Xəbər
Ərdoğan partiyasına döndü
Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan mayın 2-də yenidən Ədalət və İnkişaf Partiyasına (AKP) üzv olub. Novator.az-ın məlumatına görə, hakim partiyanın Ankaradakı mərkəzi qərargahında keçirilən təntənəli mərasimdə prezident AKP üzvü olmaq haqqında sənədi imzalayıb. Türkiyə prezidenti partiya üzvü o...
Pensiya yaşını 65-ə qaldıran sənəd imzalandı
Prezident İlham Əliyev mayın 2-də “Əmək pensiyaları haqqında” qanunda dəyişiklikləri təsdiqləyib. Beləliklə, Milli Məclisin 10 mart iclasında qəbul edilmiş qanun iyulun 1-dən qüvvəyə minir. Yeniliyə əsasən, kişilər və qadınlar üçün pensiya yaşı 65-ə qaldırılır. Bu müddət mərhələli şəkildə tətbiq olu...
Yeni turizm qanunu ilk oxunuşdan keçdi
Mayın 2-də Milli Məclis “Turizm haqqında” qanunu ilk oxunuşda qəbul edib. 63 maddədən ibarət qanun Azərbaycanda turizm sahəsində dövlət tənzimləməsi, turizmin dövlət idarəetməsi və dövlət nəzarəti, turizm ehtiyatları, turizm fəaliyyətinin təşkili, turizm sahəsində təhlükəsizlik, maliyyə mənbələrinin...
Özəlləşdirmə hərracı: rekord 220 min manat oldu
Mayın 2-də Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi hərracda 5 kiçik dövlət müəssisəsi, 11 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib. Özəlləşdirilən əmlakın 5-i Bakının, 11-i bölgələrin payına düşüb. Ən yüksək qiymətə Sabunçu rayonunda yerləşən ictimai iaşə obyekti özəlləşdirilib. Əmlak 2...
Lökbatan vulkanında püskürmə 4 dəqiqə çəkib
Mayın 2-də Lökbatan palçıq vulkanında püskürmə 4 dəqiqə çəkib. Vulkanın dərinliyi 4 kilometr olub. Novator.az-ın məlumatına görə, bununla bağlı Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi açıqlama yayıb. Açıqlamada deyilir ki, püskürmədən öncə, aprelin 28-də ərazidə 1,8 ba...
Erməni generalın katibliyi bitdi, baş katibliyi başladı
Mayın 2-də Ermənistan prezidenti Serj Sərkisyan Yuri Xaçaturovu Milli Təhlükəsizlik Şurasının katibi postundan azad edib. Novator.az-ın məlumatına görə, bu, Yuri Xaçaturovun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi postunda fəaliyyətə başlaması ilə əlaqədardır. Kollektiv Təhlükəsiz...
Tələbə və məzunlara iş yerləri təqdim olunub
Bakı Biznes Mərkəzində tələbə və məzunlar üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Turizm və Menecment Universitetinin təşkilatçılığı ilə “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbiri keçirilib. Tədbirin açılışında əmək...
Təhsil Nazirliyinə müraciət statistikası
Təhsil Nazirliyinin telefon məlumat mərkəzinə (“Qaynar xətt”: 146) 2017-ci ilin aprelində daxil olan zənglərin və ay ərzində vətəndaşların qəbulu mərkəzində vətəndaşlara göstərilən xidmətlərin statistikası açıqlanıb. Rəsmi hesabata görə, ötən ay qeyd olunan mərkəzlərə ümumilikdə 16593 müraciət daxil...
Lökbatanda palçıq vulkanı püskürüb
Bakı şəhərindən 15 kilometr cənub-şərq istiqamətində, Xəzər dənizinin sahilində, neft-mədən sahəsində yerləşən Lökbatan palçıq vulkanında püskürmə baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı məlumata görə, püskürmə mayın 2-si səhər saat 8 radələrində baş qaldırıb. Hazırda “Bakı və A...
15%-lik uçot dərəcəsi qüvvədə qaldı
Mərkəzi Bankın İdarə Heyəti mayın 1-də iclas keçirib. Rəsmi məlumata görə, iclasda son makroiqtisadi proseslər geniş müzakirə olunub: “Müzakirələrdə makroiqtisadi sabitliyin təmin olunmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi vəziyyəti və başlıca makroiqtisadi risklər nəzərdən keçirilib. İclasd...
Zöhrab Əmirxanlı vəfat edib
Jurnalist Zöhrab Əmirxanlı mayın 1-i gecə qəflətən vəfat edib. Zöhrab Əmirxanlı 1958-ci ildə Şamaxı şəhərində anadan olub. 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. “Bakı”, “Respublika”, “Ülfət”, “Millət”, “Səhər”, “Azadlıq”, “Gündəlik Teleqraf”, “Aydın yol” qə...
