Nazirlikdən elektron xidmət açıqlaması
- 10 Oktyabr 2017
- comments
- Səidə Hüseynova
- Posted in Xəbər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə yanvar-sentyabr aylarında 7 milyon 6 min 738 dəfə müraciət edilib.
Rəsmi hesabata görə, ötən ay xidmətlərə keçən ilin sentyabr ayı ilə müqayisədə 20,7 faiz çox olmaqla 520 min 205 müraciət qeydə alınıb. “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” 212 min 161 dəfə müraciətlə ən çox istifadə olunan e-xidmət olub.
“Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” e-xidmətinə 32 min 904 dəfə, “Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” e-xidmətinə isə 29 min 362 dəfə müraciət edilib.
Hazırda nazirliyin 30-a yaxın elektron xidməti fəaliyyət göstərir.