Media
Jurnalistin vətəndaş mövqeyi olmalıdırmı?
Seymur Kazımov 2013-cü ildə Tbilisidə bir media tədbirində jurnalistin vətəndaş mövqeyi ilə bağlı müzakirə keçirilirdi. Paneldə Azərbaycan, Belarus və Gürcüstandan media menecerləri təmsil olunurdu. Gürcünü çıxmaq şərtilə, digər ikisi jurnalisti siyasətçi kimi avtoritarizmlə mübarizəyə səsləyirdi. B...
Jurnalist, yoxsa aktivist?
Gülnar Səlim Jurnalistika və fəallıq – media nümayəndələrinə çox yaxın anlayışlardır. Hazırda bu nəinki Azərbaycanda, dünyada da müzakirəsi və mübahisəsi davam edən mövzulardan biridir. Müzakirələrin başlıca səbəbi aktivizmin, yəni ictimai fəaliyyətin jurnalistikanın tərkib hissəsi olub-olmaması ilə...
Təhlükəli tendensiya: jurnalistin siyasətə qarışması
Seymur Kazımov Siyasi münasibətlərdəki oyunların mətbuat üzərindən aparılması söz azadlığına ən böyük təhdiddir. Belə ki, jurnalistlər xəbər daşıyıcısı kimi yox, konkret qrupların aləti rolunda çıxış edir. Bunu çox rahatlıqla Azərbaycan mətbuatına şamil edə bilərik. Çünki hakimiyyət funksionerlərin...
Şəxsi həyat və media
Ülkər Natiqqızı “Nazirlik oğurlanıb zorlanan müəlliməni sevindirdi – İstədiyi yerdə işləyəcək”. Bu xəbər başlığını görəndə bir anlıq düşünməyə başladım ki, xəbərdə vacib olan informasiya hansıdır? Bir qadının zorlandıqdan sonra işlə təmin olunması, yoxsa nə? Müəllimə nəyə sevinməlidir? İşlə tə...
Sosial medianın qanuni yollarla inhisara alınması
Seymur Kazımov İnternet, sosial şəbəkələr indiki halda Azərbaycanda alternativ media platformasıdır. Klassik mediadan fərqli olaraq sosial mediada məlumatlar daha maraqlı, rəngarəng və düşündürücüdür. Amma zaman-zaman interneti də insanlara, əsasən bitərəf jurnalistlərə çox görürlər. Qanunlar sərtlə...
Proqnozlaşdırma jurnalistikası
Ülkər Natiqqızı İllər uzunu bəzi qəzetlərdə dərc olunan yalan məlumatlar onlayn medianı da zəbt etməyə başlayıb. Mənbəyi bəlli olmayan bu məlumatlar təkcə “Azərbaycan torpaqlarını geri qaytardı”, “Təcili xəbər: Müharibə başladı”, “Filan müğənni öldü” ilə bitmir. Siyahıda nazirlər də geniş yer tutmağ...
Tənqidə dözümsüzlük problemi və onun fəsadları
Seymur Kazımov “Bu hadisə nəyə, kimə xidmət edir? İlk növbədə bu davranışla ATƏT-in çətiri altında ölkəyə müşahidəyə gələn 50-dən çox ölkənin 80-dək deputatına praktik vəziyyəti daha aydın görməyə imkan yaratdılar. Yəni bu davranışları ilə dedilər ki, ölkədə ən xırda tənqidə belə keçid yoxdur, tənqi...
Keyfiyyətli jurnalistika tədrisinə necə nail olmalı?
Seymur Kazımov 2013-сü ildə ABŞ-da media tədrisi ilə bağlı təcrübə proqramının iştirakçısı olarkən Jurnalistika və Kütləvi Kommunikasiya Tədrisi üzrə Assosiasiyanın (AEJMC – The Association for Education in Journalism and Mass Communication) illik toplantısına qatıldım. Qeyri-kommersiya təşkil...
Media etikası qaydaları
Gülnar Səlim Jurnalistikanın fundamental prinsipləri – həqiqətə xidmət göstərmək və ictimaiyyətin məlumat əldə etmək hüququnu tanımaqdır. Bugünkü Azərbaycan mediası isə bizə tamam fərqli bir görüntünü sərgiləyir. Rəqəmsal texnologiyanın aktuallığını nəzərə alıb, əsasən onlayn media üzərində da...
NASA-ya dəvət alanlar, yalançı müsahiblər və ixtiraçılar
Ülkər NATİQQIZI Hələ 2 il əvvəl Azərbaycanın media portalları və televiziya kanallarında “Mələk beyni” adında elmi əsər yazaraq NASA-ya təcrübəçi kimi qəbul olunduğunu iddia edən 20 yaşlı azərbaycanlı gəncin müsahibəsi yayımlanmağa başlandı. İnsanlar bu “şad” xəbəri “NASA təcrübəçisi dərsə getmir”, ...
Mətbuat Şurasının qurultayı nə ilə yadda qaldı?
