Yeni hərracdan informasiya
- 10 Oktyabr 2017
- comments
- Səidə Hüseynova
- Posted in Xəbər
Əmlak Məsələləri Dövlət Komitəsinin 10 oktyabr hərracında 5 obyekt özəlləşdirilib. Rəsmi məlumata görə, özəlləşdirilən əmlaklardan 1-i kiçik dövlət müəssisəsi, 4-ü istifadəsiz qeyri-yaşayış sahəsidir.
Ən yüksək qiymətə Bakının Suraxanı rayonunda yerləşən 148 saylı mağaza, ən aşağı qiymətə Ağstafa rayonunda yerləşən qeyri-yaşayış sahəsi satılıb.
2017-ci ildə 40-a yaxın özəlləşdirmə hərracı keçirilib.