilərdə iştirakının əhəmiyyətinə toxunan Rəşad Süleymanov qeyd edib ki, nazirlik son doqquz ildə bu istiqamətdə ciddi iş aparır: “2007-ci ildən beynəlxalq müdafiə sənayesi sərgilərinə qatılan nazirlik bu günədək 20-dən çox sərgidə yerli müəssisələrdə istehsal olunmuş silah, sursat, hərbi texnika və digər müdafiə təyinatlı məmulatları nümayiş etdirib”.

Ekspert deyib ki, xarici ölkələrdə Azərbaycan məhsullarına böyük maraq var: “Bu gün hərbi sənaye dünyada qeyri-neft sektorunda ən populyar və dinamik inkişaf edən sahələrdəndir. Azərbaycan hökuməti də 2006-cı ildən bu sahənin inkişafına investisiyalar qoyur. Sovet İttifaqından qalmış müəssisələr müasirləşdirilir, yeni istehsal sahələri yaradılır.

Rusiya, Ukrayna, Belarus, Türkiyə kimi ölkələrin təcrübəsində olduğu kimi müdafiə sənayesinin bəzi seqmentlərində özəl şirkətlərin iştirakının təmin olunması bu sahədə sıçrayış yarada bilər.

Bu gün müdafiə sənayesinin inkişafında birgə müəssisələrin iştirakı danılmazdır. Prezident İlham Əliyevin ötən ilin dekabrında təsdiqlədiyi ağır sənaye və maşınqayırmanın inkişafına dair strateji yol xəritəsində müdafiə sənayesinin inkişafı istiqamətində əsas hədəflər müəyyənləşdirilib. Bunlardan biri də birgə müəssisələrin yaradılmasıdır. Qonşu ölkələrin bununla bağlı müvafiq təcrübəsi var və nəticələr göz qabandadır. Birgə müəssisələrin qurulması yeni və mütərəqqi texnologiyaların və dünya təcrübəsinin Azərbaycanda tətbiqində mühüm rol oynayacaq. Bu həm Azərbaycan Silahlı Qüvvələrinin ehtiyac duyduğu müasir silah sistemlərinin daxili istehsal hesabına ödənilməsi, həm də müdafiə sənayesi məhsullarının ixracının artırılması işinə töhfə verəcək”.

Güzəştli kredit rəqəmləri yeniləndi

  • 28 Aprel 2017

Kabinet 100-cü gün tamamlandı

  • 28 Aprel 2017

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Dünyadakı bütün koronavirus zərrələri bir “Coca-Cola” qabına sığışar

comments
Dünyanın səsiManşetXəbər

Dünyanın azadlıq xəritəsi

comments
Dünyanın səsiXəbər

Avropa Liqasının 1/8 final cütlükləri

comments
Dünyanın səsiXəbər

Koronavirus qripi demək olar yoxa çıxarıb – “Associated Press”

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

Dünyadakı bütün koronavirus zərrələri bir “Coca-Cola” qabına sığışar

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Dünyadakı bütün koronavirus zərrələri bir “Coca-Cola” qabına sığışar

comments
Dünyanın səsiManşetXəbər

Dünyanın azadlıq xəritəsi

comments
Dünyanın səsiXəbər

Avropa Liqasının 1/8 final cütlükləri

comments
Dünyanın səsiXəbər

Koronavirus qripi demək olar yoxa çıxarıb – “Associated Press”

comments
Xəbər

Bankların nə qədər mənfəəti var?

comments
Xəbər

Ziyarət

comments
Dünyanın səsiXəbər

14 ölkə, 32 klub

comments
Dünyanın səsiXəbər

16-lıq müəyyənləşdi

comments
ManşetXəbər

Prezident: “Bizim səbrimizi sınamasınlar”

comments
Dünyanın səsiXəbər

Dövlət şikayətçilərin bir qismi ilə barışıb

comments
Dünyanın səsiManşetXəbər

Köçəryan istefa tələbinə dəstək verdi

comments
Xəbər

Açılış, təqdimat, görüş

comments
Dünyanın səsiXəbər

“Pfizer”-“BioNTech” peyvəndinin daha bir üstünlüyü üzə çıxıb

comments
Dünyanın səsiManşetXəbər

Ermənistanda dövlət çevrilişi ehtimalı

comments
Dünyanın səsiXəbər

İsveç vətəndaşı Rusiyaya casusluq etməkdə ittham olunur

comments
Dünyanın səsiXəbər

Almaniyada əhaliyə pulsuz ekspress testlər veriləcək

comments
Xəbər

“AzəriLayt” 66,77 dollara satılır

comments
Dünyanın səsiXəbər

Yaxın ölkələrin itkiləri

comments
Dünyanın səsiXəbər

Bir mərhələ bitdi

comments
ManşetXəbər

Bölgələr üzrə əmanət

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda