Xəbər
Separatçı lider müstəqillik bəyannaməsini imzalayıb
İspaniyanın Kataloniya vilayətinin başçısı Karles Puçdemont oktyabrın 10-da bölgənin müstəqil dövlət elan olunması barədə bəyannaməni imzalayıb. Novator.az-ın məlumatına görə, mərasim Barselonada, yerli parlamentin iclasında keçirilib. Sənədə Karles Puçdemontun müavini, parlamentin spikeri, həmçinin...
Dolların istirahəti başa çatdı
ABŞ dollarının rəsmi məzənnəsi sentyabrın 27-dən bəri ilk dəfə dəyişib. Mərkəzi Bank oktyabrın 11-də kursu 1,7002 manatdan 1,7003 manata qaldırıb. Avro və Rusiya rublu da bahalaşıb. Novator.az-ın məlumatına görə, avro banklara 2,0087 manata, rubl 0,0293 manata satılır (Məzənnələr). 2017-ci ildə doll...
9 vəsiqə qaldı
Dünya futbol çempionatının final raunduna adlayan milli komandaların sayı 23-ə çatıb. Novator.az-ın məlumatına görə, seçmə mərhələnin 10 oktyabr oyunlarında Avropadan Fransa, Portuqaliya, Cənubi Amerikadan Uruqvay, Kolumbiya, Argentina, Şimali və Mərkəzi Amerikadan Panama Rusiyaya bilet əldə edib. 2...
Yeni fond nə işlə məşğul olacaq?
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılır. Novator.az-ın məlumatına görə, prezident İlham Əliyevin oktyabrın 10-da imzaladığı fərmanla fondun nizamnaməsi təsdiq edilib. Fərmana əsasən, fond mənəvi dəyərlərin qorunmasına və inkişafına, bu sahədə ...
Kabinetin iş qaydası təsdiqlənib
Prezident İlham Əliyev fərman imzalayaraq Nazirlər Kabinetinin iş qaydasını təsdiqləyib. Novator.az bildirir ki, sənəd Nazirlər Kabinetinin Azərbaycan Konstitusiyasında təsbit edilmiş və prezidentin aktları ilə ona həvalə olunmuş səlahiyyətlərin həyata keçirilməsinin təşkili qaydalarını müəyyən edir...
Sənayenin ən yeni göstəriciləri
2017-ci ilin yanvar-sentyabr aylarında 28,3 milyard manatlıq sənaye məhsulu istehsal edilib, qeyri-neft sektorunda məhsul istehsalı 3,1 faiz artıb, neft sektorunda isə 6,6 faiz azalıb. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi belə hesabat yayıb. Oktyabrın 10-da açıqlanan rəsmi hesab...
Prezident Krımı satmağa çağırdı
Çexiya prezidenti Miloş Zeman oktyabrın 10-da Avropa Şurası Parlament Assambleyasının sessiyasında Krımın işğalı məsələsinə toxunub. Novator.az-ın məlumatına görə, dövlət başçısı Rusiyanın Krımı ilhaq etməsinin qanunsuz olduğunu vurğulayıb, ancaq bununla barışmağa çağırıb: “Krım ilhaq olunub, bu şüb...
Moskvada orta maaş nə qədərdir?
2017-ci ilin sonuna Rusiya paytaxtı Moskvada orta əməkhaqqı 63 min rubla (1827 manat) çatacaq. Novator.az-ın məlumatına görə, Moskvanın İqtisadi Siyasət və İnkişaf Departamentinin başçısı Vladimir Yefimov oktyabrın 10-da belə açıqlama verib. O, ilin sonuna orta əməkhaqqı məbləğinin 7,8% artacağını v...
Avstraliya Suriya səddini keçdi
Asiyada dünya futbol çempionatının seçmə mərhələsi başa çatıb. Novator.az-ın məlumatına görə, oktyabrın 10-da Suriyanı qəbul edən Avstraliya rəqibini 2:1 üstələyərək final raundu uğrunda növbəti oyunlara vəsiqə əldə edib (ilk matç 1:1 hesabı ilə bitmişdi). Dünya çempionatına çıxmaq üçün Avstraliya n...
Nazirlikdən elektron xidmət açıqlaması
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə yanvar-sentyabr aylarında 7 milyon 6 min 738 dəfə müraciət edilib. Rəsmi hesabata görə, ötən ay xidmətlərə keçən ilin sentyabr ayı ilə müqayisədə 20,7 faiz çox olmaqla 520 min 205 müraciət qeydə alınıb. “Əmək müqaviləsi bildirişlər...
