Sənayenin ən yeni göstəriciləri
- 10 Oktyabr 2017
- comments
- Novator.az
- Posted in Xəbər
2017-ci ilin yanvar-sentyabr aylarında 28,3 milyard manatlıq sənaye məhsulu istehsal edilib, qeyri-neft sektorunda məhsul istehsalı 3,1 faiz artıb, neft sektorunda isə 6,6 faiz azalıb. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi belə hesabat yayıb.
Oktyabrın 10-da açıqlanan rəsmi hesabata əsasən, Azərbaycanın sənaye məhsulunun 70,2 faizi mədən sektorunda istehsal olunub.
9 ayda neft hasilatı 8 faiz, əmtəəlik qaz hasilatı 3,4 faiz azalıb.
Emal sektorunda qida məhsullarının istehsalı 0,7 faiz, içkilərin istehsalı 26,9 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 73,8 faiz, geyim istehsalı 37,9 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 51,8 faiz, kimya sənayesi məhsullarının istehsalı 18,1 faiz, əczaçılıq məhsullarının istehsalı 2,4 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 85,2 faiz, tikinti materiallarının istehsalı 29,3 faiz, kompüter və elektron məhsulların istehsalı 35 faiz, elektrik avadanlıqlarının istehsalı 65,7 faiz, maşın və avadanlıqların istehsalı 27,7 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 23,7 faiz, mebel istehsalı 16,6 faiz artıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcminin 0,2 faiz artdığı, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1 faiz azaldığı bildirilir.