2 may məzənnələri
Mərkəzi Bank mayın 2-də də ABŞ dollarının qiymətini dəyişməyib. Dollar banklara yenə aprelin 26-da müəyyən olunmuş 1,7025 manat məzənnə ilə satılır. Rusiya rublunun rəsmi kursu da yenilənməyərək 0,0299 manat səviyyəsində qalıb. Avro isə bahalaşıb. Novator.az-ın məlumatına görə, rəsmi kurs 1,8542 man...
Neft Fondu nədən qazanıb, nəyə xərcləyib?
Dövlət Neft Fondunun 2016-cı il büdcəsinin icrası haqqında prezident sərəncamı imzalanıb. Novator.az-ın məlumatına görə, 2016-cı ilin gəlirləri 9 milyard 410 milyon 180 min manat, xərcləri 9 milyard 22 milyon 59 min manat təsdiq edilib. Gəlirlər proqnozuna 205,5%, xərclər proqnozuna 84,6% əməl olunu...
Veteranlar sərəncamı 13 min 312 nəfərə şamil olunub
Prezident İlham Əliyevin 1941-1945-ci illər müharibəsinin iştirakçıları ilə bağlı 24 aprel sərəncamı icra olunub. Sərəncama əsasən, 2017-ci ilin dövlət büdcəsindən müharibə veteranları üçün 7,2 milyon manat ayrılmışdı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, sərəncamda göstərilən qr...
Mehman Qələndərovun ölümü ilə bağlı rəsmi məlumat
Mayın 1-də Ədliyyə Nazirliyi və Baş Prokurorluq bloqçu Mehman Qələndərovun Bakı İstintaq Təcridxanasında intiharı ilə bağlı birgə məlumat yayıb. Məlumatda deyilir ki, 1977-ci il təvəllüdlü Bakı şəhər sakini Mehman Qələndərov 2017-ci il fevralın 7-də Nəsimi Rayon Polis İdarəsinin istintaq şöbəsi tərə...
Bloqçunun ölümü: yeni versiya və təkliflər var
Mayın 1-də Siyasi Məhbusların Müdafiə Mərkəzi bloqçu Mehman Qələndərovun faciəli ölümü ilə bağlı toplantı keçirib. Mehman Qələndərov 1977-ci ildə anadan olub. Bakı Dövlət Universitetini sosial psixologiya ixtisası üzrə bitirib. 10 ildən artıq orta ixtisas təhsili sistemində (kollec) psixologiya, fəl...
Mehman Hüseynovla bağlı nazirə müraciət göndərilib
Ombudsman Elmira Süleymanova daxili işlər naziri Ramil Usubova müraciət edib. Müraciətində o, bloqçu Mehman Hüseynovun şəxsiyyət vəsiqəsi ilə təmin olunması üçün zəruri addımların atılmasını istəyib. Vəkil Elçin Sadıqovun “Azadlıq” radiosuna dediyinə görə, ombudsmanın məktubunda qeyd olunur ki, Mehm...
Naxçıvanda orta aylıq əməkhaqqı 413 manatdır
Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi makroiqtisadi göstəricilərə dair yeni məlumat yayıb. AZƏRTAC-da yayılan xəbərə görə, 1996-cı ildən 1 yanvar 2017-ci ilədək muxtar respublikada 88 min 871 yeni iş yeri açılıb, bunun da 70 faizi daimi iş yerləri olub. Hesabata əsasən, məşğul ə...
Ukraynada 18 mindən çox adam vətəndaşlıqdan çıxarılıb
Ukraynada 2014-cü ildən bəri 18 min 676 nəfər ölkə vətəndaşlığından çıxarılıb. Novator.az xəbər verir ki, vətəndaşlıqdan çıxarılma qərarları prezident Pyotr Poroşenkonun imzası ilə rəsmiləşib. 2014-cü ildə 4 min 640 nəfərin, 2015-ci ildə 5 min 818 nəfərin, 2016-ci ildə 7 min 347 nəfərin vətəndaşlığı...
Makron 61%-lə öndədir
“OpinionWay” şirkəti Fransada prezident seçkisinin ikinci turu ilə bağlı yeni sorğunun nəticələrini açıqlayıb. Mayın 7-də keçiriləcək ikinci turda “İrəli” hərəkatının lideri, sabiq iqtisadiyyat naziri Emmanuel Makron və Milli Cəbhənin lideri Marin Le Pen mübarizə aparır. Novator.az-ın məlumatına gör...