Seymur KAZIMOV 2003-cü ilin 15 martında Azərbaycanda Mətbuat Şurası təsis olundu. O vaxt Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbəsi idim, eyni zamanda qəzetlərdən biri ilə əməkdaşlıq edirdim. Redaksiyanın tapşırığı olmadan təsis qurultayının keçirildiyi Opera və Balet Teatrına ge...
Gənc jurnalistləri kimlərdən qorumalı?
Seymur KAZIMOV 1983-cü il sentyabrın 1-də Cənubi Koreyaya məxsus sərnişin təyyarəsi Sovet İttifaqının hava məkanına icazəsiz daxil olur. Xəbərdarlığa məhəl qoymayan təyyarəni vurub, yerə salırlar. O vaxt qəzetlər bu məsələni belə işıqlandırır: “Sovet İttifaqının qırıcıları hava məkanımıza icazəsiz d...
Prezidentin təyin etdiyi məmurların tənqidi – olarmı, olmazmı?
Xalid Ağalıyev media hüquqçusu “Prezidentin təyin etdiyi məmurları tənqiq etmək olmaz”. Son günlər bu cümlə mediada xeyli təkrarlandı. Jurnalist Əvəz Zeynallını Baş Prokurorluğa çağırmışdılar. Çağırışdan sonra Əvəz Zeynallı mediaya açıqlamasında demişdi ki, prokurorluğun yüksək pilləsində duran rəsm...
Media Bakı-Vyana marşrutu üzrə sərnişin qatarını necə yaratdı?
Ülkər NATİQQIZI Fevralın 11-i Gürcüstanın Newstbilisi.info portalı mayda Bakı-Vyana marşrutu üzrə ilk sərnişin qatarının yola düşəcəyi haqda məlumat yayıb. Xəbər təxminən bu formadadır: “2018-ci ilin may ayında ilk sərnişin qatarı Bakı-Tbilisi-İstanbul-Aleksandropolis-Vyana marşrutu ilə hərəkət edəc...
Medianın “həqiqəti üzə çıxarmaq” problemi
Seymur KAZIMOV “Məni redaktorlar və reportyorlar əmin etdi ki, bunu dərc etmək lazımdır, çünki çox vacibdir. 30 saniyə ərzində qərar verdim. Baxmayaraq ki, doğru olmaq şansım 50 faiz idi”. ABŞ-ın “Vaşinqton Post” qəzetinin naşiri Ketrin Qraham “Pentaqon sənədləri” adlı məxfi məlumatların qəzetində d...
Paylaşılan materialı nə zaman silməli?
Ülkər NATİQQIZI Bu yaxınlarda Azərbaycanın media orqanlarından birinin Türkiyədə fəaliyyət göstərən “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovdan eksklüziv müsahibə alaraq onu yayımlaması, daha sonra elə həmin gün heç bir səbəb bildirmədən silməsi məsələsindən yəqin ki, insanların çoxu ag...
Azərbaycan televiziyalarının seçki reallıqları
Seymur KAZIMOV Bir anlıq təsəvvür edək ki, seçki məsələsi bütün TV kanallarının ana mövzusudur və hər gün bu mövzuda ictimai müzakirələr, debatlar təşkil olunur. Namizədlər və onların səlahiyyətli nümayəndələri bütün görüşlərə qatılır, fikirlərini geniş ictimaiyyətlə bölüşürlər. TV kanalları namizəd...
Peşəkar jurnalist olmağın yükü… Azərbaycanda
Seymur KAZIMOV Bir qrup əsgər cəbhə bölgəsinə doğru hərəkət edir və sizi də onlarla getməyə səsləyir. “Təklifi qəbul etməsəniz sizin barənizdə nə düşünəcəklər?” kimi fikirlərdən uzaq olun. Sizin işiniz əsgərlərin vəzifəsindən kəskin fərqlənir. Onların işi vuruşmaq, ölümə getməkdirsə, jurnalistin işi...
İtkin düşən alpinistlər, mübahisə edən nazirliklər, susqun media və bloqçular
Seymur KAZIMOV İtkin düşmüş 3 alpinistin taleyindən hələ də xəbər yoxdur. Sosial şəbəkələrdə bu şəxsləri yaxından tanıyan, o cümlədən onların axtarışında könüllü fəaliyyət göstərən insanların açıqlamaları yer alır. Bir də, bu axtarışlar zamanı aralarında narazılıq yaranan iki qurum – Fövqəladə...
Media 2017-də: əyri düzəlişlər
Ələsgər MƏMMƏDLİ media hüququ üzrə hüquqşünas Son 4 ildə Azərbaycanda medianın və jurnalistlərin hüquqlarını qoruyan, onlara qarşı basqıları və ya təhlükələri içtimai rəyə çatdırıb səs salan vətəndaş cəmiyyəti qurumlarının olmaması, bu sahədə ixtisaslaşmış QHT-lərin bağlanması, onların fəal təmsilçi...