YUNESKO baş direktor seçir
BMT-nin elm, təhsil və mədəniyyət qurumu olan YUNESKO-nun baş direktoru postuna seçkinin ilk turu nəticə verməyib. Novator.az-ın məlumatına görə, səsvermə oktyabrın 9-u Parisdə İcraiyyə Şurasının 58 təmsilçisinin iştirakı ilə keçirilib. Namizədlərdən heç biri qələbə üçün lazım olan mütləq səs çoxluğ...
Yarmarkada bal neçəyədir?
Oktyabrın 10-u Bakıda, “AMAY” ticarət mərkəzində (Xətai rayonu, Nobel prospekti, 23) arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası açılıb. Bal yarmarkasına 333 arıçı 107 min 500 kiloqram məhsul çıxarıb. AZƏRTAC xəbər verir ki, yarmarkaya təqdim olunan ballar Respublika Baytarlıq Laborator...
İntensiv yağış, leysan gözlənir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bildirir ki, oktyabrın 11-dən 13-dək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənir. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək. Oktyabrın 11-də b...
Jurnalistin xanımı və anası dindirilib
Oktyabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Kanal 13” internet televiziyasının direktoru Əziz Orucovun işi üzrə proses başlanıb. Əziz Orucov mayın 2-də polisə müqavimətdə təqsirli bilinərək 30 sutka inzibati həbs cəzası alıb. Sonra ona Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıqla kül...
Rusiya Xəzərdə yeni hərbi baza qurur
Rusiya Müdafiə Nazirliyi Xəzərdə yeni hərbi dəniz bazasının tikintisinə başlayıb. Contact.az bildirir ki, bunu Rusiyanın “İzvestiya” qəzeti yazıb. Yazıda bildirilir ki, Rusiyanın Dağıstan Respublikası sahillərində inşa edilən yeni baza Rusiya Hərbi Dəniz Qüvvələrinin bazaları arasında ən təkmili ola...
Yeni hərracdan informasiya
Əmlak Məsələləri Dövlət Komitəsinin 10 oktyabr hərracında 5 obyekt özəlləşdirilib. Rəsmi məlumata görə, özəlləşdirilən əmlaklardan 1-i kiçik dövlət müəssisəsi, 4-ü istifadəsiz qeyri-yaşayış sahəsidir. Ən yüksək qiymətə Bakının Suraxanı rayonunda yerləşən 148 saylı mağaza, ən aşağı qiymətə Ağstafa ra...
Məşhur ekstrasens vəfat edib
Tanınmış ekstrasens Allan Çumak 83 yaşında vəfat edib. Novator.az bildirir ki, Allan Çumak 1980-1990-cı illərdə Rusiya televiziyalarında keçirdiyi kütləvi seanslarla məşhurlaşıb. O, seansları danışaraq deyil, dodaqlarını tərpədərək aparırdı. Jurnalist təhsili almış Allan Çumak filosof və yazıçı kimi...
Dünya çempionatına çıxan komandaların göstəriciləri (Yeni)
Novator.az 2018-ci ildə keçiriləcək 21-ci dünya futbol çempionatına vəsiqə qazanmış milli komandaların göstəriciləri ilə tanışlığı davam etdirir: Braziliya – 20 dünya çempionatında iştirak edib, 5 dəfə çempion olub; Almaniya – 18 dünya çempionatında iştirak edib, 4 dəfə çempion olub; İngiltərə – 14 ...
Vəkil tutulan cəhbəçilərdən xəbər gətirib
Demokratik Qüvvələrin Milli Şurasının oktyabrın 7-də Bakıda keçirdiyi mitinq ərəfəsində AXCP-nin 6 fəalı tutulub. Contact.az-ın yaydığı məlumata görə, tutulanlardan Ramid Nağıyev, Yalçın Abdullayev, Ruslan Nəsirli, Məhərrəm Rzayev və Füzuli Hüseynov Binəqədi rayonundakı müvəqqəti saxlama təcridxanas...
450 avtobus ödəmə kartı ilə işləyir
Paytaxtın 450 avtobusunda gediş haqqı vahid ödəmə kartı ilə həyata keçirilir. Novator.az-ın məlumatına görə, Nazirlər Kabinetinin 9 oktyabr iclasında danışan Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli belə deyib. Vüsal Kərimli qeyd edib ki, şəhər və şəhərsalmaya uyğun olmayan xətlər opt...